Yeni fikir (qəzet, 1922)
Yeni fikir | |
---|---|
Növ | həftəlik qəzet |
Baş redaktorlar | Həsən Səbri, Böyükağa Talıblı, Davud Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov |
Yaranma tarixi | 1922 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1927 |
Ünvan | Tiflis |
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Davud Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.295.