Aleksandr Fleminq
Aleksandr Fleminq | |
---|---|
Sir Alexander Fleming | |
| |
Doğum tarixi | 6 avqust 1881[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 mart 1955[1][2][…] (73 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Elm sahələri |
Bakteriologiya İmmunologiya |
İş yerləri |
|
Təhsili |
|
Tanınır | Pensilinin kəşfi |
Üzvlüyü |
|
Mükafatları | Fiziologiya və ya tibb üzrə Nobel mükafatı (1945) |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[1][2][…], Lokfayld[d] – 11 mart 1955[1][2][…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqu.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində anadan olub. İki il Kilmernokdakı akademiyada təhsil aldıqdan sonra Birinci Dünya müharibəsi başlayana qədər Müqəddəs Meri xəstəxanasında işlədi. Müharibə dövründə cəbhələrdə oldu. Cəbhələrdə qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra Müqəddəs Meri xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi.
Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.[4]
Londonda Müqəddəs Meri xəstəxanasında (ing. St. Mary's Hospital) peyvənd bölməsində işlədiyi 1924-1948-ci illərdə elmi tədqiqatlar aparmışdı. 1927-ci ildən pensillium növündən olan bir kifin xüsusiyyətlərini tədqiq etməyə başladı. Çibanlara səbəb olan bakteriyaların çoxaldılması zamanı havadan gələn bəzi sporların onu göy-yaşıl rəngli bir kif ləkəsi kimi əhatə edərək bakteriyaları öldürdüyünü müşahidə etdi. 1927-ci ildə pensilliumla bağlı bakterioloji tədqiqatlarını bitirməsinə baxmayaraq maddi çatışmazlıqlar səbəbindən maddənin istehsalı 1939-cu ilə qədər ləngidi. Ser Houard Flori, Ernst Çeyn kimi alimlər ona kömək etdilər. Birlikdə pensilinin farmakoloji və klinik tədqiqatlarını Oksfordda bitirdilər. Sənaye üsulu ilə pensilin istehsalına ilk dəfə ABŞ-də başlandı. Ona kömək edən iki dostu ilə birlikdə 1945-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə təltif olundular.[5][6][7][8][9][10] Aleksandr Fleminqin yazmış olduğu ən əsas əsəri Pensilinin praktikada istifadəsi adlı kitabıdır.
Aleksandr Fleminqin laboratoriyası həmişə dağınıq olurdu. 1928-ci ilin sentyabr ayında bu vəziyyət onun üçün faydalı oldu. Laboratoriyasının müxtəlif yerlərinda olan sınaqlarını nizamlamağa çalışırdı. Onları sıralayarkən hər birini diqqətlə nəzərdən keçirirdi. Bu zaman qəribə göbələk koloniyası müşahidə etdi. Bu göbələk koloniyası qızılı stafilokokk bakteriyası olan qablarda inkişaf etmişdilər. Diqqətlə tədqiq etdikdən sonra Aleksandr Fleminq bu göbələklərin zərərli bakteriyaları öldürdüyünü müşahidə etdi. Bunun əhəmiyyətini başa düşdü və 1929-cu ildə pensilin adlandırdığı maddənin kəşfi ilə bağlı məqaləsi dərc olundu.[11]
Aleksandr Fleminq adətən bağça torpağı ilə tədqiqatlarını apardırdı. Bu kimyaçı üçün olduqca çətin iş idi, çünki bağça torpağını analiz etmək, ələmək, içində düzgün göbələkləri çoxaltmaq uzun və zəhmət tələb edən prosesdi. O, kəşfini daha da təkmilləşdirə bilmədi. Onun kəşfinin hal hazırkı vəziyyətinə gəlməsi iki alimin, Houard Flori və Ernst Çeyn adı ilə bağlıdır. Onlar pensilini təkmilləşdirərək təsirli hala gəlməsini həyata keçirtdilər. Bu tədqiqatlar nəticəsində İkinci dünya müharibəsi və daha sonralar çoxlu insanın həyatı xilas oldu.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Aleksanr Fleminq tədqiqatlarındakı uğurları səbəbindən 1944-cü ildə cəngavər tituluna layiq görüldü.[12] Fleminq, Flori və Çeyn 1945-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə təltif olundular. İkinci dünya müharibəsində kəşfi nəticəsində milyonlarla insanın həyatının xilas olması Fleminq üçün daha önəmli idi.
Aleksandr Fleminq Maykl Hartın yazdığı Tarixin ən nüfuzlu xadimlərinin siyahısı (ing. List of the Most Influential Figures in History) əsərində 43-cü yerdə idi. O, həmçinin rəssam Ceyms Makneyl Uistlerin dəvəti nəticəsində 1891-ci ildə qurulmuş və hər sahədən üzvləri olan Çelsi İncəsənət Klubunun üzvü olmuşdur. Fleminq mikrob rəngləmələri ilə kluba üzv qəbul olunmuşdur. Bakteriyalar görünməz idi. Fleminq onları parlaq rənglərlə boyayaraq görünmələrini təmin etmişdi. Bu üsuldan hələ də laborotoriyalarda istifadə olunur.
Ölümü
[redaktə | vikimətni redaktə et]Aleksandr Fleminq 11 mart 1955-ci ildə 73 yaşında olarkən ürək tutması nəticəsində öldü.[5] Kəşfi ilə çağdaş tibbin antibiotiklərə yanaşmasını dəyişdirmiş, milyonlarla insanın həyatını xilas etmişdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
- Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Aleksandr Fleminq haqqında Nobel mükafatı e-muzeyində məlumat.
- Aleksandr Fleminq haqqında faktlar
- Aleksandr Fleminqin şəkillər
- Aleksandr Fleminqin Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
- Time, 29 March 1999, Bacteriologist Alexander Fleming Arxivləşdirilib 16 oktyabr 2007 at the Wayback Machine
- Some places and memories related to Alexander Fleming
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Alexander Fleming. 2009.
- ↑ 1 2 3 4 A. Fleming // KNAW Past Members (ing.).
- ↑ 1 2 www.pas.va (ing.).
- ↑ Fleming, A. (1 May 1922) "On a remarkable bacteriolytic element found in tissues and secretions," Proceedings of the Royal Society B, 93 (653): 306–317.
- ↑ 1 2 "Alexander Fleming Biography Arxivləşdirilib 2011-01-30 at the Wayback Machine". Les Prix Nobel. The Nobel Foundation. 1945.
- ↑ McIntyre N (2007). "Sir Alexander Fleming". Journal of medical biography 15 (4): 234.
- ↑ Hugh TB (2002). "Howard Florey, Alexander Fleming and the fairy tale of penicillin". The Medical journal of Australia 177 (1): 52–53
- ↑ Raju TN (1999). "The Nobel chronicles. 1945: Sir Alexander Fleming (1881-1955); Sir Ernst Boris Chain (1906-79); and Baron Howard Walter Florey (1898-1968)". Lancet 353 (9156): 936.
- ↑ Mazumdar PM (1984). "Fleming as Bacteriologist: Alexander Fleming". Science 225 (4667): 1140–1141.
- ↑ Robert Cruickshank (1955). "Sir Alexander Fleming, F.R.S". Nature 175 (4459): 663.
- ↑ Fleming A (1980). "On the antibacterial action of cultures of a penicillium, with special reference to their use in the isolation of B. influenzae. (Reprinted from the British Journal of Experimental Pathology 10:226-236, 1929)". Clin Infect Dis. 2 (1): 129–39.
- ↑ "People of the century". P. 78. CBS News. Simon & Schuster, 1999
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- 6 avqustda doğulanlar
- 1881-ci ildə doğulanlar
- 11 martda vəfat edənlər
- 1955-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Londonda vəfat edənlər
- Müqəddəs Pavel kafedralında dəfn olunanlar
- London İmperial Kollecinin müəllimləri
- London Universitetinin müəllimləri
- London İmperial Kollecinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Papa Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Şotlandiya bioloqları
- Bakterioloqlar
- Şotlandiya həkimləri
- Cəngavər bakalavrları