Məzmuna keç

Gülmək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acın nə yuxusu gələr, nə gülməyi. Fin atalar sözləri
  • Ağıllı adamlara gülmək, axmaqlara allah tərəfindən verilmiş imtiyazdır. Sokrat
  • Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
  • Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar. Demokrit
  • Bütün heyvanlardan yalnız insan gülməyi bacarır, baxmayaraq ki, buna onun çox az ehtiyacı olur. Ernest Heminquey
  • Ciddi, hətta soyuq adamam. Elə də çox gülməyi sevmirəm. Kamal Sunal
  • Güləyən qadınla ağlağan uşağa etibar eləmə. Teluqu atalar sözləri
  • Gülməş hər vaxt xoşbəxt olmaq deməkdirBob Marli
  • Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz. Viktor Hüqo
  • Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
  • Xalqa yazığı gəlmək olar, amma ona gülmək olmaz. Pifaqor
  • İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! Can Yücəl
  • İnsan bütün başqa varlıqlardan gülmək istedadı ilə fərqlənir. Jozef Addison
  • İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır. Fridrix Nitsşe
  • Qonaq qarşılamağı - qaşqabaqlı, qulluqçu ilə danışmağı - kobud, gülmək bilmir, ağlamaq bilmir - belə qadından nə ev sahibəsi olar? Benqal atalar sözləri
  • Televizora baxmaq və ya video oyun oynamaq daha əyləncəlidir. Dostlarının hobbiləri ilə maraqlanmaq... zarafatları gülməli olmasa da gülmək... Bunlar məni yorur. Angel Beats!
  • Yalnız uşaqkən gülər insan, Digərləri uydurma. Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində... Bob Marli
  • Yerində gülmək günah deyil; yersiz dua etmək - heç nəyə dəyməz. Rus atalar sözləri

İstinadlar

[redaktə]