Xanlar Fətiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xanlar Fətiyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1972(1972-01-15) (52 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti

Xanlar Nuru oğlu Fətiyev (15 yanvar 1972, Bakı) - Azərbaycan Respublikasının Milli Məclisinin  IV, VVII çağırış deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti.

Fətiyev Xanlar Nuru oğlu 1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və mülki tikinti fakültəsini bitirib. 1988-ci ildən «Aztransqaz» İstehsalat Birliyinin 2 saylı mexanikləşdirilmiş kolonunda fəhlə, usta işləyib. 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elruz» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 2004–2011-ci illərdə Gəncə Avtomobil Zavodunun direktoru vəzifələrində çalışıb.

Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,[1] Aqrar siyasəti və Regional məsələlər komitələrinin üzvudür.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyalarının üzvüdür.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

Ailəlidir, 2 övladı var

  1. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.