Raymon Aron

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Raymon Aron
fr. Raymond Claude Ferdinand Aron
Doğum adı Raymond Claude Ferdinand Aron[8]
Doğum tarixi 14 mart 1905(1905-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 oktyabr 1983(1983-10-17)[3][4][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahəsi beynəlxalq münasibətlər
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1938)[5]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[1][2][…], VI arondisman, Fransa[8]17 oktyabr 1983[3][4][…], ‎IV arondisman, Fransa[8][4]) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi.

Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır.

Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.

Başlıca əsərləri

[redaktə | vikimətni redaktə et]
  • Ziyalılar üçün tiryək (1955)
  • Əlcəzair faciəsi (1957)
  • Millətlər arasında sülh və hərb (1962)
  • Sosioloji fikirdə əsas axınlar (1967)
  • İmperial respublika: Birləşmiş Ştatlar və dünya, 1945–1972 (1973)