Samur (qəzet)
Samur | |
---|---|
Baş redaktor | |
Yaranma tarixi | yanvar 1992 |
Dil | ləzgi dili, Azərbaycan dili, rus dili |
Baş ofis | |
Tiraj | 2.000 |
samuronline.com |
Samur — Azərbaycanda ləzgi dilində nəşr olunan aylıq ictimai-siyasi qəzet. Nəşrə 1992-ci ilin yanvarından başlanılmışdır.[1] Bəzi materiallar Azərbaycan və rus dillərində dərc olunur.
Qəzetin əsas mövzusu ləzgi dilinin qorunub saxlanması, ləzgi dili və ləzgi mədəniyyəti tədqiqatçıları ilə tanış etməkdir. Qəzetin hər nömrəsində ləzgi ədəbiyyatının klassiklərindən, dilin qrammatikasından və s. bəhs edən ayrıca "Samur məktəbi" səhifəsi dərc olunur.[2] "Qafalaq" rubrikası altında unudulmuş orijinal ləzgi sözləri daim dərc olunur. Qəzet Azərbaycanda və Dağıstanda baş verən ictimai-siyasi hadisələri də işıqlandırır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəzetin ilk redaktoru Feyruz Bədəlov olub.[3] 1992-ci ilin noyabrından isə Nurəddin Həbibov redaktorluq edib.[3] 1997-ci ildə qəzet bağlanmaq təhlükəsi ilə üzləşəndə "Samur" Ləzgi Milli Mərkəzini təmsil edən ziyalılarının təkidi ilə Sədaqət Kərimova redaktorluq etməyə başladı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Oxucuların sevdiyi "Samur" qəzeti 30 yaşında". tv.ikisahil.az. 29 dekabr 2022. İstifadə tarixi: 5 noyabr 2024.
- ↑ Константин Казенин. "Дагестанские народы Азербайджана. Политика, история," (PDF).
- ↑ 1 2 "Dünya ləzgilərini birləşdirən "Samur" qəzeti". Shimal News. 21 dekabr 2021. İstifadə tarixi: 5 noyabr 2024.