Nikkolo Makiavelli

Vikipediya, azad ensiklopediya
(Makiavelli səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Nikkolo Makiavelli
it. Niccolò di Bernardo dei Machiavelli
Doğum tarixi 3 may 1469[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 iyun 1527[1][3][…] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Dəfn yeri
İstiqaməti Yüksək İntibah
Əsas maraqları fəlsəfə
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niccolò di Bernardo dei Machiavelli (it. Niccolò di Bernardo dei Machiavelli; 3 may 1469[1][2][…], Florensiya[1][2]21 iyun 1527[1][3][…], Florensiya[4][2]) — İntibah dövründə yaşamış italyan diplomat, yazıçı, filosof və tarixçi. O, daha çox təxminən 1513-cü ildə yazılmış, lakin 1532-ci ilə qədər nəşr olunmayan "Hökmdar" adlı siyasi traktatı ilə tanınır. Makiavellini siyasi fəlsəfəninsiyasi elmin atası adlandırırlar.

Nikkolo Makiavelli 1469-cu il may ayının 3-də İtaliyanın Florensiya şəhərində, hüquqşünas ailəsində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, Latın dili və mədəniyyəti təhsili alıb. O zamanlar Florensiyanın yunan mədəniyyətinin Avropadakı mərkəzi hesap edilməsinə baxmayaraq, Makiavelli yunanca bilmirdi. Atasından qalan mülk işləmədən yaşamasına yetmədiyi üçün, o işləmək məcburiyyətində qalır. 1484-cü ildə Makiavelli katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu. 1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra Makiavelli hərbi işlər üzrə diplomatik konsul vəzifəsinə təyin edilir. 1499 və 1512-ci illər arasında Araqon kralı II Ferdinand (İspaniya), XII Lüdovik (Fransa) və Romada Papalıq (İtaliya) saraylarında diplomatik missiyalarda xidmət edir.

1503–1506-cı illərdə Makiavelli Florensiya milisinə görə məsuliyyət daşıyırdı (şəhərin müdafiəsi də daxil olmaqla). 1512-ci ilin avqustunda, Roma papası II Yuliusun köməyi ilə ispan qoşunundan istifadə edərək Medici Florensiyada hakimiyyəti geri qaytarır. Piero Soderini Florensiya dövlət başçısı istefa verir və sürgünə göndərilir. Florensiya Respublikası ləğv edilir. 1513-cü ildə Makiavelli sui-qəsddə ittiham edilərək həbs olunur və işgəncələrə baxmayaraq, o sui-qəsddə iştirakını inkar edir. X Leon hakimiyyətə gələndən sonra o azad edilsə də, artıq gözdən düşmüşdü. Bundan sonra ona Florensiyanın 7 km cənubunda yerləşən Santa Andreyadakı malikanəsində yaşamağa icazə verilir.

1520-ci ildə əfv edilən Makiavelli Florensiyanın rəhbərləri tərəfindən elə də əhəmiyyətli olmayan vəzifələrə təyin edilir. 1527-ci ilin mayında Florensiyada yenidən respublika üsul idarəsi qurulur, amma bu dəfə də Medicilərin adamı olaraq tanınan Makiavelliyə yeni iqtidar etimad göstərmir.

Makiavelli 21 iyul 1527-ci ildə Florensiyada vəfat etmişdir.

  • (IL Principe) (1513) Hökmdar — ən məşhur əsəridir.
  • Məqalə:
    • Discorso sopra le cose di Pisa (1499)
    • Del modo di trattare i popoli della Valdichiana ribellati (1502)
    • Del modo tenuto dal duca Valentino nell’ ammazzare Vitellozzo Vitelli, Oliverotto da Fermo, etc. (1502)
    • Discorso sopra la provisione del danaro (1502)
    • Discorso sopra il riformare lo stato di Firenze (1520)
    • Della lingua (1514)
  • Lirika:
    • Poema Decennale primo (1506)
    • Poema Decennale secondo (1509)
    • Asino d’oro (1517)
    • Ritratti delle cose dell’ Alemagna (1508–1512)
    • Ritratti delle cose di Francia (1510)
    • Dell’arte della guerra (1519–1520)
    • Sommario delle cose della citta di Lucca (1520)
    • Ritratti delle cose di Francia (1510)
    • Dell’arte della guerra (1519–1520)
    • Sommario delle cose della citta di Lucca (1520)
    • Istorie fiorentine (1520–1525)
    • Frammenti storici (1525)
  • Bioqrafiya:
    • Vita di Castruccio Castracani da Lucca (1520)
  • Pyes:
    • Andria (1517)
    • Mandragola (1518)
    • Clizia (1525)
  • Roman:
    • Belfagor arcidiavolo (1515)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Mansfield H. Niccolo Machiavelli // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 6 Inglese G. MACHIAVELLI, Niccolò // Dizionario Biografico degli Italiani (it.). 2006. Vol. 67.
  3. 1 2 BeWeB.
  4. 1 2 Mansfield H. Niccolò Machiavelli // Encyclopædia Britannica (ing.).