Qarayazı xalçaları
Xalça | |
Qarayazı | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Qarayazı xalçaları |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi[1] |
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır.
Bədii analiz
[redaktə | mənbəni redaktə et]"Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir.
Texniki xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]"Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur. Kiçik ölçüdə olan xalçalar 100x150 sm və böyük ölçüdə olan xalçalar isə 180x300 sm olur.
İlmələrin sıxlığı: hər kvadrat metrdə 80 min ilmədən 120 min ilməyə qədər ola bilər.
"Qarayazı xalçaları"nda xovun hündürlüyü adətən 7–9 mm-dir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Qarayazı xalçası Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine
- ↑ Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.