Aydın Hüseynov (deputat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aydın Hüseynov
Vəzifədədir
24 noyabr 2015-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1962(1962-02-10) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Aydın Nəsir oğlu Hüseynov (10 fevral 1962, Çataq, Tovuz rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırışVII çağırış deputatı.

Aydın Nəsir oğlu Hüseynov 1962-ci il fevralın 12-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Rus dilini bilir. 1985–1988-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, 1988–1991-ci illərdə Azərbaycan LKGİ Qaradağ rayon komitəsində komsomol katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi müdirinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi rəisinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri Qaradağ rayonu Maliyyə şöbəsinin müdiri, 1999-cu ildən Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri Səbail rayonu Maliyyə İdarəsinin rəisi, 2009-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013–2015-ci illərdə 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışmışdır. YAP Qaradağ rayon təşkilatının sədridir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]

Evlidir, 2 övladı var.

  1. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]