Cümə məscidi (Sucas)
Cümə məscidi | |
---|---|
Ölkə | İran |
Şəhər | Sucas |
Yerləşir | Sucas |
Aidiyyatı | Böyük Səlcuq İmperiyası |
Tikilmə tarixi | 1100 |
Üslubu |
Naxçıvan-Marağa memarlıq məktəbi Səlcuqlu memarlığı |
Vəziyyəti | xarabalıqları qalıb |
Sucas Cümə Məscidi – Sultaniyyədən 52 km cənub – qərbdə olan Sucas şəhərinin ən məşhur abidəsi olmaqla yanaşı Azərbaycanda İslam memarlığının inkişafını izləmək baxımından mühüm abidədir. Üstündə kitabəsi qalmayan bu abidənin tikilmə çağını araşdırmaçılar 1100-cü il olaraq qəbul edirlər.
Sucas Came məscidi öz lkin quruluşunu yaxşı saxlamış Səlcuqlu abidələrindəndir. Planı ənənəvi kvadrat biçimli olsa da, məscidin üzəri özümlü işlənmişdir. Onun mehrablı güney divarı açırımsızdır. Baş girişin olduğu quzey divarında iri bir qapı açırımı və içəridə onun yanlarında ensiz dayaz taxçalar olduğu halda, yan divarların iç səthinin ortasındakı tağçanın yanlarında iki nisbətən iri açırım verilmişdir. Mehrab çərçivəsinin yanlarını da onunla bir hündürlükdə dar tağçalar tutur. Açırım və tağçaların belə düzülüşünə başqa Səlcuqlu abidələrində rast gəlinmir.[1]
Konstruksiya baxımından Sucas məscidi başqa səlcuq məscidlərindən seçilmir: kvadrat əsas, səkkizbucaqlı və onaltıbucaqlıdan ibarət keçid bölümü və günbəz çevrəsi. Onun bayır görünüşü isə üst-üstə kub, səkkizüzlü və günbəzdən ibarət yığcam tutumdur. Quzey divardakı qapı gözü ümumi tutumdan irəli çıxan baştağ şəklində olmuş, lakin indi baxımsızlıq üzündən dağılmış vəziyyətdədir. Abidənin bayır səthlərində bəzək işləri aşkar edilməmişdir.
Sucas məscidinin interyeri kərpic və gəc yapma bəzəklərin bolluğu və rəngarənkliyi, eləcə də gözəl kufi xəttli kitabələri ilə seçilir. Abidənin mehrabı ölçücə iri olub yapma gəc bəzəklə sız süslənmişdir. Kitabələr içində günbəzin əsasını çevrələyən həndəsi naxış fonunda işlənmiş yazı qurşağı öz gözəlliyi ilə xüsusiylə seçilir.
Araşdırmaçılar müşahidəsinə görə Sucas came məscidi ayrıca, təcrid olunmuş şəkldə dayanmamışdı. Onun kub gövdəsinə birləşən başqa yerləşgələri və məscidn ümumi planını aydınlaşdırmaq üçün ətrafında arxeoloji qazıntı işlərinin aparılması vacbdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 45