Zemlya i volya
Zemlya i volya | |
---|---|
Земля и Воля | |
Yaranma tarixi | 1861, 1876 |
Ləğvolma tarixi | 1864, 1879 |
Sədr | Georgi Plexanov |
Vikianbarda əlaqəli mediafayllar |
Zemlya i volya (rus. Земля и воля; azərb. Torpaq və azadlıq) — 1876-cı ilin payızında xaqlçıların Peterburqda yaratdığı gizli inqilabi təşkilat.
Haqqında
[redaktə | vikimətni redaktə et]Əvvəllər "Şimali inqilabi xalqçı qrupu", "Xalqçılar cəmiyyəti" adlanmışdır. "Zemlya i volya" adı 1978–1979-cu illərdə nəşr olunmuş eyniadlı qəzetdən götürülmüşdür. Körkəmli nümayəndləri; Mark Natanson, O.Natanson, Georgi Plexanov, V.Osinski, A.Oboleşev, Nikolay Morozov və başqaları idi. Ümumilikdə 150-dən çox üzvü var idi. Təşkilat Kiyev, Xarkov və Odessa inqilabçıları ilə sıx əlaqə saxlayırdı. "Zemlya i volya" mərkəziyyət prinsipi əsasında qurulmuşdu. Təşkilatın proqramında torpağın "kənd fəhlə təbəqəsinə" verilməsi, onun bərabər bölüşdürülməsi irəli sürülür və bunun "yalnız zorakı çevriliş yolu ilə" həyata keçiriləcəyi göstərilirdi. Zemlyavolyaçılar kənd icmasını Rusiyada sosializm qurmaq uğrunda mübarizədə əsas bünövrə sayırdılar. Demokratik və sosialist inqilabının məqsəd və şərtlərini qarışdırır, kəndli hərəkatının sosializm uğrunda mübarizə deyil, burjua-demokrtaik inqilabının məğzi olduğunu görmürdülər. Zemlyavolyaçılar siyasi mübarizənin əhəmiyyətini başa düşmür, fəhlə sinfinin qabaqcıl rolunu inkar edirdilər. Zemlyavolyaçılar xalq inqilabı hazırlamaq üçün kəndlərdə inqilabçıların daimi "məskənlərini" yaradırdılar. Onlar Qafqazda da inqilabi fəaliyyətə cəhd göstərmişdilər. V.İ.Lenin "...bütün narazıları öz təşkilatlarına cəlb etmək və bu təşkilatı mütləqiyyətə qarşı qəti mübarizəyə qaldırmaq..." [1] səyini zemlyavolyaçıların mühüm xidməti hesab etmişdir. Siyasi mübarizə və terrorun rolu məsələlərindəki ixtilaflar nəticəsində Voronej qurultayından (iyun 1879) az sonra "Zemlya i volya" iki təşkilata ("Çornı peredel" və "Narodnaya volya") parçalandı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ V.İ.Lenin. Əsərlərinin tam külliyyatı. Cild 6, səh. 147
Mənbə
[redaktə | vikimətni redaktə et]- "Землја и волја" // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 310.