Emil fon Berinq
Emil fon Berinq | |
---|---|
alm. Emil Adolf von Behring | |
Doğum adı | Emil Adolf Behring[4] |
Doğum tarixi | 15 mart 1854[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 1917[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Elm sahələri | tibb, İmmunologiya, Bakteriologiya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbərləri | Robert Kox |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Emil Adolf fon Berinq (15 mart 1854[1][2][…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[1][2][…], Marburq[3]) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı
Həyatı
[redaktə | mənbəni redaktə et]1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Berinq hələ hərbi xidmət zamanı yoluxucu xəstəliklərlə mübarizə məqsədilə müxtəlif təcrübələr aparmağa başlamışdı. O dövrdə dezinfeksiyaedici və antiseptik vasitələr kifayət qədər inkişaf etməmişdi. Onun əsas təcrübələri tetanus və difteriya xəstəlikləri ilə bağlı olmuşdur. Bu xəstəliklərin oxşar cəhətləri, ona yoluxan şəxslərin çox az bakteriya daşımalarına baxmayaraq ölməsi idi. Bundan əlavə, bu xəstəliklərin simptomları (tetanusda sinir sisteminin, difteriyada isə ürək-damar sisteminin iflası) infeksiya düşmüş yerlərlə məhdudlaşmırdı. Xüsusilə difteriyadan ildə minlərlə uşaq dünyasını dəyişirdi. Onları araşdıran bir sıra alimlər xəstəliyin müalicəsinin orqanizmin immunitet gücünün artırılması ilə baş verəcəyini bildirmişdilər. Berinq bu xəstəliklərin tədqiqi ilə yapon alimi Sibasaburo Kitasato ilə birlikdə məşğul olmuşdur. Tədqiqat zamanı məlum olmuşdur ki, xəstəlikdən ölənlərin qanında bakteriyalara qarşı antitoksinlər əmələ gəlir. Sonra siçan və dovşanlar üzərində apardıqları tədqiqat nəticəsində, onlar xəstəliyə yoluxmuş heyvanların qanında əmələ gələn antitoksinlərlə digər canlıları sağaltmağın mümkünlüyünü kəşf etmişdilər.
1891-ci ildə Berlin xəstəxanasında difteriyaya yoluxmuş uşaqlara ilk vaksinlərin vurulmasına başlanmışdı. Onlardan bir çoxu sağalmışdı. Lakin bu vaksinlər kütləvi formada istehsal edilə bilmirdi. Onların alınması üçün kifayət qədər antitoksin istehsal olunmurdu. Bu dərmanlar üzərində işləmək ehtiyacı duyulurdu. Vaksinlərin çatışmayan cəhətlərindən biri də, onun yoluxmadan dərhal sonra xəstələrə vurulduqda tam gücünü göstərməsində idi. Müəyyən müddət keçdikdən sonra preparat öz təsir qüvvəsini itirirdi. Lakin difteriya əleyhinə çalışan alimlərdən olan Paul Erlixin kəşf etdiyi bir sıra üsullarla həmin vaksinin təsir qüvvəsi artırılmış, nəticədə daha çox həyatı xilas etmək mümkün olmuşdur. Berinq difteriya əleyhinə tədqiqatlarını davam etdirərək 1913-cü ildə yeni preparat hazırlamağa müvəffəq olmuşdur.
Onun yeni uğuru Berinqin şöhrətinin artırmışdır. Ona "uşaqların şəfa vericisi" ləqəbini vermişdilər. Vaksinin kəşfi həm də alimin maliyyə vəsaitinin artırmışdır. 1894-cü ildə Berinq Gigiyena institutundan ayrılaraq əvvəl Qalle, bir il sonra isə Marburq Universitetlərinə keçmiş, elmi-tədqiqat işlərini orada da davam etdirmişdir.
1901-ci ildə Emil Adolf fon Berinqə fiziologiya və tibb sahəsi üzrə ilk Nobel mükafatı təqdim edilmişdir.
Birinci dünya müharibəsi illərində Berinqin hazırladığı mikrob əleyhinə vaksinlərin köməyi ilə xeyli alman əsgərinin həyatı xilas edilmişdir. Məhz bunu nəzərə alan ölkə rəhbərliyi onu Dəmir Xaç ordeninə layiq görmüşdür. Bundan başqa o, Fransanın Fəxri Legionunun cəngavəri adını da almışdır.
Son dərəcə ağır xarakterə malik olan və qapalı həyat tərzinə keçirən, dünyanın bir sıra akademiyalarının üzvü seçilən Berinq 1917-ci ildə vəfat etmişdir. Bu gün onun adını dünyada ən böyük kliniki terapiya ilə məşğul olan şirkət daşıyır. Marburq Universitetində onun adına mükafat təsis edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Emil von Behring // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118654918 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ https://www.nobelprize.org/prizes/medicine/1901/behring/biographical/.
- 15 martda doğulanlar
- 1854-cü ildə doğulanlar
- 31 martda vəfat edənlər
- 1917-ci ildə vəfat edənlər
- 63 yaşında vəfat edənlər
- Marburq Universitetinin müəllimləri
- Berlin Humboldt Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Almaniya kimyaçıları
- Almaniyalı Nobel mükafatı laureatları
- Almaniyanın hərbi həkimləri