Jak Mariten
Jak Mariten | |
---|---|
fr. Jacques Maritain | |
Doğum adı | Jacques Aimé Henri Maritain[3] |
Doğum tarixi | 18 noyabr 1882[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 1973[1][2][…] (90 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Jak Mariten (fr. Jacques Maritain; 18 noyabr 1882[1][2][…], IX arondisman[3] – 28 aprel 1973[1][2][…], Tuluza) —fransız filosofu, teoloqu, neotomizmin banisi.
Həyatı
Jak Mariten XX əsrin 30-cu illərində ABŞ və Kanadada dərs deyərkən tanınmış və katolisizmin mövqeyinin Amerika qitəsində möhkəmlənməsi üçün çalışmışdır. 1945–1948-ci illərdə Mariten Vatikanda Fransanın səfiri olmuş, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin layihəsinin hazırlanmasında iştirak etmişdir. Onun sosial-siyasi nəzəriyyə problemlərinə həsr olunmuş əsas əsərləri "İnteqral humanizm", "İnsan hüquqları və təbii qanun", "İnsan və dövlət"dir.
Dünyaya baxışı
Jak Mariten (1882–1973) – fransız filosofu, neotomizmin görkəmli nümayəndəsidir. Neotomizm ruhunda sosiomədəni konsepsiyalar kulturologiya üçün xüsusilə böyük əhəmiyyət daşıyır. Neotomizm müasir Qərb dini fəlsəfəsinin və kulturologiyanan əsas istiqamətlərindəndir. Bu fəlsəfi təliminin kökləri Qərb orta əsrlər fəlsəfəsinə və hətta xristianlığın meydana gəldiyi eramızın əvvəllərinə təsadüf edir. Onun tam təlim kimi formalaşması XIII əsrə aiddir və bilavasitə orta əsrlər sxolastı Akvinalı Fomanın adı ilə bağlıdır. XIX əsrdə neotomizmin meydana gəlməsi Avropanın sosial-mədəni situasiyasında baş vermiş dəyişikliklərlə bağlı idi. 1879-cu ildə "Alterni Patris" adlı xüsusi ensiklopediyada Akvinalı Fomanın fəlsəfi doktrinası "əbədi fəlsəfə" kimi təsdiqlənmişdir, filosofun özü isə dünyada ən böyük mütəfəkkir adını qazanmışdır. Bu dövrdən neotomist fəlsəfənin sərəncamına ən yaxşı tədris müəssisələri, tipoqrafiyalar ayrılır, filosoflar yetişdirilir bir çox dildə jurnallar buraxılır, katolik filosofların əsərləri çapdan çıxır. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində xristian filosofları bu fəlsəfə sisteminin ayrı-ayrı hissələrini – qnoseologiyanı, ontologiyanı, tarixini, etikasını, estetikasını və o cümlədən də kulturoloji problematikasını formalaşdırırdılar. Keçmiş dövrlərin fəlsəfə mədəniyyətinin neotomist interpretasiyası bilavasitə xristian dininin və katolik kilsənin mövcud sosial şəraitə adaptasiyası ilə bağlıdır. Beləliklə, "əbədi fəlsəfə"nin neotomist variantının vəzifəsi – dövrün çağırışına cavab verməkdən, inqilablar, dünya müharibələri, texniki nailiyyətlər və elmi kəşflər dövrünün kulturoloji, tarixi və sosial-siyasi fenomenlərini katolik noqteyi-nəzərdən aşkarlamaqdan ibarətdir. Akvinalı Fomanın əsas problemi olan dini inamın biliklərlə dinlə fəlsəfənin harmoniyası problemini Mariten XX əsrdə meydana gəlmiş köklü çevrilişlərlə qarşılıqlı əlaqədə təhlil etməyə çalışır. Mariten Yeni dövrün fəlsəfəsini tənqid edərək onun təmsilçilərini orta əsrlər mədəniyyətinin dəyərlər bünövrəsinin dağıdılmasında suçlayırdı. Alim Martin Lüterin elmi-fəlsəfi yaradıcılığını bu fəlsəfənin proloqu kimi qiymətləndirirdi. "Üç böyük fiqur bu dünyaya başçılıq edib, dövrümüzü narahat edən məsələləri müəyyənləşdirməyə qadirdir: dinin islahatçısı, fəlsəfənin islahatçısı və əxlaqın islahatçısı – Lüter, Dekart və Russo. Bunlar həqiqətən də Yeni dövrün böyükləridir."
Neotomist Maritenin fikrinə görə, Martin Lüterin etdiyi xristian dininin islahatı "böyük alman gunahıdır", Dekartın fəlsəfədə etdiyi islahat isə – "müasir fəlsəfi fikrində ən böyük fransız gunahıdır". Avropa mədəniyyətinin çəkdiyi bir çox əzablara görə Mariten J.-J. Russonu da suçlayır. Maritenin təbirincə, Russo insanın təbii mənşəyini düzgün izah etmədiyinə görə eqalitarizmə və mənəvi prinsiplərdən məhrum olmuş burjua demokratiyasına bəraət qazandırır. Russonun ən böyük gunahlarından biri də odur ki, o, xristianlığın müdrikliyini nəzərə almadan, insanı təbiətcə mərhəmətli hesab edir, savadı və sivilizasiyanı isə onu korlayan, pozan amillər kimi qiymətləndirir. "Üç islahatçı" əsərində Mariten, Akvinalı Fomanın təliminə əsaslanaraq, insanın təbiətinə görə mərhəmətə, azadlığa və bərabərliyə meyli olduğunu tənqid edərək qeyd edir ki, "…insan təbiətcə ictimai məxluqdur və məhz ona görə ki, cəmiyyətdə kimsə qabaqda getməlidir, əgər hər hansı bir insan öz mərhəməti və biliklərinin zənginliyi ilə fərqlənir, o, başqasının xeyrinə çalışır, yəni onlara hökmranlıq edir". Həmin mövqedən filosof klassik alman fəlsəfəsinin nümayəndələrinin də irsini tənqid edir. Zəkanın totalitazizminə görə və dinin fəlsəfi biliklərə daxil edilməsinə görə o, Hegeli tənqid atəşinə tutur. Alim, həmçinin müasir Qərb fəlsəfəsini də tənqid edir. Mariten Marksın fəlsəfənin dünyanın radikal tərzdə dəyişdirilməsinin vasitə olması ideyasını da inkar edir. XXIII İoanın və VI Pavlın yeniləşdirici siyasəti ilə bağlı II Vatikan soborunda Maritenin sosiomədəni idealı rəsmi surətdə qəbul olunmuşdur. İndi isə Maritenin sosiomədəni konsepsiyasını bir qədər də dərindən təhlil edək. Elmi əsərlərində Mariten filosofun cəmiyyətdə oynadığı rola dair öz konsepsiyasını əsaslandırır. Fəlsəfə mahiyyətinə görə – təmənnasız fəaliyyətdir. Burada Platonu yada salmaq yerinə düşərdi. O hesab edirdi ki, fəlsəfə ilə çörək qazanmağın dərdini çəkən və buna görə də məişət problemləri ilə başı qarışmış adam deyil, yalnız onlardan azad olan və özünü tamamilə həqiqətə həsr etmiş aristokrat məşğul ola bilər. Və məhz buna görə də fəlsəfə tarixi tərəqqiyə təkan verməyə qadir olan qüvvələrdən biridir. Əsl filosof o adamdır ki, həqiqəti və azadlığı daim insanların yadına salmış olsun. Müəyyən siyasi və sosial qruplara bağlılığının öhdəsindən gələrək, filosof sarsılmaz və heç bir şeydən asılı olmayan həqiqətə qayıdışını tələb edir. Maritenin fikrinə görə, nəzəri refleksiyaya səbəb olan filosofların hətta səhvləri də xeyir verə bilərlər. Eyni zamanda, filosof, ideoloji diktatora çevrilməmək üçün bu ya digər sosial problemin həlli zamanı öz "reseptlərini" zorla tətbiq etməməlidir. Diktatorlar filosoflara məhz ona görə nifrət edirlər ki, onlar adamların gözünü açır. Filosoflar adamlara göstərirlər ki, azadlıq olmadan ictimai rifah ideoloji fiksiyadan başqa heç nə deyil, çünki, böyük siyasətçinin sözü ilə desək, gələcəyin rifahı naminə bu günün azadlığını qurban verən xalq azadlığa da səadətə də layiq deyil. Maritenə görə, insanların bir-birinə zidd olan fəlsəfi konsepsiyalardan və digər doktrinalardan, onların fikrinə görə, gələcəkdə onların səadətini və rifahını təmin edə biləcək nəzəriyyələri seçmək hüququ təmin edilməlidir. Fəlsəfənin tərəqqisi heç də bəşəri sivilizasiyanın sonu görünməyən inkişafı yolunda onun qarşısına çıxan həqiqətin və azadlığın səviyyələrini əks etdirmir. İnsan azadlığı – xalqı təmsil edən və onun rifahı naminə birləşən şəxsiyyətilərin mənəvi inkişafı üçün vacib olan hər bir insanın seçim hüququdur.
Ədəbiyyat
- 1. Жак Маритен. Избранное: Величие и нищета метафизики. М., 2004, с. 181;
- 2. Долгов К.М.. От Киркегора до Камю. М., 1990, с. 323;
- 3. Швейцер А.. Культура и этика. М., 1973, с. 98;
- 4. Френсис Фукуяма. Конец истории, или последний человек. М., 2004;
İstinadlar
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Jacques Maritain // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 doğum haqqında şəhadətnamə. S. 22.