Vikipediya:Kənd meydanı

Ən son rəy:3 saat öncə, White Demon tərəfindən "Həsən İmanov və yazdığı məqalələr" mövzusunda


Ana səhifə

redaktə

Salamlar. Etirazınız yoxdursa, ana səhifənin məqalə bölmələrini bacara bildiyim qədər doldurmaq istəyirəm ki, ana səhifə boşda olmasın və birinci gün qırmızı keçidlər görüncə əlavələr edilməsin. Aktivlik olmaması səbəbilə bunu icra etmişdim, yaxşı məqalə 2025-ci ilin martına kimi hazırdır, digər bölmələr də bu ay üçün tam hazırdır. Bu fəaliyyətdə "Turkmen"dən başqa istifadəçilərdən etiraz gəlməyib, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 03:02, 21 oktyabr 2024 (UTC)Cavabla

  Əleyhinə: Qiymətləndirmədə məqalə olmadığı təqdirdə bir neçə həftəni nəzərə alıb artırmaq olar. Lakin bütün yarım ilin, və ya bütün il intervalının köhnə məqalələr ilə doldurulmasını dəstəkləmirəm. Az-vikidə kifayət qədər məzmun hazırlayan istifadəçi var. Layihə o qədər də deaktiv deyil ki, oraya 1 il intervalında köhnə məqalələr əlavə edək ki, birdən heçkim olmayanda boş qalmasın. Turkmen müzakirə 06:31, 21 oktyabr 2024 (UTC)Cavabla
Yeni məqalələrdirsə onsuz da əlavə edilməlidir, köhnə məqalələri doldurmağa isə qarşıyam Nemoralis (müzakirə) 08:50, 21 oktyabr 2024 (UTC)Cavabla
Gəlin onda belə edək, bir və ya bir neçə ayı hazır vəziyyətdə saxlayaq öncədən. Çünki hər həftə yeni məqalə gözləsək orası boş qalacaq. Hörmətlə, Qədir (müzakirə) 09:22, 21 oktyabr 2024 (UTC)Cavabla

Vikipediya qəzet və təsadüfi məlumat bazası deyil

redaktə

Salamlar. Vikipediya:Vikipediya nə deyil qaydasının bəzi siyasətləri əskik idi, bir neçəsini qəbul etdik, son ikisi qaldı, onları hazırlamışam. Müzakirələrinizə təqdim edirəm: Vikipediya:Səsvermə/Vikipediya qəzet deyil və Vikipediya təsadüfi məlumat bazası deyil siyasətlərinin qəbulu ilə bağlı səsvermə. Hörmətlə, Qədir (müzakirə) 12:52, 26 oktyabr 2024 (UTC)Cavabla

Yaxınlarda ölən

redaktə

Salam. şablon:Yaxınlarda ölən şablonunun məqalədə nə qədər müddətə qalması ilə bağlı qayda, qeyd yoxdu. Təklif eliyirəm ki, bu şablon məqalədən, şəxsin vəfatından ruvkidəki kimi 10 (və ya 7) gündən gec olmayaraq çıxarılsın. Və bu cümlə (Şablon şəxsin vəfatından 10 gündən gec olmayaraq məqalədən çıxarılmalıdır.) şablonun içərisində qeyd olunsun. Aşağı vaxt limitini(nə qədər müddətə çıxarılmamalıdır) də təyin edə bilərik, amma lüzum görmürəm. (Qeyd: White Demon-un deyəcəyi ölüm tarixi yoxsa ölümün açıqlandığı tarix məsələsi ilə bağlı fikrim yoxdu.) — Bikar müzakirə 12:24, 27 oktyabr 2024 (UTC)Cavabla

Şablonda bu barədə qeydə ehtiyac olduğunu düşünmürəm, şablon kifayət qədər məzmunludur, bir də bu qeydə yer versək vizual olaraq da uyğun olmayacaq. Səhifə yaradılaraq necə silinə biləcəyi ilə bağlı ora yönləndirmək olar amma. Müddət vəziyyətə görə dəyişə bilər, konkret vaxt demək çətindir. Bu arada, bu şablon hər ölən şəxs üçün, hər məqaləyə də əlavə olunmamalıdır. Hörmətlə, Qədir (müzakirə) 06:04, 28 oktyabr 2024 (UTC)Cavabla
Orası düzdür, tez-tez dəyişikliyə məruz qala bilən şəxslərin məqalələrinə əlavə edilməlidir. Unkillable Demon King 01:04, 3 noyabr 2024 (UTC)Cavabla

Vikipediya:Tarixdə bu gün

redaktə

Salam. Təklif edirəm ki, bu bölmənin səhifələrinin adlarını "ay və gün" şəklindən "gün və ay" şəklinə dəyişdirək. Birinci versiya üçün heç bir məntiqi səbəb yoxdur və bu, dil qaydalarının pozulmasıdır. Çox güman ki, ingilis dilindən kopyalayıblar. Layihənin daxilindəki əlavə edilən fakt sayı da azaldılmalıdır və faktlar qiymətləndirilərək yenidən tərtib olunmalıdır. Kütləvi dəyişiklik olduğu və layihənin müzakirə səhifəsində mövzu diqqətdənkənar qala bilər deyə müzakirəni burada başladıram (yekunda köçürə də bilərik ora). Hörmətlə, Qədir (müzakirə) 03:15, 28 oktyabr 2024 (UTC)Cavabla

Bu işi kim görəcək? Haradasa 365 səhifə var, hamısının adı dəyişdirilməlidir. Sonra da aylar üzrə olan 12 səhifənin hərəsindəki təxminən 150 keçid düzəldilməlidir. Yəni ümumilikdə 1800 keçidə düzəliş verilməlidir. Mənə şəxsən bu işlə məşğul olmaq maraqlı gəlmir, bu prosesə vaxt sərf etmək əvəzinə maraqlı məqalələr işləmək həvəsindəyəm. Amma kim görəcəksə, yarımçıq görməsin, işini tam görsün. Şiroi Akuma 03:28, 28 oktyabr 2024 (UTC)Cavabla
Bot vasitəsilə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 04:42, 28 oktyabr 2024 (UTC)Cavabla
Naxçıvan keysindəki kimi olmaz ümid edirəm. Şiroi Akuma 05:25, 28 oktyabr 2024 (UTC)Cavabla
Yox, bu, belə olmaz. Onu da @Nemoralis həll etdiyini demişdi, amma hələ də arada qarşılaşıram o problemlə. Həll edib, amma yəqin ki, hələ də var. Bir də lazımsız yerdəki keçidləri də silməliyik, "Naxçıvan Dövlət Tarix Muzeyi" yazılır, "Naxçıvan"a keçid verilir, nə əlaqə? Hörmətlə, Qədir (müzakirə) 05:44, 28 oktyabr 2024 (UTC)Cavabla

Addəyişmə bürokratiyası

redaktə

Bu dəqiqə bizdəki problemli sahələrdən biri budur. Səhifənin adının dəyişdirilməsi çox uzun çəkir, hüququn yoxdursa vay halına, get müraciət aç, addəyişdiricilər görməsə ya bəyənməsə səhifənin adı elə də qalacaq. 2022-ci ildə yaradılması üçün açılan müzakirədə "Qaralama" ad fəzasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmalı olduğu bildirilib, amma bu daha böyük problem yaradıb. Normalda bir kliklə səhv adı geri qaytarmaq mümkündür amma belə bir sadə proses lazımsız yerə uzadılıb. Bizdə heç vaxt addəyişmə vandalizmi olmur. Axırıncı vandalizmi də elə addəyişdirici hüququ olan istifadəçi etmişdi. Qaralama və istifadəçi səhifəsi adlarınının dəyişdirilməsinin qarşısını süzgəc ilə almaq olar(dı). Buna görə də təklif edirəm ki,

  • Bu hüququ əvvəlki vəziyyətinə, yəni avtotəsdiqlənmiş istifadəçilərə qaytaraq. Burda dəyişən şey odur ki, avtotəsdiqlənmiş almaq üçün artıq 10 redaktə etməlisən (əvvəl sadəcə 4 gün əvvəl hesabı yaratmış olmaq kifayət idi): Xüsusi:DaimiKeçid/7778766#Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
  • Fayl addəyişdiricisi də məncə artıqdır və demək olar ki, heç istifadə edilmir. Bu qrupun hüquqlarını yeni yaradılmış yükləyici qrupuna verə bilərik. Fayl yükləyə bilən adını da dəyişdirə bilməlidir. Bizdə gərək bir istifadəçiyə hər iki hüququ da verəsən ki, ikisini də edə bilsin.
  • Bunlardan əlavə təklif edirəm ki, addəyişdiricilərə sonradan əlavə etdiyimiz "suppressredirect" hüququnu təcrübəli istifadəçilər qrupuna verək. Bu zaman dəyişən bir şey olmayacaq və təcrübəli istifadəçilər də bundan istifadə edə biləcək.

P.S Təcrübəli istifadəçilərə sadəcə bir redaktədən ibarət olan yönləndirmə səhifələrini silib addəyişməni davam etmə imkanı verən delete-redirect hüququnu da verə bilərik. [1] Nemoralis (müzakirə) 16:45, 28 oktyabr 2024 (UTC)Cavabla

Məncə bütün problemlər aktivliyin olmamasına görədir. Adlarla bağlı vandalizmin olması qaçınılmazdı.
  • Addəyişdirmə hüququnu ləğv etsək gərək avtotəsdiqlənmişin redaktə sayını bir az da artıraq.
  • Fayl addəyişdiricisinin, yükləyiciyə verilməsi ilə razıyam
  • suppressredirect-lə də razıyam
delete-redirectin nə olduğunu başa düşə bilmədim. — Bikar müzakirə 17:03, 28 oktyabr 2024 (UTC)Cavabla
Addəyişmə vandalizmi bu sistemdən əvvəl tez-tez olurdu. IP-ləri keçirəm, təcrübəli istifadəçilər də birdən görürdün heç bir əsas bildirmədən dəyişirdi adları. Bu, adi vandalizmdən daha baş yorandır. --► Hörmətlə: SolaVirum 17:03, 28 oktyabr 2024 (UTC)Cavabla
@Bikar, @Solavirum, addəyişmədə mübahisəli məqamlar (vandalizm ayrı şeydi) varsa bu müzakirə səhifəsində müzakirə olunmalıdır. Bəyənmədiyimiz addəyişmələrin qarşısını almaq üçün hamının əlindən addəyişmə hüququnu almaq düzgün deyil. Vandalizm isə həmişə olan bir şeydi və edilən vandalizmi bir düymə ilə geri qaytarmaq mümkündür. Vikipediya:Addəyişmə müraciətləri səhifəsində müraciət, uzun uzadı müzakirə, məqaləyə müzakirə ilə bağlı şablon əlavə etmək/silmək daha qısa yoldur yoxsu bir kliklə vandalizmi geri qaytarmaq? Həmçinin dediyim kimi axırıncı vandalizmi də elə addəyişdiricilərdən biri etmişdi. Vandalizmdən bu qədər qorxuruqsa onda gərək ən birinci elə yeni istifadəçilərə redaktə etməyi qadağan edək ancaq özümüz olaq. Vandalizmlə mübarizə üçün N qədər mexanizm var, heç birini istifadə etməyib baltanı kökündən vururuq. Nemoralis (müzakirə) 08:13, 29 oktyabr 2024 (UTC)Cavabla
Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)Cavabla
@Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)Cavabla
Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)Cavabla
Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)Cavabla
Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)Cavabla
Səbəb-nəticə əlaqəsini başa düşə bilmədim. Mən də vandal IP-ləri blokluya bilmirəm, çıxım gedim vikidən? — Bikar müzakirə 16:08, 29 oktyabr 2024 (UTC)Cavabla
Mən şəxs addəyişə hüququnun ləğv olunmasını dəstəkləyirəm. Mən xatırlayıram ki, addəyişmə hüququ gələnə qədər vikidə ciddi vandalizm halları olmayıb bunla bağlı. Olanda da vandalı bloklayırdıq və ya addəyişmə mühafizəsi qoyurduq. Addəyişmə mühafizəsi bunun üçün var. Yanlış addəyişmə başqa məsələdir, vandalizm başqa. Ona qalsa, mən indi də yanlış addəyişmələr görürəm arada. Şiroi Akuma 16:18, 29 oktyabr 2024 (UTC)Cavabla
Mən o vaxt olmamışam, gələnnən sora da mənə problem yaratmıyıb. — Bikar müzakirə 16:49, 29 oktyabr 2024 (UTC)Cavabla
Həmçinin, artıq istifadəçilərin addəyişmə hüququnu bloklamaq mümkündür. Misal üçün: Nem0ralis hesabındakı bloka baxın: [2] Nemoralis (müzakirə) 16:23, 29 oktyabr 2024 (UTC)Cavabla
@Araz Yaquboglu, @Atakhanli, @Eldarado, @Firuza, @Nicat49, @Sortilegus, @Sura Shukurlu, @Toghrul R, @Turkmen, @Wertuose, @Yousiphh, @Freiheiten, @Мурад 97, @Rəcəb Yaxşı, @Qızılbaş, @Həsən İmanov, @NurAy, @Sebirkhan, @Sword313, @Əkrəm Cəfər, @C Mirəli2001, @Verman1, @A.Aida88, @En Merker, @Abutalub, @Qraf və digər istifadəçilər. Zəhmət olmasa müzakirədə iştirak edin. Kənd meydanında tez-tez müzakirələr açılır amma fikir bildirən həmişə eyni istifadəçilər olur. Biraz aktiv olaq. Nemoralis (müzakirə) 19:41, 2 noyabr 2024 (UTC)Cavabla
10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)Cavabla
Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)Cavabla
Həm də dediyim kimi, istifadəçilərin addəyişmə icazəsini bloklamaq da mümkündür. Bu qədər vandalizmlə mübarizə mexanizm var, 1-2 nəfər ortaya düşüb ki, yox gəlin ümumiyyətlə 10 redaktə tələbini də biraz qaldıraq. Mən inanıram ki əllərində olsa redaktəni də bağlayarlar ki, amandı birdən vandalizm olar. Nemoralis (müzakirə) 19:54, 2 noyabr 2024 (UTC)Cavabla
Mən ehtiyac görmürəm. İndiyə qədər bunun vikiyə nə zərəri olub? Şiroi Akuma 19:49, 2 noyabr 2024 (UTC)Cavabla
Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. Redaktə sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)Cavabla
Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)Cavabla
Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)Cavabla
Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
Heç kim səhv etməsin halı bizim vikiyə uyğun deyil. O vikiyə uyğun olardı ki, vikidə heç aktiv inzibatçı, istifadəçi olmayaydı. Bizdə tam olmasa da nəzarət var.
2022-ci ildəki səsverməyə də baxıram, səs verənlər elə o vaxt da təcrübəsiz deyildi. Gəlib bura da şərh bildirsinlər, görək nə fikirləşirlər — Bikar müzakirə 20:32, 2 noyabr 2024 (UTC)Cavabla
  İndiki şərtlərdə əleyhinə: Çünki, çünki orada addəyişmə edəndə bir vaxt sonra baxılıb təsdiqlənir və sənə bildiriş gəlir bu barədə, mən özümdən bilirəm, neçə dəfə addəyişmə etmişəm ki, təsdiqlənmə bildirişi gəlib mənə. Orada da bu hüquq var, amma müəyyən səhifələrə şamil olunur, hər səhifə bağlı deyil yəni. Amma idarəetmə sxemləri var da, bizdə o da yoxdur, olsaydı dərd yarıydı. İndiki halda buna təkcə addəyişmə jurnalı, son dəyişikliklərdə xüsusi filter və xüsusi teqlərlə nəzarət etmək olar (o da inanmıram faydalı və maraqlı ola). Mən belə təklif edərdim ki, səhifələrdə "Adını dəyiş" düyməsi daxil olmuş, həmçinin IP-lərə belə görünsün, ora klikləyəndə avtomatik ADM-dəki kimi panel açılsın və ora qeyd etsin, sonra da müraciəti əlavə olunsun ADM-ə. Ya da başqa sistem inkişaf etdirmək də olar. Məsələn, envikidəki kimi, necə ki, yaradılan yeni səhifə (addəyişmə də daxil) və müəyyən şablonlarda redaktələr edəndə tələb göndərilir və onlar da bir müddət gözlənilib yoxlanılır və qəbul edilir, biz də o formada edə bilərik, ümumiyyətlə redaktələri, addəyişmələr də düşər ora. "Sürüm kontrolü" kimi bir sistemə ehtiyac duyduğumuz halda bu məhdudiyyəti götürmək bizə yaxşı heç nə gətirməyəcək. Mən özüm məhdudiyyətlərə qarşıyam, amma baxır məhdudiyyətə, bu məhdudiyyət hazırda vikinin xeyrinədir, zərərinə yox. Daha vacib məsələlər var, məsələn, SNS-dəki 500 redaktə limiti ləğv olunmalıdır. Ümumiyyətlə, vaxt-vaxt statuslu məqalələrə və s. mühafizə tətbiq edilməsi təklif olunur, mən belə təkliflərə qarşı mövqedəyəm. Amma faktiki olaraq addəyişdirici hüququları indiki vəziyyətində Azərbaycanca Vikipediyaya lazımdır və boş deyil. "Filan vandala görə filan xoşniyyətli addəyişmə"dən söhbət gedəcəksə, bura digər mühafizəli səhifələr və IP-ləri də əlavə etmək olar, bir sözlə bu düşüncə ilə getsək siyahı bitməz. Xoşniyyətlilər üçün ADM deyə bir səhifəmiz var axı. Bəzən belə istisnalar lazımdır, həm Vikipediyanın cari vəziyyətini də düzgün dəyərləndirmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 3 noyabr 2024 (UTC)Cavabla
Vikipediyada heç nə itmir. Addəyişmə qeydlərinə baxa bilərsiz. Məsələn, mən 2016-cı ilin yanvarındakı bütün addəyişmələrə baxdım. Ancaq bir vandalizm var idi, məqalənin adını "Şfşf" etmişdi, biri də (nazir) dəqiqləşdirməsini (partiya sədri müavini) etmişdi. Bu qədər. Şiroi Akuma 22:06, 2 noyabr 2024 (UTC)Cavabla
@White Demon, indi trollar və vikiyə qərəzli şəxslər artıb, özü də təcrübələri də az deyil. Adicə səhifələrə olunan redaktələrdən görürük, diapazon bloku tətbiq edirik neçə-neçə IP-lərə, indi sən əlavə vaxt ayır, ki, oturub bir-bir addəyişmələri təftiş edəsən. İndi heç bir problem yoxdur, bunu tətbiq etsək əlavə yük olacaq. Belə deyim, yuxarıda da yazmışam, bəzən müəyyən məhdudiyyətlər Vikipediyanın vəziyyətinin dəyərləndirilib daha yaxşı halda qalması üçün tətbiq olunur, bu da onlardan biri. Bu funksiyaların idxalını, səhv etmirəmsə, @Turkmen irəli sürmüşdü. Onun da o vaxtdan bu yana fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:23, 3 noyabr 2024 (UTC)Cavabla
Salam hörmətli həmkarlar. Məni müzakirəyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən bir dəfə addəyişmə hüququ ilə bağlı müraciət etdim, mənə bildirdilər ki, hələ tezdir. Halbuki əvvəl bu hüququm olub. Düzdür, səhvlərim də çoxdur, səhv edərək düzgünləri öyrənirəm. Hörmətli və dəyərli həmkarlarımda bu işdə mənə öz köməkliklərini göstərirlər. Çox sağ olsunlar. Dediyim budur ki, təcrübəli, ən azı bir neçə aylıq təcrübəsi olan və yaxud da 100-dən, 1000-dən çox redaktəsi olan istifadəçilərə bu hüquq verilə bilər. Bu sadəcə olaraq bir təklifdir. İstəsəniz nəzərə ala bilərsiniz. Hörmətlə Tarixçi (müzakirə) 20:32, 2 noyabr 2024 (UTC)Cavabla
@Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)Cavabla
Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)Cavabla
Burda təklif odur ki, avtotəsdiqlənmiş olan hamı ad dəyişə bilsin, əvvəlki kimi. Təkcə 100 və ya 1000 redaktəsi olan yox. Kimin hansısa addəyişməyə etirazı varsa özü müzakirə etsin. Hamısını bir mərkəzə yönəldib ordan nəyisə idarə etmək ya da hansısa mövcud olmayan vandalizmin qarşısını almağa çalışmaq mənasızdır və bürokratiyadır. Nemoralis (müzakirə) 20:49, 2 noyabr 2024 (UTC)Cavabla
Salam. Addəyişmənin xüsusi şəxslərə şamil olmasının tərəfdarıyam. Onsuzda vandalizmlə məşğul olanlar var,əksi olsa problem bir az da artacaq. Sword313 (müzakirə) 01:45, 3 noyabr 2024 (UTC)Cavabla
salammm :3
düşünürəm, vp:MA avtotəsdiqlənmiş istifadəçilərin (4 gün + 10 edit) riayət etməsini gözləmək üçün kifayət qədər mürəkkəbdir. status-kvonu saxlamağın, mütləq dəyişiklik aparılmalıdırsa da, hüququn avtotəsdiqlənmişlər əvəzinə təcrübəli istifadəçilərə verilməsinin tərəfdarıyam :3 əkrəm. 09:10, 3 noyabr 2024 (UTC)Cavabla
Salam, mən Nemoralis istifadəçisi ilə razı oldum. Həm də öz fikirimi deyim: onsuzda vandalizmdən söhbət getsə - vandallar (və yalnız onlar deyil) qısa bir müddətdə IP və hesab blok olunur.
Ad narazılığı olsa və ya bir səhifədə tez-tez addəyişmə olsa onu müzakirə edib uyğun nəticə seçib və səhifə adını təzədən dəyişmədən qorumaq olar məncə.
Ayrıca, mənim fikrim odur ki bir çox səhifə adlarını ruscadan götürüb hərfi tərcümə edirlər, halbuki ingiliscədən (və ya türkcədən, fransızcadan, latıncadan və s.) tərcümə olunsa başqa bir termin alınır (amma təəsüf ki, bu rəsmi Azərbaycan dilinə aid bir haldır). Məncə belə olmamalıdır, səhifənin adı nə qədər uzun müddət bir adla getsə də, narazılıq olan halda bu geniş müzakirə olunmalıdı. Sebirkhan (müzakirə) 10:28, 3 noyabr 2024 (UTC)Cavabla

Açığı, fikrimcə, hazırda heç bir qayda dəyişikliyi üçün vaxt deyil. Müzakirə təxirə salınsa, yaxşı olardı. Konkret olaraq, indiki addəyyişmə qaydaları isə məni qane edir. Həm vandalizmin, həm redaktə müharibələrin, həm də bir sıra başqa problemlərin qarşısını alır. Məsələ doğrudan da, aktivliyin azalmasındadır, qaydalanın özündə deyil. --Мурад 97 (müzakirə) 22:16, 2 noyabr 2024 (UTC)Cavabla

Mən artıq həqiqətən düşünməyə başlayıram ki, müzakirənin girişini heç kim oxumur. @Мурад 97, nə qaydası? Yuxarıda texniki dəyişiklikdən bəhs edilir. Lap qayda olsa belə niyə bunun üçün indi vaxt olmasın? Nemoralis (müzakirə) 22:19, 2 noyabr 2024 (UTC)Cavabla
VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)Cavabla
@Мурад 97, orada qeyd olunub axı, ikinci sətirə nəzər yetirin.: "Bunun üçün siz müvafiq olaraq səhifə addəyişdirisi və ya fayl addəyişdiricisi hüquqularına sahib olmalısınız. Əgər bu hüquqlara sahib deyilsinizsə və ya sadəcə oxucu isəniz, Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. İstifadəçi adınızın dəyişdirilməsi üçün Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.". Hörmətlə, Qədir (müzakirə) 06:27, 3 noyabr 2024 (UTC)Cavabla
Nemoralisin yazdığı bəndlərlə tanış oldum və uyğun hesab edirəm. Araz Yaquboglu (müzakirə) 05:38, 3 noyabr 2024 (UTC)Cavabla
Səhifənin adının dəyişdirilməsi çox uzun çəkməsinin səbəbi ilə Nemoralis qeyd etdiyi bəndləri tam uyğun hesab edirəm --NurAy (müzakirə) 04:48, 4 noyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: bu yaxınlarda təcrübəsizlərin və IP-lərin redaktələrini yoxladım bir neçə dəfə. Həmin redaktələrin son 3 gün əvvəlinə qədər heçbir yoxlama olmamışdı. İndi addəyişmə belə rahat, hər kəsə açıq olsa heç kim prosesə nəzarət etməyəcək. Hələlik bu qaydada qalmasını daha uyğun görürəm. Turkmen müzakirə 06:29, 4 noyabr 2024 (UTC)Cavabla

  Əleyhinə: Bu məsələ ilə bağlı çox yazmaq istəmirəm. Amma, xatırladım ki, burda məlum istifadəçilər var, kimi ki, biz artıq elə burda, Kənd meydanında, bu il müzakirə etmişik. Bu məsələ ilə bağlı Vikicəmiyyətdə şübhələr var (zaman ilə həmin müzakirə elə bu cür şübhələrə görə açılmışdı). Yəni, həm təcrübəsizlik problemi var, həm də bu. --Мурад 97 (müzakirə) 11:25, 4 noyabr 2024 (UTC)Cavabla

  Lehinə: Təklifi dəstəkləyirəm, bu mövzu ilə bağlı ciddi problemlərlə üzləşdiyimizi xatırlamıram. Nəzərə alsaq ki, artıq istifadəçilər üzərində sadəcə addəyişmə funksiyasını məhdudlaşdırmaq mümkündür, buna ehtiyac görmürəm. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:22, 5 noyabr 2024 (UTC)Cavabla

Final Reminder: Join us in Making Wiki Loves Ramadan Success

redaktə

Dear all,

We’re thrilled to announce the Wiki Loves Ramadan event, a global initiative to celebrate Ramadan by enhancing Wikipedia and its sister projects with valuable content related to this special time of year. As we organize this event globally, we need your valuable input to make it a memorable experience for the community.

Last Call to Participate in Our Survey: To ensure that Wiki Loves Ramadan is inclusive and impactful, we kindly request you to complete our community engagement survey. Your feedback will shape the event’s focus and guide our organizing strategies to better meet community needs.

Please take a few minutes to share your thoughts. Your input will truly make a difference!

Volunteer Opportunity: Join the Wiki Loves Ramadan Team! We’re seeking dedicated volunteers for key team roles essential to the success of this initiative. If you’re interested in volunteer roles, we invite you to apply.

  • Application Link: Apply Here
  • Application Deadline: October 31, 2024

Explore Open Positions: For a detailed list of roles and their responsibilities, please refer to the position descriptions here: Position Descriptions

Thank you for being part of this journey. We look forward to working together to make Wiki Loves Ramadan a success!


Warm regards,
The Wiki Loves Ramadan Organizing Team 05:11, 29 oktyabr 2024 (UTC)

Silinməyə namizəd fayllar ləğv edilsin

redaktə

Salam həmkarlar belə bir fikir bildirmək istəyirəm. Görürəm ki, Vikipediya:Silinməyə namizəd fayllar bölməsinə heç ehtiyac yoxdur. Təklif edirəm bu bölmə ləğv edilsin sonuncu dəfə aprel və may aylarında istifadə edilib. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 10:50, 3 noyabr 2024 (UTC)Cavabla

Mən demişdim. Nemoralis (müzakirə) 10:52, 3 noyabr 2024 (UTC)Cavabla
Tam razıyam indi sizinlə @Nemoralis düz demişdiz ehtiyac yox idi. İndi məndə bu fikirlə razıyam ləğv edilsin. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 10:57, 3 noyabr 2024 (UTC)Cavabla
Ləğv deyəndə silinəcək yəni? Məncə, qalsın və kim lazım olanda istifadə edər. Onsuz elə də olur. Əlimizə-ayağımıza dolaşmır ki. Hörmətlə, Qədir (müzakirə) 11:02, 3 noyabr 2024 (UTC)Cavabla
Hazırda istifadəsizdi, razıyam. Twinkle-a da daxil edilib. Lazım olanda istifadə olunar. Şəkillərin silinməsinə hər hansı maneə törətmir. Hazırda silinəsi şəkil yoxdur deyə (və ya biz elə düşünürüksə) və ya indi şəkillərin təftişi ilə məşğul olan adam yoxdu deyə mexinizmi niyə ləğv edirik? — Bikar müzakirə 11:23, 3 noyabr 2024 (UTC)Cavabla
Razıyam. Qalıb bir qıraqda, ehtiyac olanda istifadə edilər və edilir də. Məcbur istifadə edilsin deyə işlətməyin yeri yoxdu, hələlik maraq da yoxdu, o da ayrı. Amma baltanı kökündən vurmaq lazım deyil bax bu dəfə :) Hörmətlə, Qədir (müzakirə) 11:27, 3 noyabr 2024 (UTC)Cavabla
O səhifə təyinatı üzrə 2-3 dəfə istifadə olunub. Onda da səhv)) Atakhanli (müzakirə) 15:47, 3 noyabr 2024 (UTC)Cavabla
Razıyam ki, istifadəsizdir. O vaxt mən də demişdim ki, belə bir sistem yaratmağa ehtiyac yoxdur. Amma hələ ki qalmasında problem görmürəm. Ləğv olunması üçün tezdir və nəsə problem yaratmır. Unkillable Demon King 15:52, 3 noyabr 2024 (UTC)Cavabla
Salam, bu səhifə sıradan bir səhifə deyil ki, ləğv edilsin. Habelə, işlək olmaması arqument sayılmır. İstənilən az-viki təyinatında, yəni aktivliyi zəif templə artan layihənin, hərhansısa səhifələri az-az işlənə bilər. BNS də yaradılanda eyni fikirlər var idi. Amma indi işləkdir. Bəzi müzakirə tipli səhifələr var ki, təyinatına uyğun olaraq KM onun yerini doldura bilər. Amma fayllar önəmlidir və onları gözdən çıxarmaq olmaz. Az-viki Vikipediya layihələri içərisində fayl sayına görə ilk sıralardadır və bu faylların çoxu problemlidir. Sadəcə həll edilmə vaxtını gözləyir. Həmçinin o səhifədəki müzakirələr nəticəsində 3-4 min problemli fayl silinib. Turkmen müzakirə 16:26, 3 noyabr 2024 (UTC)Cavabla

Dil-az2 şablonunun adı

redaktə

Salam, Şablon:Dil-az2 şablonu (Azərbaycan dili üçün şəkli dəyişdirilmiş ərəb mənşəli əlifba, qısa adı Əbcəd (Azərbaycan Əbcədi),

  • adını bu dəfə az.-əski. olaraq dəyişdirmişlər. Bu bir tərəfdən maraqlı termindir, çünki Azərbaycanın keçmişinə referans edir, amma digər tərəfdən isə bu əlifba üçün "əski" sözü ancaq Azərbaycan Respublikası üçün relevantdır, başqa Azərbaycanlıların (subetnik qruplar daxil) dediyi nəzərə alınmır, bunların içində həmin əlifbanı işlədən İran, İraq, Əfqanıstan, Pakistan kimi dövlətlərin azərbaycanmənşəli vətəndaşları var.
  • Başqa tez-tez dəyişilən ad az.-ərəb. olur, lakin belə qısaltma halında bunu "Azərbaycan ərəbcəsi" (Ərəb dilinin Azərbaycan/Şirvan ləhcəsi - bax Şirvan ərəbləri) termini ilə qarışdırılır. Bu qısaltmaya qarşı ikinci arqumentim odur ki, "az.ərəb" Azərbaycan dili üçün Ərəb əlifbasını nəzərdə tutur, lakin indiki Azərbaycan Əbcədi daha modifikasiya olunmuş və bir neçə reforma olmuş bir əlifbadır. Misal, üçün Mahmud Kaşğari öz Divanü Lüğat-it-Türk kitabında ərəb əlifbası işlətmişdir, amma Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan Əbcədi ilə yazılıb. Bunların arasında böyük fərqlər var:
    • Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe (Ç), və پ (P), və jey ژ (J).
    • vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir.
    • Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir.
    • vav hərfi o, ö, u, ü, v səslirini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ۋ ۆ وُ ؤ وٓ belə nadir hallarda yazılır, ancaq iki oxşar sözü ayırmaq üçün, məsələn بوُز‎ (buz) və بوٓز‎ (boz). Söz Vov hərfi ilə başlasa ancaq samit V səsini daşıyır , onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır
    • yə hərfi bu y, i (həmçinin [i:]), ı, e, səslərini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ي (y), ی (i), ؽ (ı), ئ (e), amma praktiki olaraq hərəkələr ilə demək olar ki yazılmır. Söz ‍ ی‎ ilə başlasa, ancaq ancaq samit Y səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır
    • Samitlərin incəliyi və qalınlığı
    • ة tə mərbutə işlənməməsi
    • sayılar fərqi ۰۱۲۳۴۵۶۷۸۹
    • işlənən xətt fərqi və s.
  • Bunları qarışdırmamaq üçün mən yeganə uyğun qısaltma az.əbcəd təklif edirəm. Təklif edirəm deyəndə onsuzda bu bu əlifba üçün işlənən ən yayğın sözdür. Bunu həmçinin onlayn kitabxanalar da işlədir, məsələn ən böyük azərbaycandilli onlayn kitabxana bu əlifbada yazılan kitabların sonunda əbcəd yazır. Həm də Azərbaycan dilinin İzahlı Lüğətində mövcuddur. Sebirkhan (müzakirə) 16:02, 4 noyabr 2024 (UTC)Cavabla
    @Samral, sizin etirazınız nəyədi? — Bikar müzakirə 16:07, 4 noyabr 2024 (UTC)Cavabla
    @Bikar və @Sebirkhan, Azərbaycan Milli Ensiklopediyasına baxsaq, kifayətdir. İstifadəçi Sebirkhan yuxarıdakı uzun-uzadı mətnində mənim dəyişdirdiyim “əski əlifba” ifadəsini az qala bir kənara qoyub, “az-ərəb” ifadəsinə uzun-uzadı etiraz edib))) Bu ki mövzunu az qala manipulyasiya etməkdir). AME bu mövzuda öz ensiklopedik mövqeyini ortaya qoyubsa, məncə bu kifayətdir. samral müzakirə 17:17, 4 noyabr 2024 (UTC)Cavabla
    amma Azərbaycan dilinin indiki əlifba ilə muqaisədə 6 dənə əski əlifbası var:
    • həmin bu əbcəd
    • Latın (1929–1933)
    • Latın (1933–1939)
    • Kiril (1940–1958)
    • Kiril (1958–1991)
    • Latın (1991–1992)
    Sebirkhan (müzakirə) 19:08, 4 noyabr 2024 (UTC)Cavabla
    bu gün "əski əlifba" dedikdə hər hansı bir köhnə əlifba yox, məhz 1929-da ləğv edilən, ərəb yazısı (qrafikası) ilə olan əlifba başa düşülür. əkrəm. 09:15, 5 noyabr 2024 (UTC)Cavabla
    bu qrafika sözünü vurğuladınız, həm də Ərəb qrafikalı Azərbaycan əlifbası yerinə Ərəb yazılı Azərbaycan əlifbası termini daha estetik olar məncə.
    Bunun səbəbi şərqi və qərbi terminlərini qarışmasa yaxşı olar, həm də bu əlifba XX əsrə kimi işlənmişdir deyə və XX əsrə kimi Azərbaycan dilində "qrafika" sözü olmamışdır deyə "yazı" daha doğruyaoxşar görsənər. Sebirkhan (müzakirə) 14:17, 5 noyabr 2024 (UTC)Cavabla
    mən özüm yazı sözünü işlədirəm. azərbaycanın yerdə qalan əhalisi isə qrafika sözünü. bura da mənim şəxsi bloqum olmadığı üçün digər oxuculara həmin yazı sözünün ifadə etdiyi mənanı açıqlamalı oluram. ^^ əkrəm. 14:45, 5 noyabr 2024 (UTC)Cavabla
    @Sebirkhan, bir söz əvvəllər mövcud olmayıb, daha sonralar lüğətə və dilə daxil olunubsa, o demək deyil ki, keçmiş vaxtdakı anlayışlar üçün həmin sözdən istifadə etmək olmaz. Burada birinci ümumişləkliyə baxılır. Bir vaxtlar məqalələrə arxaik sözləri əlavə edirdiniz, indi də "milli" mövqedən çıxır edir və "mən belə bəyənirəm" şəklində mülahizələrinizi qeyd edirsiniz. Xahiş edirəm, fərdi mövqelərinizi Vikipediyaya daşımayın. Hörmətlə, Qədir (müzakirə) 15:17, 5 noyabr 2024 (UTC)Cavabla
    Onlar əski əlifba deyil, köhnə və ya keçmiş əlifbalardır. Termin baxımından əski əlifba ərəb qrafikalı Azərbaycan əlifbadır. AME də yazıb. Unkillable Demon King 10:18, 5 noyabr 2024 (UTC)Cavabla
  Əleyhinə: az.-ərəb. hamısından yaxşı idi. əkrəm. 09:20, 5 noyabr 2024 (UTC)Cavabla
Razıyam. @Toghrul R-nin bu dəyişikliyi tam yerindədir. Hörmətlə, Qədir (müzakirə) 10:19, 5 noyabr 2024 (UTC)Cavabla
bəli, həmin versiya qaytarılsa, əla olar. sondakı nöqtəni də düşünürəm, çıxarmaq lazımdır, ərəb orada ixtisar deyil, məncə :3 əkrəm. 10:56, 5 noyabr 2024 (UTC)Cavabla
[3] :) Hörmətlə, Qədir (müzakirə) 10:59, 5 noyabr 2024 (UTC)Cavabla
[4] əkrəm. 11:05, 5 noyabr 2024 (UTC)Cavabla
amma söhbət az.ərəb və az.əski qısaltmaları arasında getsə mən az.əski qısaltmanı seçərdim. Başlıqda olan "ərəb" sözü çox adamı narahat edir və sanki Azərbaycandan uzaqlaşdırır, digər tərəfdən az.əski sözü sırf Azərbaycan keçmişi ilə əlaqəlidirir Sebirkhan (müzakirə) 14:35, 5 noyabr 2024 (UTC)Cavabla
azərbaycan dilində minlərlə ərəb mənşəli söz var, təqribən 1 millenium boyu, hələ azərbaycan dilinin olmadığı vaxtlardan onun əcdad dillərini yazmaq üçün ərəb hərflərindən istifadə edilib və azərbaycan mədəniyyətinin ərəb təsiri altında olduğu uzuuuuun bir dövr var tarixdə. ola bilsin, siz nisbətən millətçi yanaşdığınız üçün bəyənmirsiniz, mən isə bunu öz mədəniyyətimizin unikallığına töhfə verən bir amil kimi görürəm (yəni solçu kimi yanaşıram :D).
sizə şəxsən demək istədiyim bir söz var. siz ilk dəfə rus vikipediyasında hesab yaradanda mən hələ 1-ci sinfə təzə başlamışdım. bundan ötrü güman edirəm, yaşınız məndən xeyli çoxdur. xahiş edirəm, mənim (mənim kimi bir cavan uşağın — red.) ~1 il əvvələ qədər azərbaycanca vikilüğətdə elədiyim səhvləri bu gün gəlib vikipediyada, başqa bir vaxt ingiliscə vikilüğətdə təkrarlamayın. :) əkrəm. 14:51, 5 noyabr 2024 (UTC)Cavabla

İzləmə siyahısında vacib səsvermələrə keçid vermə

redaktə

Salamlar. "İzləmə siyahınıza" daxil olduqda səhifənin ən başında qarşınıza çıxan bu səhifədəki yazı ilə bağlı bu başlığı açıram. Açığı, digər vikilərdə belə bir ənənə var ki, ora vacib seçkiləri əlavə edirlər, bizdə isə 2021-ci ildən bu şəkildədir səhifə. İndi bu başlıq ona görə açılıb ki, təklif edirəm ki, ora qaydalarla bağlı vacib səsvermələrin keçidlərini, həmçinin inzibatçı-bürokrat seçkilərini (həmçinin hazırda İHM-də baş tutan interfeys inzibatçıları ilə bağlı müzakirələri də əlavə etmək olar) əlavə edək. Hazırkı, statuslu məqalələrlə bağlı müzakirələr də qala bilər, məncə, problem yoxdur. Yenə də bu barədə də fikirləriniz maraqlıdır. İndiyə qədər həmin səhifələrdə pozuculuq olmamasının səbəbi, yəqin ki, indiyə kimi həmin səhifələrin mühafizədə olması olub (birbaşa mühafizədə olan "Qiymətləndirmə" səhifəsinə yönləndirir). Yaxın vaxtlarda həmin səhifələr Vikipediyanın prinsiplərinə zidd olduğu üçün mühafizədən azad edilib. (Qeyd: Səsvermələrin əlavəsi yaddan çıxmayacaq, özüm həmin səhifəyə nəzarət edəcəyəm mütəmadi. Həmçinin bu istiqamətdə istifadəçilər müraciət də edirlər və VP:İM vasitəsilə müraciət də edə bilərlər.)


  1.   Lehinə: təklifi verən olaraq. Hörmətlə, Qədir (müzakirə) 16:42, 5 noyabr 2024 (UTC)Cavabla
  2.   Lehinə:--Nicat49   müzakirə 22:39, 5 noyabr 2024 (UTC)Cavabla
  3.   Lehinə:--Turkmen müzakirə 09:15, 6 noyabr 2024 (UTC)Cavabla
  4.   Lehinə: Nemoralis (müzakirə) 13:21, 6 noyabr 2024 (UTC)Cavabla
  5.   Lehinə:Bikar müzakirə 18:00, 6 noyabr 2024 (UTC)Cavabla

Lüdviq Knit

redaktə
 

Lüdviq Knitin ölümündən 70+ il keçib, düşünürəm ki, rəsm əsərlərini Commonsa yükləyə bilərik.@Cavidaga, @En Merker, @Toghrul R, @Sefer azeri Nemoralis (müzakirə) 13:19, 6 noyabr 2024 (UTC)Cavabla

Ümumiyyətlə belə Azərbaycanlı müəlliflərin kataloqunu hazırlamaq lazımdır ki, müəllif hüquqları müddəti bitdikdə Commonsa yükləyək. Nemoralis (müzakirə) 13:20, 6 noyabr 2024 (UTC)Cavabla
Amma bir şey var ki, şəxsin əsəri ərsəyə gətirdiyi tarixin üzərindən o qədər vaxt keçməlidir, məsələn, həmin əsərin üzərindən 70 il, amma ölümündən 50 il keçibsə, uyğun deyil, bir 20 il də gözləmək lazım gəlir. Hörmətlə, Qədir (müzakirə) 18:33, 6 noyabr 2024 (UTC)Cavabla
Lüdviq Knitin Bakıda anadan olduğunu bilmirdim. utandım bilməməyimə :) təşəkkürlər, yeni şey öyrənmiş olduq Atakhanli (müzakirə) 18:30, 6 noyabr 2024 (UTC)Cavabla

Həsən İmanov və yazdığı məqalələr

redaktə

İstifadəçinin fəaliyyətinə nəzər yetirsəniz, görmək olar ki, hamısı maşın tərcüməsidir. Hətta elədir ki, istifadəçi "Content Translation" funksiyasından heç bir dəyişiklik etmədən istifadə edir.

Təklifim odur ki, istifadəçi müddətsiz bloklansın və yaratdığı məqalələr nəzərdən keçirilsin. Çoxu silinməlidir, amma bəziləri xırda redaktələrlə saxlanıla bilər. --► Hörmətlə: SolaVirum 15:15, 6 noyabr 2024 (UTC)Cavabla

Hər dəfə şirin dilə salır keçir — Bikar müzakirə 17:59, 6 noyabr 2024 (UTC)Cavabla
Açığı, son açdığı məqalələrdə dalbadal redaktələr edir, yenə də problemlər müşahidə edirəm amma. Başqa istifadəçilərdə də eyni problem var, məsələn, "Ələddin.Məlikov" adlı istifadəçi. Bu vəziyyətə artıq son verilməlidir, olmaz belə. Hörmətlə, Qədir (müzakirə) 18:02, 6 noyabr 2024 (UTC)Cavabla
Hər halda, hər iki istifadəçini bura teq edirəm: @Həsən İmanov, @Ələddin.Məlikov. Hörmətlə, Qədir (müzakirə) 18:10, 6 noyabr 2024 (UTC)Cavabla
Hər birinizi Salamlayıram. Hörmətli @Gadir əfəndi. Teq etdiyinizə görə təşəkkür etdirəm. Amma bir neçə nüansı qeyd etməyi özümə borc bilirəm: 1. Redaktə etməyə görə və önəmlisi dalbadal redaktə etməyə görə bloklamaq nə deməıkdir?! 2. Mən saytlardan istifadə edirdim, bildirdiniz ki, saytlardan istifadə edib istinad verməyin mümkün qədər çünki bu plaqiat sayılır və doğru deyil. İndi daha çox İngilis dilli vikidən istifadə edirəm. Vaxt olduğu qədər tərcüməyə vaxt ayırıram. Maşın tərcüməsi də etmirəm. Bloklanma niyə?! 3. Çalışıram digər istifadəçilərin də etdiyi səhvi və ya kiçik nüansları düzəldim, sübutü redaktə etdiklərimdir. 4. Mənbəsi olmayan məlumatları az vikipediyaya yazmamağa çalışıram. 5. Mümkün qədər faktları və xarici dildə olan səhifələrini Az vikidə yaradıram. Bloklanma niyə?! 6. Ümumiyyətlə kim bir xəta və ya səhv edir bildirirsiniz ki, "Ələddin Məlikov da belə edir!". Ayıbdır vallah! Mənim intellektim və səviyyəm bundan artıq icazə vermir yazmağa, amma belə də olmaz. Bəzən müsaid olanda səhifələrə baxıram elə kobud səhvlər və yazıları görürəm ki, siz də redaktə etmisiniz amma heç fikir bildirməmisiniz. Təbii ki, mən gördükçə düzəldirəm. Sizi doğrusu şəxsən tanımıram. Amma şəxsi qərəzliyinizin olmamasına ümid edirəm. Hörmətlə, Ələddin.Məlikov (müzakirə) 18:38, 6 noyabr 2024 (UTC)Cavabla
Mövzudan çox kənarlaşmayacam, amma siz məqalələri düzgün tərtib etmirsiniz. Digər məqalələri nümunə kimi alın, stil kitabçasına uyğunlaşdırın, dil normalarına fikir verin və ən əsası, maşın tərcüməsi istifadə edərkən diqqətli olun, dəfələrlə yazdıqlarınızı oxuyun. Mənim fəaliyyətimdə irad tutmağınız isə qəribədir, nəzərə alın ki, bura könüllü layihədir, mən hər redaktə etdiyim məqaləni əvvəldən axıracan oxumuram ki. Amma öz yaratdıqlarımda belə səhvlər minimum olur, o da etinasızlıqdan deyil. Qərəzdən söhbət gedə bilməz. Zəhmət olmasa, nəzakətlixoşniyyətli olun. Hörmətlə, Qədir (müzakirə) 18:44, 6 noyabr 2024 (UTC)Cavabla
Ələddin Məlikov ilə bağlı narazılıq nədən ibarətdir? Mən məqalələrində ancaq daxili keçidlər verməməsini görürəm, bir də arada orfoqrafik səhvlər olur. Səhv tərtibat deyəndə nə nəzərdə tutulur? Unkillable Demon King 20:13, 6 noyabr 2024 (UTC)Cavabla
Salam hörmətli həmkarlar. Necəsiniz? Məni də bura taq etdiyiniz üçün təşəkkür edirəm sizə hörmətli @Gadir bəy.
Mən bacardığım qədər redaktələrimdə təbii oxunuşa, cümlələrin təbiiliyinə əhəmiyyət vermişəm. "Content Translation" funksiyasından istifadə edərkən sizi nümunə götürmüşəm hörmətli @Solavirum bəy. Əlimdən gələni edirəm. Ali təhsil səviyyəm mənə ancaq bu qədər kömək edir. Məqalələri yaradarkən təkcə maşın tərcüməsindən yararlanmıram. Bacardığım qədər üzərində redaktələr də edirəm. Məqalələrimdə Vikipediyanın rus, ingilis və türk dillərində olan versiyalarını əsas götürmüşəm. Orada olanları bura köçürmüşəm. Mənə dedikləri kimi, istinadlar vermişəm, kateqoriyalar əlavə etmişəm, stil kitabçasının şərtlərini ödəməyə çalışmışam.
Şirin dilə gəlincə hörmətli @Bikar bəy. Mən həmişə şirin dilli olmuşam, bacardığım qədər hamı ilə şirin danışmışam. Sərt, acı danışıb qəlb qırmaq asan bir şeydir. İnsanın öz əməllərinə görə cəzalandığını bilirəm. Sərt, acı danışıb cəzalanmaqdansa, şirin dilli olmaq daha yaxşıdır. Mən heç kimi yola verməmişəm. Mənə bildirilən hər bir irada əhəmiyyət vermişəm.
Bacardığım qədər Azərbaycan dilində olan vikipediyanı zənginləşdirməyə çalışmışam. Əlimdən gələn budur ancaq. Nə edə bilərəm. İstəsəniz bütün məqalələrimi belə silə bilərsiniz. Nə edə bilərəm? Verəcəyiniz hər bir qərarla razılaşmaqdan başqa çarəm yoxdur. Hörmətlə Tarixçi (müzakirə) 19:42, 6 noyabr 2024 (UTC)Cavabla
Mən uzumüddətli bloku düzgün hesab etmərəm. Yeni istifadəçi deyil. Məqalələr nəzərdən keçirilsin deyirik, kim keçirəcək? Yalan demiyəcəm, mən istifadəçinin yaratdığı məqalələri patrullamıram. Müzakirə səhifəsindəki müraciətlərə baxmaq kifayətdi. Nə cür həll təklif edə bilərəm? Deyəcəm şərt qoyaq, deyəcəksiz könüllü layihədi. Solavirumun bu yazısından sonra yaradılan yeni məqalələri nəzərdən keçirəcəm. — Bikar müzakirə 20:01, 6 noyabr 2024 (UTC)Cavabla
Bir az baxdım nə olub. Gördüyüm qədər, istifadəçi artıq bir neçə dəfə bloklanılmışdı bu məsələynən bağlı. Halbuki, onu da nəzərə almaq gərək ki, müsbət istiqamətə doğru bəzi dəyişikləri olub. Məsələn, əvvəl kateqoriyaları əlavə etmirdi, indi isə edir. Buna görə, blokun lap müddətsiz olmağı ilə razı deyiləm. --Мурад 97 (müzakirə) 20:10, 6 noyabr 2024 (UTC)Cavabla