Əlişir Nəvai
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əlişir Nəvai | |
---|---|
Doğum tarixi | 9 fevral 1441[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1501[2][1] (59 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Cığatay dili, fars dili |
İstiqamət | sufilik, sünni islam |
Əlişir Nəvai Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əlişir Nəvai[3] (9 fevral 1441[1], Herat, Teymurilər dövləti – 3 yanvar 1501[2][1], Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur.[4] Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır. Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı məşhurdur, amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn","Məcalisün-Nəfais" adlı əsərləriylə, beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırır. Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və 15. əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar , müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.
Təsirləri
[redaktə | mənbəni redaktə et]Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş, çox məşhur Türk şairləri onu örnək bilmiş, ona təriflər yazmışdır.15. əsrdə yaşamış böyük Osmanlı şairi Əhməd Paşa,16. əsrdə yaşamış və Azərbaycan ləhcəsiylə yazmış məşhur Füzuli Nəvaidən təsirlənmişlər. Bir çox Osmanlı ziyalısı, o cümlədən Yavuz Sultan Səlim Nəvainin heyranı idilər.18. əsrdə böyük divan şairlərimiz Nədim belə Nəvai dilində (Cağatay ləhcəsiylə) şerlər yazmışdır. Türkiyəli bir çox şairlər Nəvainin şerlərinə nəzirələr söyləmişlər. Bu təsir Tənzimatdan sonra belə özünü göstərmiş, Ziya Paşanın "Xərabat" adını daşıyan üç cildlik antoloji əsərində Nəvainin şerlərinə xüsusi yer verilmişdir. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Nəvai elmi, dini, sənəti, Türkçülüyü və təsirləri ilə yer tutur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 https://www.britannica.com/biography/Ali-Shir-Navai.
- ↑ Фүзули // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 14.
- ↑ 100 böyük türk. Bakı, 1991. səh.38–39.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- L'épisode du sheïkh de Sanaʿan, dans le Lisan el-taïr , de Mir ʿAli Shir Nevaï (folio 1 verso), suivi (folio 25 verso) du مخزن الاسرا , traité en vers mesnevis sur la religion musulmane, écrit par Haïder, pour imiter l'ouvrage du même titre de Nizami, et dans le même mètre
- کلّیّات نوائی . Recueil des œuvres en turc-oriental, en prose et en vers, de Mir ʿAli Shir Nevaï (m. 906 de l'hégire = 1501)
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 9 fevralda doğulanlar
- 1441-ci ildə doğulanlar
- Heratda doğulanlar
- 3 yanvarda vəfat edənlər
- 1501-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Heratda vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Şair qaralamaları
- Əlişir Nəvai
- Özbək şairlər
- XV əsr şairləri
- XV əsr filosofları
- Poçt markalarında şəxslər
- Kişi şairlər