Xıdır Zində məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xıdır Zində məscidi
Ölkə  Azərbaycan
Yerləşir Siyəzən rayonu
Sifarişçi Qafqaz Müsəlmanları İdarəsi
Tikilmə tarixi 2000

Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir.

Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m2-dir.[1]

İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var.

Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır. İçərisində axund və imam üçün iş otağı, həyətdə köməkçi binalar vardır. Məscidin ətrafı abadlaşdırılaraq daş hasara alınmışdır. Məscidin dini icması Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir.

  1. "Arxivlənmiş surət". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.