Milli Zəka (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milli Zəka
Baş redaktor Cəmilə Çiçək
Növ jurnal
Format A4
Tiraj 3000
Təsisçi Milli Zəka MMC
Təsis tarixi 2013-cü il
Qərargah Bakı, A.Məhərrəmov küçəsi 26/50
Dil Azərbaycanca, İngiliscə, Rusca
Səhifə 136, 96

"Milli Zəka" — aylıq jurnalı 2013-cü ildən peşəkar jurnalistlər, ədəbiyyatşünaslar, elim və sənət adamları, politoloqlar, iqtisadçılar, tərəfindən nəşr olunur[1].

Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, elmi və s. sahələrə aid proseslərin, yeniliklərin işıqlandırılması üzrə ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və mütəxəssislərlə yanaşı region ölkələrinin jurnalist, mütəxəssis və icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət nümayəndələri – nazirlər, ictimai-siyasi və elm xadimlərinin müsahibələrinə geniş yer verilir.

Jurnalda Azərbaycanlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Azərbaycanın işğal altında olan rayonları, kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, elmi-publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur.

“Milli Zəka” jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır.

Jurnal ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə yayımlanır.

Jurnalın oxucuları sırasında dövlət qurumları, elmi ictimayyət nümayəndələri, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, təhsil ocaqları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər yer alır.

Obyektiv, qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.

Jurnalın əsas rubrikaları

[redaktə | mənbəni redaktə et]

"Kəlbəcər toponimləri", “Nəzm”, "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Şəhidlərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Dünya ədəbiyyatı" və s.

Jurnal 20.05.2014-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3889 №-li reyestrlə qeydiyyatdan keçmişdir. VÖEN:1402852602 Dərgidə dərc olunan yazılar müəlliflərin mövqeyini əks etdirir və yazı müəllifləri məsuliyyət daşıyır.

Jurnalın heyəti

[redaktə | mənbəni redaktə et]

Redaksiya heyəti

[redaktə | mənbəni redaktə et]

Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, Nizami Cəfərov, Rafael Hüseynov, Möhsüm Nağısoylu, Yaqub Məmmədov, Muxtar İmanov, Ağaverdi Xəlilov

  • Tel.: (050) 628-88-99
  • e-mail: c.cicek@mail.ru
  • Hüquqi ünvan:Azərbaycan, Bakı şəhəri, A.Məhərrəmov küçəsi. 26/50
  1. "Milli Zəka PDF". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]