Kamboca
Kamboca | |||||
---|---|---|---|---|---|
Preăh Réachéanachâk Kâmpŭchéa | |||||
| |||||
Millət, Din, Kral |
|||||
Himn: Nokor Reach Sehirli Krallıq |
|||||
Tarixi | |||||
• Müstəqillik | 9 noyabr 1953 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Pnompen | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | Norodom Siamoni [ 29.X.2004 ] | ||||
Baş nazir | Hun Manet [22.VIII.2023 ] | ||||
Sahəsi | Dünyada 88-ci | ||||
• Ümumi | 181040 km² | ||||
• Su sahəsi (%) | 2,5 | ||||
Əhalisi | |||||
• Əhali | 15,957,223 nəfər (65-ci) | ||||
• Siyahıyaalma (3.III.2008) | 13 395 682 nəf. | ||||
• Sıxlıq | 81.8 nəf./km² (118-ci) | ||||
• Ümumi | 26.961.061.152 $[1], 29.956.769.529 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 58.939 milyard dollar | ||||
• Adambaşına | 3,735 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016 təxmini) | 19.368 dollar | ||||
• Adambaşına | 1,227 dollar | ||||
İİİ (2014) | 0.555 (artış; 143-cü) | ||||
Valyuta | Kamboca rieli | ||||
İnternet domeni | .kh | ||||
ISO kodu | KH | ||||
BOK kodu | CAM | ||||
Telefon kodu | +855 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya[2] — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir.
Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur. Ölkənin rəsmi dini buddizmdir. Əhalinin təqribən 95%-i bu dinə sitayiş edir. Vyetnamlılar, çinlilər və çamlar etnik azlıqlardır.[3] Paytaxt və ən böyük şəhər olan Pnompen ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi rolunu oynayır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kamboca ərazisinin məskunlaşması erkən neolit dövrünə təsadüf edir. Eramızdan əvvəl I əsrdə ilk cəmiyyət, I-VI əsrlərdə ilk Funan dövləti meydana gəlmişdir. IX-XIII əsrlərdə Hind-Çin yarımadasındakı Kambucadeş imperiyasına daxil edilmiş, imperiyanın süqutundan sonra isə XVIII əsrin əvvəllərində Siam və Vyetnam dövlətlərindən asılı vəziyyətə düşmüşdür. 1884-cü ildən Kamboca Fransanın müstəmləkəsinə çevrilmişdir. Yaponiya 1940-cı ildə Kampuçini işğal edərək onu özünün hərbi bazasına çevirdi. Uzun müddətli mübarizədən sonra Kampuçiya 1953-cü il noyabrın 9-da müstəqillik qazandı.[4]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kamboca nisbətən zəif inkişaf etmiş aqrar ölkədir. Bu zəif inkişaf onun maarif və mədəniyyətinə də təsir etmişdir. 6 illik təhsil hamı üçün məcburi idi. 13 illik orta təhsil sistemi (6 il ibtidai, 7 il orta) mövcud idi. Lakin 1975-ci il aprelin 17-dən, Kampuçi Vahid Milli Qurtuluş Cəbhəsi (KVMAC) və Kral Milli birlik hökuməti hakimiyyətə gəldikdən sonra maarif və mədəniyyətdə tənəzzül və geriləmə başladı. Məktəblər və kitabxanalar bağlandı, tədris fənlərinin öyrənilməsi qadağan edildi, kitabların çoxu yandırıldı, xeyli muzey eksponatları məhv edildi.
Kampocada radikal hakimiyyət uzaqlaşdırıldıqdan sonra isə maarifin inkişafı yeni, demokratik qaydalar əsasında bərpa edilməyə başladı. Valideynlərini itirmiş uşaqlar üçün əyalət mərkəzlərində internatlar yaradıldı.
Pnompendə milli kitabxana, milli muzey və s. mədəniyyət mərkəzləri bərpa edildi. Mətbuat, radio verlişlərinin fəaliyyəti də ölkənin iqtisaslarına uyğun olaraq dayandırılmış, məzmunu dəyişmişdir. Mətbuat və radio verlişləri siyasi mübarizə və vuruşmaların mərkəzində olmuşdur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Kambocada ilk ədəbi abidələr III əsrə aid olan Bokan və VI əsrədə yaradılmış Tonle – Bati məbədlərinin divarlarındakı sanskrit yazılarından ibarətdir. VII əsrin əvvəllərinə aid qədim Khmer mədəniyyətinin inkişafına brahmanizm və buddizmin əhəmiyyətli təsiri olmuşdur.
İstiqlaliyyət qazandıqdan sonra (1953) Kampuçidə şəhərsalma da inkişaf etməyə başladı. 1957 – 60-cı illərdə Kamponqasom, 1962-ci ildə Bokor şəhərləri salındı. Ənənəvi xalq sənəti də inkişaf etməyə başladı. İpəkçilik, bədii parça, ağac və fil dişi üzərində oyma, həkkaklıq, keramika, tikmə və s. inkişaf etməyə başladı. Nqok Dim, Sam Yun və başqaları rəssamlıq və qrafika sahəsində əsərlər yaratmışdılar.
Musiqi
[redaktə | mənbəni redaktə et]Kxmerlərin musiqi mədəniyyətinin qədim tarixi var. Anqkor məbədlərinin barelyeflərində orkestr, ayrı – ayrı musiqi alətləri təsvir olunmuşdur. Hələ IX – XIII əsrlərdə yüksək inkişaf etmiş Khmer klassik musiqisi demək olar ki, muasir dövrədək dəyişməz qalmışdır. Bu musiqinin lad əsasını pentatonika təşkil edir.
Burada ritm əsas rol oynayır. Kxmer musiqisində sampxo, çxayyam, sko – txom (zərb), ta – diyeu, tyapey, ta kxe, tro – qe (simli) və s. musiqi alətlərindən istifadə edilir. Kambocanın Milli mahnı və rəqs ansamblı 1979-cu ildə yaradılmışdır.
Din
[redaktə | mənbəni redaktə et]Buddizm Kamboca əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi dindir. Özünün cənub qanadı olan txeravad formasında təşəkkül tapıb və iki təriqətə bölünür: maxanikyya və dxammayutikanikayya. Txeravada kxmer, lao, siam, dağ kxmerləri etiqad edir. Kampuçiyada yaşayan çinlilər və vyetnamlılar əsasən buddizmin maxayana formasını qəbul edirlər. Ölkədə eyni zamanda 14 min nəfər katolik vardır. Daha nüfuzlu protestant təşkilatı isə ölkədəki xristian və missioner alyansıdır. Bundan başqa, yeddinci günün adventistləri və digər protestant qruplar (ümumi sayı 2 min nəfər) vardır. Kambocada eyni zamanda az sayda müsəlman qrupları (tyamlar və malaylar) yaşayır. Dağ kxmerlərinin bir hissəsi və dağ tyamları ənənəvin dini inanclarını qoruyub saxlayırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Лаос. Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.
- ↑ "Cambodia to celebrate day for indigenous people near Angkor Wat". News.xinhuanet.com. 2013-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
- ↑ "Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.