Georgi Plexanov
Georgi Plexanov | |
---|---|
rus. Гео́ргий Валенти́нович Плеха́нов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr (11 dekabr) 1856[1] və ya 29 noyabr 1856[2] |
Vəfat tarixi | 30 may 1918[3][4][…] (61 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | filosof, siyasətçi, jurnalist, yazıçı, tarixçi, sosioloq, iqtisadçı, sənətşünas, inqilabçı |
Dini | ateizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fəlsəfə, siyasət[5][5] |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Valentinoviç Plexanov (rus. Георгий Валентинович Плеханов; təxəllüsü: N. Beltov, Volgin və s.[6]; 29 noyabr (11 dekabr) 1856[1] və ya 29 noyabr 1856[2] – 30 may 1918[3][4][…], Zelenoqorsk[d]) — Rusiya nəzəriyyəçisi, marksizm təbliğatçısı, filosofu, sosialist hərəkat xadimi. RSDFP-nin üzvü və İskra qəzetinin yaradıcısı.
Rusiyada fəlsəfə, sosiologiya, estetika, etika və sosial düşüncə tarixinə dair əsərlərinin müəllifidir. 1921-ci ildə Lenin, məqalələrindən birində, Plexanovun fəlsəfədə yazdığı hər şeyi öyrənməyə çağırmışdır: "bu, bütün beynəlxalq marksizm ədəbiyyatında ən yaxşısıdır".
Həyatı
[redaktə | mənbəni redaktə et]Georgi Plexanov 1856-cı ildə istefaya getmiş ştabs-kapitan Valentin Petroviç Plexanov (1810–1873) və Mariya Fyodorovna Belınskayanın (1832–1881) ailəsində anadan olmuşdur.
Mixaylovski Voronej Hərbi Gimnaziyasını qızıl medal ilə bitirmiş, sonra Sankt-Peterburqdakı kursant məktəbində təhsil almışdır. 1874-cü ildə Sankt-Peterburq Mədən İnstitutuna daxil olmuş, burada qazandığı müvəffəqiyyətlərinə görə Yekaterina təqaüdünə layiq görülmüş, lakin 1876-cı ildə "ödənc haqqını ödəmədiyi üçün" buradan xaric edilmişdir[7].
1876-cı ildə o dövrdə məşhur olan "Zemlya i volya" (rus. Земля и воля) təşkilatına qoşulub, onun liderlərindən birinə çevrilmiş, nəzəri və publisistik məqalələr yazmışdır. 6 dekabr 1876-cı ildə Kazan kafedralında nümayişin iştirakçısı olmuşdur.
1879-cu ildə "Çörnı peredel"in (rus. Чёрный передел) təşkilatçı və lideri "Zemlya i volya"nın parçalanmasından sonra Novaya Bumaqopryadilnayada (2 mart 1878) fəhlə tətilində Sankt-Peterburqda katorqa işlərinə məhkum edilmişdir[8].
1880-ci ildə İsveçrəyə mühacirət etmişdir.
1883-cü ildə ilk rus marksist təşkilatı olan "Əməyin azad edilməsi" (rus. Освобождение труда) təşkilatının əsasını qoymuşdur.
1894-cü ilin sonunda — 1895-ci ilin əvvəlində Plexanovun təşəbbüsü ilə "Sərhəddən kənarda rus sosial demokratlarının birliyi" yaradıldı. 1900–1903-cü illərdə "İskra" qəzetinin yaradılması və idarə olunmasında iştirak etmişdir. 1901-ci ildə Plexanov rus sosial demokratlarının "Xaricdəki Birliyinin" təşkilatçılarından biri idi. RSDFP II Qurultayının hazırlanmasında birbaşa iştirak etmişdir. Əslində, RSDFP-nin ikinci qurultayı ilk müəssislər məclisi idi, çünki birinci qurultay nəticəsiz qalmışdır.
1905–1907-ci illərdəki ilk inqilab zamanı Plexanov həqiqi inqilabçı hadisələrdən uzaqlaşaraq mühacirətə başladı. 1905-ci ilin fevralında İskra qəzetində nəşr olunan "Ayrı gedin, bir vuruşun" (rus. Врозь идти, вместе бить) məqaləsində Plexanov Rusiyada silahlı üsyan etməyə çağırıb, orduda təşviq ehtiyacına xüsusi diqqət yetirir. 1906–1907-ci illərdə, Dövlət Dumasına seçkilərdə Sosial demokratların, Kadetlər bloku üçün iştirakını müdafiə etdi. Ümumi partiyalı "Sosial Demokrat" qəzetində və Bolşevik nəşrlərində ("Ulduz" və s.) əməkdaşlıq edirdi. 1905–1912-ci illərdə Cenevrədə Sosial Demokrat gündəliyini nəşr etdi.
Birinci Dünya müharibəsi zamanı Plexanov Almaniyaya qarşı vuruşan müttəfiq ölkələrin tərəfində idi və hər kəsi Alman imperializminə qarşı mübarizəyə çağırırdı. Həmin dövrdə "Birlik" (rus. Единство) sosial demokratik qrupunun qurucularından və rəhbərlərindən biri idi[9].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Плеханов Георгий Валентинович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Gueorgui Valentinovitch Plekhanov // Babelio (fr.). 2007.
- ↑ 1 2 Plechanov, Georgij Valentinovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 559.
- ↑ "с. 4" (PDF). 2019-02-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
- ↑ Деятели революционного движения в России : в 5 т. / под ред. Ф. Я. Кона и др. — М. : Всесоюзное общество политических каторжан и ссыльнопоселенцев, 1927–1934.
- ↑ Революция и гражданская война в России: 1917–1923 гг. Энциклопедия в 4 томах. — М.: Терра, 2008. — Т. 2. — С. 50. — 560 с. — (Большая энциклопедия). — 100 000 экз. — ISBN 978-5-273-00562-4.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Аптекман О. В. Георгий Валентинович Плеханов. Из личных воспоминаний. — Л., 1924.
- Бережанский А. С. Г. В. Плеханов: от народничества — к марксизму / А. С. Бережанский. — Воронеж: Изд-во Воронеж. ун-та, 1990. — 208 с.
- Бэрон, Самуэль Х. Г. В. Плеханов — основоположник русского марксизма. — СПб.: Изд-во РНБ. Дом Плеханова, 1998.
- Гусаковский М. А. К проблеме человека в философии Г. В. Плеханова
- Жуйков Г. С. Группа "Освобождение труда". — М.: Изд-во социально-экон. лит-ры, 1962. — 164 с.
- Жуйков Г. С. Петербургские марксисты и группа "Освобождение труда" / Г. С. Жуйков. — Л.: Лениздат, 1975. — 328 с.
- Иовчук М. Т., Курбатова И. Н. Плеханов / Иовчук, М. Т., Курбатова, И. Н. — М.: Молодая гвардия, 1977 ("ЖЗЛ")
- Кирпиченок А. Георгий Валентинович Плеханов — первый русский марксист
- Курбатова И. Н. Начало распространения марксизма в России. Литературно-издательская деятельность группы "Освобождение труда" zip / Курбатова, И. Н. — М.: Мысль, 1983. — 268 с.
- Лелевич Г. Г. Г. В. Плеханов и задачи марксистской литературной критики
- Лифшиц М. А. Очерк общественной деятельности и эстетических взглядов Г. В. Плеханова
- Осипов В. Д. Подснежник : Повесть о Г. Плеханове. — М.: Политиздат, 1982. — 528, [7] с. — (Пламенные революционеры). — 300 000 экз.
- Петренко Е., Филимонова Т., Тютюкин С., Чернобаев А. Существовало ли "Завещание"? Полемика с публикаторами "Политического завещания" Георгия Плеханова
- Плеханова Р. М. Год на Родине. Два отрывка из воспоминаний — о пребывании Г. В. Плеханова в Териоках
- Плеханова Р. М. Из рукописи "Моя жизнь"
- Троцкий Л. Беглые мысли о Г. В. Плеханове
- Тютюкин С. В. Г. В. Плеханов. Судьба русского марксиста. — М.: РОССПЭН, 1997. — 376 с.
- Тютюкин С. В. Первая российская революция и Г. В. Плеханов. — М.: Наука, 1981. — 336 с.
- Узиков Ю. Уфимский мандат Плеханова
- Baron S. Plekhanov in Russian history and soviet historiography. — Pittsburgh: University of Pittsburgh Press, 1995. — 274 p.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Фонд Плеханова Arxivləşdirilib 2010-09-08 at the Wayback Machine (rus.)
- Биография Г. В. Плеханова Arxivləşdirilib 2008-03-08 at the Wayback Machine (rus.)
- Могила Плеханова на Литераторских мостках (rus.)
- Георгий Плеханов — на сайте журнала "Скепсис" (rus.)
- Плеханов Г. В. — на сайте "Материалистическая диалектика" (rus.)
- Anarchism & Socialism (1895) Arxivləşdirilib 2009-12-24 at the Wayback Machine {{|url=http://metalibri.wikidot.com/title:anarchism-and-socialism%7Cid=20091024}} (PDF ebook)
- Плеханов Г. В. Избранные философские произведения в пяти томах Arxivləşdirilib 2018-10-14 at the Wayback Machine
- Философско-литературное наследие Г. В. Плеханова в трёх томах Arxivləşdirilib 2018-10-14 at the Wayback Machine (rus.)
- Георгий Плеханов (rus.)
- 11 dekabrda doğulanlar
- 1856-cı ildə doğulanlar
- 29 noyabrda doğulanlar
- 30 mayda vəfat edənlər
- 1918-ci ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Zelenoqorskda vəfat edənlər
- Literatorski mostkidə dəfn olunanlar
- Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Narodniklər
- Yedinstvo üzvləri
- Vərəm xəstəliyindən ölənlər