Sahib Alıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sahib Alıyev
Vəzifədədir
29 noyabr 2010-cu ildən
Seçki dairəsiIV, VVI çağırış — 95 saylı Tərtər
VII çağırış — 93 saylı Ağdaş
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1964(1964-08-24) (60 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2008
"Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VIVII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008).

Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir.

"Lider" televiziyasının siyasi icmalçısı olub.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir.[1]

2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırışVI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib.

Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.[2]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

  1. "İTV-dəki debatda diqqətimi ilk növbədə çəkən məhz bu oldu..." visiontv.az (az.). 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  2. "Arxivlənmiş surət". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
  4. Azərbaycan Respublikasında televiziya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli 24 nömrəli Sərəncamı. Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine e-qanun.az  (az.)
  5. "Arxivlənmiş surət". 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.