Gədi xalçaları
Xalça | |
Gədi | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Gədi xalçaları |
Digər adları | "Dağlı" və ya "Qədi" xalçası |
Məktəbi | Abşeron xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]"Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir.
Bədii analiz
[redaktə | mənbəni redaktə et]"Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar.
Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar.
Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
"Gədi xalçaları"nın kənarlarını üç haşiyə tamamlayır. Bakının "Novxanı" xalçasında olan ara haşiyənin cüt xətlərini xatırladan sürməyi yerlikli, "qarmaqlı qızıl gül" adlanan kiçik haşiyələr orta haşiyənin sol və sağ tərəflərində yerləşdirilmişdir. "Zülflü aləm" elementlərindən təşkil olunmuş ağ yerlikli orta haşiyə xalçaya xüsusi görkəm verir.
Texniki xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]"Gədi xalçaları"nın ölçüləri 110x180 sm-dən 110x250 sm-ə qədər ölçülər arasında dəyişir.
"Gədi xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38x38 ilmədən 42x42 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 145 min ilmədən 176 min ilməyə qədər təsadüf edilir.
"Gədi xalçaları"nda xovun hündürlüyü 6–7 mm-ə qədərdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Gədi xalçaları Arxivləşdirilib 2011-08-06 at the Wayback Machine