Yada düşdü (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yada düşdü
Baş redaktor Nahid Hacızadə
Növ Aylıq jurnal
Format A4
Tiraj 1000
Təsisçi Nəzakət Məmmədova
Təsis tarixi 2011
Qərargah Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı
Dil Azərbaycan dili
Səhifə 94 səh.
Qiymət 3 man 50 qəp.

Yada düşdüAzərbaycanda nəşr olunan ədəbi-bədii nostalji jurnal.[1]

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Jurnal 11 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasının qərarı ilə (protokol №10R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.

Jurnal “The Institution of Engineering and Technology” təşkilatının Ekspert Şurasından keçərək INSPEC indeksləşmə bazasına daxil olunmuşdur.

“Yada düşdü” jurnalının təsisçisi Nəzakət xanım Məmmədovadır. Jurnalın əsas istiqaməti nostalgiyadır. Ötənləri, keçənləri yada salmaqdır. ”Yada düşdü”nün “Ölməzlər”, “Unutsaq unudularıq”, “Olanlardan, keçənlərdən”, “Qəlbimizə yazılan şeirlər”, “Yazıçı ömrünün rəngləri”, “Yaddaşımızda yaşayanlar” kimi rubrikaları oxucular tərəfindən sevilə-sevilə oxunur.[2]

  • Jurnal Ədliyyə Nazirliyində qeydə alınıb. Qeydiyyat nömrəsi: 3325.
  1. “Yada düşdü”nü oxudum[ölü keçid]
  2. ""Yada düşdü" jurnalının təqdimatı keçirilib.14-03-2014, 19:01". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]