Öysüzlü xalçaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xalça
Öysüzlü
Öysüzlü xalçaları
Öysüzlü xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Öysüzlü xalçaları
Məktəbi Qazax xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]

Öysüzlü xalçalarıQazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur.

"Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir. Bu tip haşiyələr ənənəvi olaraq xovsuz xalçaların dekorunda istifadə olunur, həmçinin məfrəşləri, çuvalları, çulları və digər xalça məmulatlarını bəzəyir.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Öysüzlü" xalçaları əsas etibarilə orta formatda, bəzən böyük ölçüdə olur.

İlmələrin sıxlığı: hər bir kvadrat metrdə təqribən 100 min ilmə yerləşir.

Xovun hündürlüyü 8–10 mm-dir.

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.