Əbdürrəhim Əfəndi
Əbdürrəhim Əfəndi | |
---|---|
Əvvəlki | Muid Əhməd Əfəndi |
Sonrakı | Bahai Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | Adana, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Uşağı | Əbdürrəhimzadə Mehmed Əfəndi |
Əbdürrəhim Əfəndi (Adana – 6 fevral 1656) — Osmanlı müdərrisi və şeyxülislamı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi bilinməsə də, Adanada dünyaya gəldiyi məlumdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin kiçik oğlu və İstanbul qazısı Əbdüləziz Əfəndinin xidmətinə girdi. 1620–1624-cü illərdə Siyavuş Paşa, Hafiz Paşa və Mustafa Paşa mədrəsələrində, ardından Sahn-ı Səman, Aya Sofiya, Süleymaniyyə və Sultan Əhməd mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Bir müddət sonra 1634-cü ildə Yenişəhər, 1638-ci ildə İstanbul,1641-ci ildə Anadolu başqazısı seçildi. Bir müddət Adana qazısı olaraq xidmət göstərdikdən sonra 1645-ci ildə Rumeli başqazısı seçildi. 2 il bu vəzifədə qaldıqdan sonra isə 25 aprel 1647-ci ildə şeyxülislamlığa yüksəldi.[1]
Bu illərdə onu məşhurlaşdıran ən önəmli hadisə isə I İbrahimin taxtdan endirilməsi və qətl edilməsi haqqında verdiyi fətvalar oldu. Ardından yeniçəri ağalarının və üləmaların dəstəyini alaraq dövlət idarəsinə qarışmağa başladı. Ancaq 18 iyul 1649-cu ildə sədrəzəm Qara Murad Paşanın əmrilə vəzifədən kənarlaşdırıldı və Məkkəyə göndərildi. Həcc ziyarətinin ardından Qüds qazısı olaraq təyin olundu. Bir müddət sonra yeniçəri ağalarının dəstəyi ilə yenidən paytaxta qayıtdı və Üsküdar qazısı seçildi. Validə Kösəm Sultanın da qətli ilə nəticələnən 1651 tarixli saray çevrilişi əsnasında Belqrada göndərildi. 6 fevral 1656-cı ildə burada vəfat etdi və Belqradda dəfn olundu.[1]
Hocazadə Saleh Əfəndinin qızı Salehə xanımla evlənmişdir. Oğlu Mehmed Əfəndi (ö. 27 iyun 1688) müdərris və molla, 1673-cü ilin sentyabrında İstanbul qazısı, 1677-ci ilin oktyabrında və 1687-ci ilin oktyabrında 2 dəfə Anadolu qazəsgəri təyin edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Kâtib Çelebi, Fezleke, II, 292–293.
- Naîmâ, Târih, IV, 298, 303; VI, 243–244.
- Uşşâkīzâde, Zeyl-i Şekāik (nşr. H. J. Kissling), Wiesbaden 1965, s. 193–196.
- Şeyhî, Vekāyiu’l-fuzalâ, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2361, I, vr. 118a-b.
- Devhatü’l-meşâyih, s. 54.
- Sicill-i Osmânî, III, 330.
- İlmiyye Salnâmesi, s. 455–457.
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 467.
- Tayyib Gökbilgin, "İbrâhim", İA, V/2, s. 883–885.