Kübravilik
Kübravilik — sufi təriqəti.
Təriqətin qurucusu fars sufisi Şeyx Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar.
Şeyx Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəb və fars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür.
O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər. Nəcməddin abidliyin, tərki-dünyalığın, xəlvətə çəkilməyin tərəfdarı olmuşdur. Kübravilər təsəvvüf metod və təcrübələrində rənglərin müxtəlif çalarlarına, onların ahənglərinə böyük önəm vermiş və özlərini Əli ibn Əbu Talibin (ə) mənəvi varisləri saymışlar. Kübravilərdən iki ələvi təriqəti - nurbəxşilər və zəhəbilər ayrılmışlar.
Yayılması
[redaktə | mənbəni redaktə et]Bu təriqət, əsasən mərkəzi Asiyada yayılmışdır. Kübravilərin ardıcıllarına Özbəkistanda bu gün də rast gəlmək mümkündür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və Din" qəzeti
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 10 принципов Кубравии Arxivləşdirilib 2007-03-03 at the Wayback Machine
- Ал-Кубра, Наджм ад-дин, Шайх Абу-л-Джаннаб Ахмад б. 'Умар Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine
- Суфийские ордены и братства