Milli Zəka (jurnal)
Milli Zəka | |
---|---|
Baş redaktor | Cəmilə Çiçək |
Növ | jurnal |
Format | A4 |
Tiraj | 3000 |
Təsisçi | Milli Zəka MMC |
Təsis tarixi | 2013-cü il |
Qərargah | Bakı, A.Məhərrəmov küçəsi 26/50 |
Dil | Azərbaycanca, İngiliscə, Rusca |
Səhifə | 136, 96 |
"Milli Zəka" — aylıq jurnalı 2013-cü ildən peşəkar jurnalistlər, ədəbiyyatşünaslar, elim və sənət adamları, politoloqlar, iqtisadçılar, tərəfindən nəşr olunur[1].
Məzmun
[redaktə | mənbəni redaktə et]Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, elmi və s. sahələrə aid proseslərin, yeniliklərin işıqlandırılması üzrə ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və mütəxəssislərlə yanaşı region ölkələrinin jurnalist, mütəxəssis və icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət nümayəndələri – nazirlər, ictimai-siyasi və elm xadimlərinin müsahibələrinə geniş yer verilir.
Jurnalda Azərbaycanlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Azərbaycanın işğal altında olan rayonları, kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, elmi-publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur.
“Milli Zəka” jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır.
Jurnal ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə yayımlanır.
Jurnalın oxucuları sırasında dövlət qurumları, elmi ictimayyət nümayəndələri, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, təhsil ocaqları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər yer alır.
Obyektiv, qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Jurnalın əsas rubrikaları
[redaktə | mənbəni redaktə et]"Kəlbəcər toponimləri", “Nəzm”, "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Şəhidlərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Dünya ədəbiyyatı" və s.
Jurnal 20.05.2014-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3889 №-li reyestrlə qeydiyyatdan keçmişdir. VÖEN:1402852602 Dərgidə dərc olunan yazılar müəlliflərin mövqeyini əks etdirir və yazı müəllifləri məsuliyyət daşıyır.
Jurnalın heyəti
[redaktə | mənbəni redaktə et]- Təsisçi və baş redaktor: Cəmilə Çiçək
- Redaktor: Vüqar Sadıqov
- Məsul katib: Füzuli Bayat
- Dizoyner: Cəfər Kərimov
Redaksiya heyəti
[redaktə | mənbəni redaktə et]Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, Nizami Cəfərov, Rafael Hüseynov, Möhsüm Nağısoylu, Yaqub Məmmədov, Muxtar İmanov, Ağaverdi Xəlilov
Əlaqə
[redaktə | mənbəni redaktə et]- Tel.: (050) 628-88-99
- e-mail: c.cicek@mail.ru
- Hüquqi ünvan:Azərbaycan, Bakı şəhəri, A.Məhərrəmov küçəsi. 26/50
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Milli Zəka PDF". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-16.