Əbu Səid Mehmed Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbu Səid Mehmed Əfəndi
ƏvvəlkiZəkəriyazadə Yəhya Əfəndi
SonrakıMuid Əhməd Əfəndi
3 sentyabr 1651 – 16 avqust 1652
ƏvvəlkiQaraçələbizadə Əbdüləziz Əfəndi
SonrakıBahai Mehmed Əfəndi
2 yanvar 1654 – 11 may 1655
ƏvvəlkiBahai Mehmed Əfəndi
SonrakıHüsamzadə Əbdürrəhman Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1593/1594
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi İyun 1662
Vəfat yeri
Fəaliyyəti hakim
Atası Xocasadəttinzadə Mehmed Əsad Əfəndi
Uşağı Əbusəidzadə Feyzullah Əfəndi

Əbu Səid Mehmed Əfəndi (1593, İstanbuliyun 1662, İstanbul) — Osmanlı dövlət xadimişair, müdərris, qazı və şeyxülislam. Şeyxülislam Xoca Sadəttin Əfəndinin nəvəsi, şeyxülislam Mehmed Əsad Əfəndinin oğlu və şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndinin atasıdır. Səid təxəllüsü ilə şeirlər yazmışdır.

1593-cü ildə (bəzi mənbələrə görə 1594) İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamladıqdan sonra 1613–1621-ci illər ərzində Rüstəm Paşa, Mihrimah Sultan, Sahn-ı Səman, ŞahzadəbaşıSüleymaniyyə mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildə Dəməşq, 1623-cü ildə Bursa, 1624 və 1627-ci ildə İstanbul, 1629-cu idə Anadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixində Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbilə şeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildə şeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfə şeyxülislam seçildi. Bu əsnada Balizadə Mustafa Əfəndi Anadolu başqazısı seçilmiş, buna etiraz edən və bu vəzifəni özünə layiq görən İstanbul qazısı Əsad Əfəndi ilə divan məclisi əsnasında dalaşmışdır. Çox sərt xasiyyəti olan Əbu Səid Əfəndinin bu hərəkəti üləmalar arasında narazılığa səbəb olmuş, bu səbəblə 16 avqust 1652 tarixində vəzifədən alınmışdır.

Buna baxmayaraq 2 il sonra üçüncü dəfə şeyxülislam seçilən Əbu Səid Əfəndi yenə dövlət idarəsinə qarışmağa başladı. Sədrəzəm Qoca Dərviş Paşanın vəzifədən alınıb yerinə İbşir Mustafa Paşanın gətirilməsində önəmli rol oyasa da, bu hərəkəti onun vəzifədən getməsinə səbəb oldu. İbşir Mustafa Paşaya qarşı çıxan üsyan əsnasında sədrəzəmlə birlikdə şeyxülislam Əbu Səid Əfəndinin də kəlləsi istənilirdi. Bu əsnada üsyançılar şeyxülislamın köşkünə hücum edib, ulu babası Həsən Can dövründən toplanan bütün ailə xəzinəsini talan etdilər. Çətin vəziyyətdə qalan IV Mehmed İbşir Mustafa Paşanı üsyançılara təslim etsə də, üləmaların etirazı ilə şeyxülislamın canını bağışladı və vəzifədən azad edərək Çanaqqalaya sürgün etdi. Bir müddət sonra paytaxta geri çağırılsa da, ömrü buna icazə vermədi. 1662-ci ili iyun ayında vəfat etdi. Cənazəsi Əyyub Sultan məscidindəki ailə məzarlığına dəfn olunmuşdur.

Əmisi Əbdüləziz Əfəndinin qızıyla evlənmişdir.

  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 295–297;
  • Naîmâ, Târih, III, 46, 457; IV, 62, 170;
  • Muhibbî, Hulâsatü’l-eser, I, 127–128;
  • Devhatü’l-meşâyih, s. 50–52;
  • Sicill-i Osmânî, I, 187;
  • İlmiyye Salnâmesi, s. 450–453;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks; III/2, s. 465–466, 472.