İskra (qəzet)

Vikipediya, azad ensiklopediya
Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 07:29, 28 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
"İskra" (qəzet)
200px
200px
Təsisçi Georgi Plexanov
Redaktor
Yaranma tarixi dekabr 1900
Dil Rus dili
Nəşrini dayandırıb 1905
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"İskra" (qəzet)Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet.

1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar.[1]

V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. "İskra" "Brdzola"nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdir. İnqilabi marksizmin nəzəəri əsaslarını müdafiə edən "Brdzola" da Lenin "İskra"sı kimi kütləvi-siyasi təşviqata, çarizmə qarşı siyasi mübarizəyə keçməyi zəruri sayır və həmin ideyanı təbliğ edirdi.

Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi 47 tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilindəbolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • İskra, 20 dekabr 1901-ci il
  • N. N. Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
  • Akif AşırlıAzərbaycan Mətbuat Tarixi 1875–1920. (Bakı — 2009, Elm və Təhsil.)