Plutarx
Plutarx | |
---|---|
q.yun. Πλούταρχος lat. L. Mestrius Plutarchus[1] | |
Doğum tarixi | ən tezi 45 və ən geci 50[1] |
Vəfat tarixi | təq. 120[2][3][…] |
Vəfat yeri | |
Fəaliyyəti | esseist, keşiş, bioqraf, tarixçi, yazıçı, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Plutarx (yun. Πλούταρχος, ən tezi 45 və ən geci 50[1] – təq. 120[2][3][…], bilinmir[4][5]) — Roma imperiyası dövründə yaşamış yunan tarixçisi, bioqrafı və filosofu. Orta platonçuluq məktəbinin təmsilçisi sayılır.
Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından biri Platon məktəbinin davamçısı olan olmuşdur. O, Yunanıstanın Beotiya vilayətində yerləşən Heroneyadan idi. Plutarx gənc yaşlarından müxtəlif elmləri və fəlsəfəni öyrənmiş, platonçu filosof Ammoniusun öyrəncisi olmuşdur. Sonralar isə o, öz evində gəncləri ətrafına yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın yüksək zümrələri arasında tanınmışdır. İmperator Traianus ona himayəçilik etmişdir. Daha sonra isə Plutarx Delfada yerləşən Apollon məbədinin kahini olmuşdur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Plutarxın öyrəncilərinə görə o iki yüzdən çox kitabın müəllifi olmuşdur. Onlardan bir çoxu bizim zamanımıza gəlib çatmışdır. Müxtəlif tanınmış insanların bioqrafiyalarını qələmə aldığına görə həmin əsərlərin bəzilərini "Bioqrafik"; digərləri isə daha çox əxlaq dair olduqlarına görə "Əxlaqi" (moralia) adlandırırlar.
Antik dünyanın elə bir problemi olmamışdır ki, Plutarx öz 210 əsərində onlara toxunmasın. Onun sevimli mövzusu və ilham mənbəyi isə qədim Yunanıstanın və Romanın böyük şəxsiyyətlərinin həyatı və əməlləri idi. Təkcə 3 böyük cilddə toplanmış "Müqayisəli tərcümeyi hallar" əsərində İran şahı Artakserks istisna olmaqla 50 belə şəxsiyyətin həyat salnaməsi əks olunmuşdur. Bu 50 bioqrafiyanın içində hər bir oxucunun öz sevimli qəhrəmanı, öz idealı var. Kimi mərd və dönməz Romul və ya Numa Poppolini, kimi fədakar Kamill vəya Kornolanı, kimi də özünü gah ora, gah da bura vuran Mari və ya Alkiviadı seçir. Lakin bu qılınc və zəka sahiblərinin içərisində elələri də var ki, onların bioqrafiyalarını, xüsusilə keçmiş dövrlərdə uşaqdan böyüyə, öyrəncilərdən krallara kimi hər kəs dərin maraqla izləyirdi. Bunlar Makedoniyalı İskəndər və Qay Yulius Sezar idi. Bu iki insanın taleyindəki oxşar cəhətlər Plutarxa istər-istəməz onları yanaşı qoymağa əsas vermişdir. Əgər İskəndər özü ilə daim Homerin qəhrəmanı Axillesin büstünü gəzdirirdisə, Sezar da özü ilə hər yana İskəndərin kiçik heykəlini aparırdı. İskəndər Axillesə, Sezar isə İskəndərə bənzəmək istəyirdi.
Plutarxın dövründə onun vətəni öz əvvəlki əzəmət və gözəlliyindən məhrum olmuş, hətta Romaya məğlub olub öz müstəqilliyini də itirmişdi. Buna baxmayaraq yunan mədəniyyətinə hörmət edən yeni hakimlər ellinlərə müəyyən güzəştlərə gedirdilər.
İmperator Neron Yunanıstana yenidən müstəqillik versə də, Vespasian bu qərarı ləğv etdi. Buna baxmayaraq romalılar yunanlara bir sıra mühüm dölət vəzifələrinin icrasını tapşırırdılar. Plutarx da belə şəxslərdən biri idi.
Qədim tarixçilərin heç biri Plutarx qədər gözəl, bədii və emosional, eyni zamanda fəlsəfi və mifoloji bəzəklərlə zəngin bir dildə yazıb-yarada bilməmişdir.
Hələlik bu bioqrafiyalardan yalnız biri- "İskəndər" əsəri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Əsərlərinin çoxluğuna baxmayaraq Plutarx orijinal müəllif olmamış, fəlsəfəyə yeniliklər gətirməmişdir. O, sadəcə keçmişdə yaşayan filosofların fikirlərini qələmə almışdır. Buna görə də elmə misilsiz xidmət göstərmişdir, çünki antik dünyanın dünyagörüşü bir çox hallarda onun əsərləri vasitəsilə günümüzə gəlib çatmışdır.
Plutarxın fəlsəfi əsərlərindən biri "Platon məsələləri" (yun. Πλατωνικά Ζητήματα) adlanır. Orada Plutarx Platonun təlimini özünəməxsus şəkildə vermişdir. Həmin əsərdə kosmos iki elementlərdən ibarət təsəvvür edilir: şər olan ruhdan və maddədən. Maddəni Tanrı yaratmamışdır, ancaq onu sonradan formalaşdırmış, sonra isə ondan bütün mövcudiyyəti yaratmışdır. Ruh da Tanrı tərəfindən yaradılmamış, o hər zaman mövcud olmuşdur. Kosmos da yaranmış deyil, o diridir: bir tərəfdən materiyaya, digər tərəfdən isə Tanrıya bağlıdır.[6]
Beləliklə, Plutarxa görə yaradıcı (ikinci) tanrı olan Demiurqos dünyanı yaradanda ilk başlanğıc (substansiya) kimi maddəni deyil, o maddənin şər olan ruhla qarışığını yaratmışdır. Deməli, "şər ruh" da əbədi olaraq hər zaman olmuşdur. Buna görə də hər şey hərəkətdədir. Ancaq, Plutarxın Platon fəlsəfəsini bu kimi yorumları başqa platonçular tərəfindən qəbul edilməmişdir. Bu iddia daha çox zərdüştiliyin şər tanrısının varlığına bənzərdir. Buna baxmayaraq "şər ruhu" inkar etsələr belə, platonçuların bir çoxu maddənin özünü şərlə eyniləşdirirdilər.
Plutarx hesab edirdi ki, dünya ilə insan ruhu arasında bağlantı vardır. Göylərdə qünəş-ay-yer iyerarxiası insanda düşüncə-ruh-bədən üçlüyündə əks olunur. Günəş tanrıdır, işıqdır, əqldir; yer isə zülmətdir, ruhsuzdur. Bunların arasında ay yerləşir, ona görə də onun təbiəti ikilidir. Bir tərəfi günəşə yönəlir deyə, tanrıya bənzərdir. Başqa tərəfi isə yerə yönəlir və ona görə qaranlıqla doludur.
Maraqlısı budur ki, Plutarx yerin kainatın mərkəzində durmasını inkar edirdi; onun fikrində kainat sonsuzdur və ona görə də onun mərkəzi ola bilməz[7]. Həmçinin o, Samoslu Aristarxusun "yer öz oxu ətrafında fırlanır" fikrini də təsdiqləmişdir[8]. Bu fikirlər bizim zamanımızda təsdiqini tapmışdır.
Plutarx həm də insanın bədənini, düşüncəsini və ruhunu fərqləndirirdi. Onun fikrincə, düşüncənin ruhun tərkibində olmasını iddia edənlər yanılırlar. Ruhla bədənin qarışması ehtirasların yaranmasına gətirib çıxarır. Bu isə ehtiras və həzz alma duyğularıdır. Ruhun düşüncə ilə birləşməsi isə təfəkkür yaradır. Bu da ərdəmin, xeyrin və qüsurların səbəbidir. Ruh öz varlığını düşüncədən alır və sonra onu bədənə verir. Düşüncənin mənşəyi günəş, ruhların ay, bədənlərin isə yerdir. İnsan öldükdə onun ruhu ondan ayrılıb aya qalxır. Orada onun ikinci ölümü baş verir və ruhdan düşüncə ayrılır. Demonlar da ayda yaşayır və oradan yerə düşür.[9]
Plutarx bir sıra əxlaqla bağlı məsələlərə də münasibət bildirmişdir. O, stoaçıları öz dediklərinə əməl etməməsində suçlamışdır. Onlar siyasətdən çox danışır, ancaq əslində ondan çəkinib Epikürçular kimi həzzlə dolu həyat sürürlər; ya da siyasətə gəlib öz əqidələrinə zidd işlər görürlər[10]. Burada nəzəriyyənin təcrübə ilə uyğunlaşmasının zəruriliyi vurğulanır.
Plutarx hesab edirdi ki, ərdəmə insanları öyrətmək olar, ona görə də onun yazılarının bir çoxu nəsihət xarakterlidir. Tanrılara baxışlarında o mövhumatı qınamış, onları mənəvi bir obrazlar kimi qəbul etmiş, qədim dinlərdəki tanrıların qısqanc və kinayəli olması, qisas alması, xırdaçılıq etməsi kimi sifətlərini rədd etmişdir.
Plutarxa görə cəmiyyətin əxlaqını dəyişmək çətindir. Bunu etmək istəyənin özünün də yüksək əxlaqı və nüfuzu olmalıdır. Ona görə də hər bir insan özünə tənqidi yanaşmalı, ilk olaraq öz danışığı və davranışına fikir verməlidir. Bizim hamımızın teatrda artistlərə bənzər olduğumuzu yaddan çıxartmamalıyıq. Ona görə də, bizi hamı görür və dəyər verir. Əgər insan bütün qüsurlarından qurtarmaq üçün çətinlik çəkirsə, onda heç olmasa başqalarının gözlərinə görünən qüsurlardan qurtarmalıdır.[11]
Plutarx insanlara qarşı dost münasibət bəsləməyin tərəfdarı idi. O qeyd edirdi ki, insanların halı ilə maraqlanmaq lazımdır ki, onlara kömək edə biləsən. Başqa insanlara qarşı ədəbli, xeyirli və mərhəmətli olmaq lazımdır. Bu hisslər heyvanlara və başqa canlılara da bəslənilməlidir.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 Plutarch // World History Encyclopedia (ing.). 2009.
- ↑ 1 2 Bibliothèque nationale de France Plutarque (0046?-0120?) // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Plutarchus // Catalog of the German National Library (alm.).
- ↑ 1 2 ПЛУТА́РХ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 Brozović D., Ladan T. Plutarh // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ Платоновские вопросы // Плутарх. Сочинения Arxivləşdirilib 2016-09-03 at the Wayback Machine / Перевод Т. Г. Сидаша. СПб.: Санкт-Петербургский университет, 2008, s. 11–12.
- ↑ Plutarkh. On the Face which Appears on the Orb of the Moon / Translated by A. O Prickard. London: Simpkin and Co., 1911.
- ↑ Plutarkh. On the Face which Appears on the Orb of the Moon / Translated by A. O Prickard. London: Simpkin and Co., 1911, pp. 21–22
- ↑ Plutarkh. On the Face which Appears on the Orb of the Moon / Translated by A. O Prickard. London: Simpkin and Co., 1911, pp. 28–30.
- ↑ О противоречиях стоиков // Плутарх. Сочинения Arxivləşdirilib 2016-09-03 at the Wayback Machine / Перевод Т. Г. Сидаша. СПб.: Санкт-Петербургский университет, 2008, s. 130.
- ↑ Plitarch’s Moralia. Vol. 10 Arxivləşdirilib 2022-03-02 at the Wayback Machine / Translation by H. N. Fowler. London: William Heinmann LTD, 1936, pp. 161–162.
- ↑ Plitarch’s Moralia. Vol. 10 / Translation by H. N. Fowler. London: William Heinmann LTD, 1936, pp. 283–285.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Əlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998, səh.25–26.
- Aydın Əlizadə [ölü keçid] (2016). Antik fəlsəfə tarixi. 3 saylı Bakı Mətbəəsi ASC, s. 216–220. ISBN 5–89968–061-X [ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016–08–16 tarixində istifadə olunub. ("Fəlsəfəsi" bölümü)
Qaynaqlar
[redaktə | mənbəni redaktə et]- Плутарх "О лике, видимом на диске Луны" / Перевод Г. А. Иванова. По материалам сборника "Философия природы в античности и в средние века", М.: Прогресс-Традиция, 2000
- Плутарх. Сравнительные жизнеописания. В 2 т. / Изд. подг. С. С. Аверинцев, М. Л. Гаспаров, С. П. Маркиш. Отв. ред. С. С. Аверинцев. (Серия "Литературные памятники"). 1-е изд. В 3 т. — М.-Л., Издательство АН СССР. 1961–1964. 2-е изд., испр. и доп. — М., Наука. 1994. Т.1. 704 стр. Т.2. 672 стр.
Araşdırmalar
[redaktə | mənbəni redaktə et]- Blackburn, Simon (1994). Oxford Dictionary of Philosophy. Oxford: Oxford University Press.
- Russell, D. A. (2001) [1972]. Plutarch. Duckworth Publishing. ISBN 978-1-85399-620-7.
- Duff, Timothy (2002) [1999]. Plutarch's Lives: Exploring Virtue and Vice. UK: Oxford University Press. ISBN 978-0-19-925274-9.
- Hamilton, Edith (1957). The Echo of Greece. W. W. Norton & Company. p. 194. ISBN 0-393-00231-4.
- Honigmann, E. A. J. "Shakespeare's Plutarch." Shakespeare Quarterly, 1959: 25–33.
- Pelling, Christopher: Plutarch and History. Eighteen Studies, London 2002.John M. Dillon, The Middle Platonists: 80 B. C. to A. D. 220, Cornell University Press, 1996 ISBN 978–0801483165
- Елпидинский Я. С. Религиозно-нравственное мировоззрение Плутарха Херонейского. — СПб., 1893. 462 стр.
- Аверинцев С. С. Плутарх и античная биография: К вопросу о месте классика жанра в истории жанра. — М., 1973.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Works by Plutarch at Project Gutenberg
- Works by or about Plutarch at Internet Archive
- Didot edition of Plutarch's works in Greek, with Latin translation (1857–1876): vol. 1 (Lives, pt. 1), vol. 2 (Lives, pt. 2), vol. 3 (Moralia, pt. 1), vol. 4 (Moralia, pt. 2), vol. 5 (fragmenta et spuria) (also via BNF)
- Collections of works in English translation: at University of Adelaide Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine, at LacusCurtius,Project Gutenberg, Lives, trans. North (PDF)
- Плутарх
- Плутарх на ancientrome.ru
- Статья С. С. Аверинцева о "Сравнительных жизнеописаниях"