Vikipediya:İnzibatçılara müraciət

(Vikipediya:İM səhifəsindən yönləndirilmişdir)
Ən son rəy:8 saat öncə, Gadir tərəfindən "Antarktidanın tarixi əraziləri və abidələri" mövzusunda


Qısa keçid yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

Statuslu məqalələr üçün müzakirə şablonu

redaktə

Salamlar. Belə bir şablon var idi və @Nemoralis onu müzakirə aparmadan silib. Mən bir dəfə bərpa etdim, amma RM-ə yol verməmək üçün sonra davam etmədim, həmçinin bərpa etsəm yəqin ki məni blok edəcəkdi (müzakirə səhifəmə bu barədə yazıb). (Qeyd: Digər məsələdə müəyyən qədər haqlı ola bilər, bu müzakirə o məsələyə görə açılmayıb. Bu başlıqda bu məsələ barədə fikir bildirməyinizi xahiş edirəm.) Zəhmət olmasa, bu şablonu bərpa edin və silinəcəksə müzakirə olunsun elə silinsin, çünki bu şablon uzun müddətdir mövcud idi və digər vikilərin praktikasında da mövcuddur. Əsas kimi isə eyni məzmuna malik olduqlarını bildirib ki, elə deyil heç, hər məqalənin statusu barədə yazı qeyd olunub müzakirə səhifəsində (statuslu məqalələr və məqalənin statusu barədə qeyddən başqa nə ola bilər ki? Əlavə olunan statuslu məqalələrin müzakirə səhifələrində bu qeyd olunan yazı silinib indi.). Mən ona bunu {{müzakirə}} şablonuna birləşdirməsini təklif etsəm də, konsensus istəyib, halbuki şablonu siləndə özü konsensus almayıb. Bura nəzər yetirin. Hörmətlə, Qədir (müzakirə) 08:06, 29 oktyabr 2024 (UTC)Cavabla

Düşünürəm ki, Gadir bu mövzuda haqlıdır. Müzakirə şablonuna bununla bağlı parametr əlavə etmək yaxşı olardı. Unkillable Demon King 14:19, 3 noyabr 2024 (UTC)Cavabla
Özü də müstəqil şablon da deyil, alt şablondur. {{Müzakirə/Ana səhifə}} kimi. İndi durub "heç bir işə yaramır" deyərək bunu da silək? @Nemoralis, zəhmət olmasa, şablonu əsas şablona köçürün o formada istifadə olunsun ya da bu formada alt şablon kimi istifadə etməyə davam edək. 1 həftədir müzakirə səhifələrində məqalələrin statusları ilə bağlı hissə boşdur. Hörmətlə, Qədir (müzakirə) 07:24, 4 noyabr 2024 (UTC)Cavabla

Həm də müzakirə getməmiş, amma bu şablon qoyulmuş müzakirə səhifələrini də silirdi. Bu da doğru deyildi, çünki "Vikilayihə" ilə əlaqəli məqalələrin də müzakirə səhifələrinə müvafiq şablonlar yerləşdirilir, SNS və BNS olunanlara da. Bu da elə. Normal məqaləni bəlkə başa düşə bilərəm, amma statuslu məqalələrin müzakirə səhifəsinə vaxtilə əksəri @Xeyal tərəfindən yerləşdirilərək yaradılan səhifələri də silib. Hörmətlə, Qədir (müzakirə) 08:19, 29 oktyabr 2024 (UTC)Cavabla

Elə ən birincisi nə üçün seçilmiş məzmunun müzakirəsində spesifik olaraq "bu məqalə seçilmişdir" yazılmalıdır o müzakirə edilməlidir. Yazılmalı olsa belə bunun üçün eyni şablonu copy+paste edib sadəcə başlığı dəyişdirmək lazımsızdır. Mövcud şablona parametrlə əlavə etmək olar. Nemoralis (müzakirə) 08:18, 29 oktyabr 2024 (UTC)Cavabla
Gadir, axırıncı yazdığınızla bağlı o vaxtı da müzakirə etmişdik və izah edə bilməmişdiniz ki, nə üçün müzakirə getməyən yerdə müzakirə şablonu olmalıdır. Nemoralis (müzakirə) 08:22, 29 oktyabr 2024 (UTC)Cavabla
Tarixçəyə dəqiq baxmısan? 10 ildən artıqdır ki bu şablon var idi və sən indi onu heç yoxmuş kimi silirsən. Xeyr, əksinə, lazım olmadığını düşünürsənsə, SNS et ya da müzakirəsinə yaz, yox, birləşdirəcəksənsə, lap o barədə də yaz, sonra birləşdir, zatən mən də sənə onu təklif etmişdim, birləşdir elə istifadə edək, amma birbaşa silmək düzgün deyil, özü də buna özün qərar verərək. Digər sualına isə, niyə də yazılmasın? Digər dillərin təcrübəsində də var, yaxşı, onu bir kənara qoyaq, xəbərdarlıq üçün, yəni ora daxil olanları məlumatlandırma məqsədi daşıyır (topiconla eyni şey deyil), bəs sən niyə yazılmasını istəmirsən ya da istəmirsən? Hörmətlə, Qədir (müzakirə) 08:49, 29 oktyabr 2024 (UTC)Cavabla
Müzakirəmizi xatırlayıram, Nemoralis. Mən orada fikirlərimi kifayət qədər izah edə bildiyimi düşünürəm. Orada mən səninlə razılaşa bilərəm ki, adi halda "müzakirə" şablonu ilə yaratmaq vacib olmasın, amma status da SNS, BNS və Vikilayihələr ilə eynidir, onu da göstərmək lazımdır, bu, digər dillərdə də qeyd olunur. Adi "müzakirə" şablonunu başa düşmək olar yenə də. Bunların məqsədi müzakirə getməyi ya da getmədiyi üçün deyil (müzakirə gedəndə adi şablon əlavə olunacaq onsuz), məlumat xarakterli şablonlardır və müzakirə səhifəsində məqalələrə aid məlumatlar da qeyd olunur, sadəcə müzakirə aparılmır. Hörmətlə, Qədir (müzakirə) 09:00, 29 oktyabr 2024 (UTC)Cavabla
Şablonun 10 ildir olması nə məzmunun eyni olması nə də şablonun heç bir əsaslı məlumat təqdim etmədiyi reallığını dəyişdirmir. Məqaləni müzakirə etmək istəyən şəxs onsuz da məqaləni oxuyub gəlir ki, orda müzakirə açır. Bu zaman orda məqalənin statusunu görür. Bir də müzakirə səhifəsində bu məqalə seçilmişdir demək nə üçün məntiqlidir hələ də izah edə bilmirsiz. Axırıncı cümləniz isə səhvdir. Müzakirə səhifələrinin tək təyinatı müzakirədir. Saxlanıldı/Vikilayihə şablonları müzakirə gedərsə əlavə olunmalıdır. Nemoralis (müzakirə) 15:32, 29 oktyabr 2024 (UTC)Cavabla
Status barədə bildiriş əhəmiyyətli məlumat çatdırır, istifadəçi başqa cür məqalənin statusu olduğunu bilməyə bilər (topicon statusuna baxmaya bilər). Ona görə də bu nüans əhəmiyyətsiz zad deyil. Harda məqalənin statusunu görür? Birbaşa daxil olanda bildiriş kimi görünməlidir o. İndi digər vikilər məntiqsiz davranır deyirsiniz? Məntiq istəməyə qalsa, mən də sizdən çox şey soruşa bilərəm, ən sadəsi, bunun olmaması məntiqlidir? Bu bir qırağa, siz neçə illik səhifəni silirsiniz, eyni şablona əlavə edəcəksinizsə edin, yox etmirsinizsə, zəhmət olmasa, bərpa edin və müzakirəyə təqdim edin. Silib sonra birləşdirilməsi üçün konsensus istəməkdir məntiqsiz olan. Hörmətlə, Qədir (müzakirə) 07:21, 1 noyabr 2024 (UTC)Cavabla
Şablonları birləşdirəcəm. Amma siz hələ də izah edə bilməmisiniz ki, niyə müzakirədə xüsusilə qeyd olunmalıdır ki, bu məqalənin X statusu var. Nemoralis (müzakirə) 09:25, 4 noyabr 2024 (UTC)Cavabla
Mən kifayət qədər aydın şəkildə qeyd etmişəm, qəbul etmək istəmirsinizsə, bu, mənim problemim deyil. Siz 10 ildən çoxdur mövcud olan bir şablonu konsensus əldə etmədən silmisiniz, bəs siz özünüz niyə bunu etdiyinizi açıqlaya bilərsiniz? "Lazım deyil, niyə olmalıdır?", o qədər? Hörmətlə, Qədir (müzakirə) 13:10, 5 noyabr 2024 (UTC)Cavabla

Antarktidanın tarixi əraziləri və abidələri

redaktə

Salam. Bu gün təsadüfən qarşıma şıxdı. 2016-cı ildə yaratdığım məqalə silinib. Halbuki eyni adlı şablon silinməyib. Məqalə digər 8 vikipediyada mövcuddur.[1] namikilisu 15:52, 6 noyabr 2024 (UTC)Cavabla

Salam, @Namikilisu. Qeyd etdiyiniz səhifənin məzmunu şablondan ibarətdir. Hörmətlə, Qədir (müzakirə) 16:14, 6 noyabr 2024 (UTC)Cavabla
Ayrıca səhifə də yaradılmışdı məncə. namikilisu 17:57, 6 noyabr 2024 (UTC)Cavabla
Xeyr, qeyd etdiyiniz məqalənin məzmunu şablon ilə eynidir, başqa səhifə varsa, qeyd edin, yoxlayım. Hörmətlə, Qədir (müzakirə) 17:58, 6 noyabr 2024 (UTC)Cavabla