Jan Boden
Jan Boden | |
---|---|
fr. Jean Bodin | |
Doğum tarixi | 1530[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1596[2][1][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas, filosof, iqtisadçı, tarixçi, politoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Boden (1530[1], Anje, Fransa krallığı[3] – 1596[2][1][…], Lan, Fransa krallığı[4][5]) — Fransanın siyasi mütəfəkkiri, hüquqşünas.
"Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir.
Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövlətin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli. Üçüncüsü – vəzifəli şəxslərin təyin olunması. Dördüncüsü — ali məhkəmə olaraq sonuncu instansiya məhkəməsinin fəaliyyəti. Beşincəsi isə — əfv etməkdir. Bodenin görüşləri siyasi və hüququ elmlərin inkişafına ciddi təsir göstərmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Hart M. S. Jean Bodin // Qutenberq layihəsi (ing.). Project Gutenberg Literary Archive Foundation, 1971.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118512307 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ 1 2 Jean Bodin // Encyclopædia Britannica (ing.).