Demokrit
Görünüş
Demokrit | |||
Doğum tarixi | e.ə. 460 illər | ||
Doğum yeri | Abdera | ||
Vəfat tarixi | e.ə. 360 illər | ||
Vəfat yeri | Yunanıstan | ||
|
Demokrit (e.ə. 460-370) - yunan materialist filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
- Ata övladları üçün ən gözəl nümunədir.
- Ağıllı adamların ümidləri cahillərin sərvətindən daha etibarlıdır.
- Ağıllı bir insanın dostluğu bütün ağılsızların dostluğundan daha qiymətlidir. [1]
- Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır.
- Ağılsızların müəllimi söz deyil, bədbəxtlikdir.
B
[redaktə]- Başqalarından yox, daha çox özündən utanmağı öyrən.
- Başqalarını günahlandırmağı sevənlər dostluqdan acizdirlər. [2]
- Başqasının səhvlərini açmaqdansa, öz səhvlərini üzə çıxarmaq daha yaxşıdır. -
- Bayramsız həyat, səyahətçiləri təravətləndirən və dincələ biləcəkləri meyxanələr olmayan uzun bir yola bənzəyir.
- Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir.
- Bir işi gördükdən sonra deyil, işi görməzdən əvvəl fikirləş.
- Birlik dostluq yaradır. [3]
- Biz heç bir şeyi bilə bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər.
- Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar.
C
[redaktə]- Cəsur təkcə düşmənlərinə qalib gələn deyil, həm də ehtiraslarına qalib gələndir.
- Cinsi birlik kiçik bir vuruşdur.
D
[redaktə]- Danışmağı sevənlər dostluğa qadir deyillər.
- Dil insana öz fikirlərini gizlətmək üçün verilməmişdir.[4]
- Doğruçuluq - borcu yerinə yetirmək deməkdir.
- Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində sənin dostundur.
- Dövlətlilərin çoxu öz sərvətlərinin sahibi deyil, qaravulçularıdır.
- Düşmən o kəs deyil ki, pislik edir, düşmən o kəsdir ki, pisliyi qəsdən edir.
E
[redaktə]- Ehtiyatsızlıq fəlakətin anasıdır.
Ə
[redaktə]- Əgər uşaqlara işləmək öyrədilməsəydi, onlar nə savad, nə musiqi, nə gimnastika, nə də fəziləti ən çox gücləndirən şeyləri - ayıbı öyrənə bilməzdilər. Çünki utanc adətən bu şeylərdən yaranır.
- Ən böyük qələbə öz üzərində çaldığın qələbədir.
- Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ ala bilməməkdir.
- Ən əsası hərtərəfli bilik deyil, hərtərəfli anlamaq bacarığıdır.
- Əsl xeyixah adam elədiyi yaxşılığa muzd almaz.
F
[redaktə]- Faydalı olmayan hər zövqdən imtina edin.
G
[redaktə]- Gəncləri yetişdirməyin ən pis yolu onlara hər cür şərait yaratmaqdır. Çünki asanlıq ləzzətlər doğurur və hər bir pislik ondan gəlir.
- Güc və gözəllik gəncliyin hədiyyələridir.
- Güclü iradə insan üçün qiymətli keyfiyyətdir.
- Gülərüz və ciddi qocanı hamı sevir.
H
[redaktə]- Heç kimi sevməyəni heç kəs sevməz.[5]
- Həddini kеçəndə ən xоşаgələn ən xоşаgəlməz оlur.
- Həkimlik bədənin xəstəliklərini, müdriklik isə ruhun xəstəliklərini sağaldar.
- Həqiqi dostu olmayanın yaşaması da mənasızdır.
- Hər bir hərəkət hərəkətsizlikdən yaxşıdır.
- Hər bir insan görə bildiyi və görə biləcəyi qədər işin qulpundan yapışmalıdır. Bu həddi, ölçünü aşan hər bir kəs isə kədərə qərq olur.
- Hər şeyi bilməyə çalışmayın, əks halda cahil olaraq qalacaqsınız.
- Həyatda heç bir güzəştə getməmək ehtiyatsızlığın əlamətidir.
X
[redaktə]- Xalq və həqiqət hamı üçün eynidir, ancaq onlardan müxtəlif şəkildə zövq almaq olar.
- Xarakteri yaxşı olan adamın həyatı da qaydasında olur.
- Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur.
- Xoşbəxt o kəsdir ki, az pulla xoş əhval-ruhiyyə qazanır, bədbəxt o kəsdir ki, böyük imkanla mənəvi sevinci yoxdur.
- Xoşbəxt olmaq üçün insan düzlüyə riayət etməli, ağıllı və gözəl olmalıdır.
- Xoşbəxt var-dövləti olan deyil, sərvətə ehtiyacı olmayandır.
- Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir.
- Xoşbəxtlikdə dost tapmaq asandır, bədbəxtlikdə çox çətindir. [6]
İ
[redaktə]- İgidlik taleyin zərbələrini heçə endirir.
- İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. [7]
- İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.
- İnsan səhvlərini unudanda cəsarətli olur.
- İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.
- İnsanlar bəxt obrazını öz acizliklərinə bəhanə kimi yaratmışlar. Çünki bəxt nadir hallarda müdrikliklə mübarizə aparır, əksər hallarda isə ağıllı fikir həyatı istiqamətləndirir.
- İnsanlar tanrılardan sağlamlıq diləyirlər. Ancaq heç bir insan sağlamlığını saxlamağın öz əlində olduğunu düşünmür.
- İnsanları yaxşı edən təbiət deyil, onların məşğuliyyətləridir.
- İstənilən iş istirahətdən daha xoşdur.
K
[redaktə]- Kainatda mövcud olan hər şey təsadüf və zərurətin bəhrəsidir.
- Kədər pisliyin əlamətidir, ona görə də insanlar ondan uzaq durmalı, xoş əhvalda yaşamalıdırlar.
- Kim özü heç kimi sevmirsə, onu mənə elə gəlir ki, heç kim sevmir.
- Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.
- Kitablar beyin üçün dərmandır.
Q
[redaktə]- Qəbahətli iş görən ilk əvvəl öz vicdanından utanmalıdır.
- Qısqanc özünü incidir.
- Qocalıram, ancaq öyrənirəm.
- Qohumlarla düşmənçilik, yadlarla düşmənçilikdən çox çətindir.
M
[redaktə]- Mərdlik taleyin zərbələrini heçə endirir.
- Monarxiyada var - dövlət içərisində yaşamaqdansa, demokratik dövlətdə kasıb olmaq daha yaxşıdır.
N
[redaktə]- Nаmuslu və nаmussuz аdаm, yаlnız əməlləri ilə dеyil, аrzulаrı ilə də tаnınır.
- Nə bədənin gücü, nə də pul yox, haqlı olmaq və hərtərəfli müdriklik insanları xoşbəxt edir.
Ö
[redaktə]- Özünü çoxbilmiş hesab edənlərin çoxunun ağlı yoxdur.
- Özünü idarə edə bilməyən adam başqasına ağıl verə bilməz.
P
[redaktə]- Paxıl insan öz bədbəxtliyinin səbəbkarı və öz düşmənidir.
- Paxıllıq insanlar arasında nifaq üçün zəmin yaradır.
- Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədriclə ölməkdir.
- Pis işlərdən qorxu üçün deyil, öz borcunu başa düşmək üçün çəkinməlisən.
- Pul hərisliyi, əgər doyumsuzdursa, ehtiyacdan qat-qat ağrılıdır, çünki istəklər çoxaldıqca ehtiyaclar da bir o qədər çox olur.
- Pulun köləsi heç vaxt namuslu adam olmayacaq.
S
[redaktə]- Sınanmış dostları itirən adam tündməcazdır.[8]
- Söz işin kölgəsidir.
Ş
[redaktə]- Şərait dəyişildikcə, bəzi hallarda qüdrətli şəxslər zəiflərdən dalda qalırlar.
T
[redaktə]- Taleyin zərbələri igidliyi heçliyə çevirir.
- Təbabət bədən xəstəliklərini sağaldır, hikmət isə ruhu əzablardan azad edir.
- Təbabət fəlsəfənin bacısıdır.
- Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.
- Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir.
- Tibb fəlsəfənin bacısıdır
Ü
[redaktə]- Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz.
- Ürəklə mübarizə aparmaq çətindir, lakin ağıllı adam ona qalib gələ bilər.
Y
[redaktə]- Yaxşı adam o şəxs deyildir ki, yalnız pislik etməsin, o. gərək heç pislik barədə düşünməsin də.
- Yalnız o sevgi dürüstdür ki, incitmədən gözəlliyə can atır.
- Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınar.
- Yaralar içərisində ən pisi xərçəng xəstəliyi olduğu kimi, pula malik olmaqda da ən pisi - onları daim artırmaq niyyəti, həvəsidir.
- Yataq sevgililərin mübahisəsinə son qoyur.
- Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil.
- Yoxsulluğu ədəblə daşımaq özünə hakim olmağın əlamətidir.
V
[redaktə]- Varlı ilə kasıb arasında fərq ondan ibarətdir ki, varlı ürəyi istəyəndə yeyir, kasıb isə əlinə fürsət düşəndə.
- Varlıların bir çoxu – öz zənginliklərinin sahibi deyil, sadəcə sərvət qoruyucularıdır.
- Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
Z
[redaktə]- Zənginlik və yoxsulluq ehtiyac və bolluğu bildirən sözlərdir. Buna görə ehtiyacı olan zəngin deyil, ehtiyacı olmayan kasıb deyil.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
İstinadlar
[redaktə]- ↑ [1] Цитаты и афоризмы.
- ↑ [2] Цитаты и афоризмы.
- ↑ [3] Цитаты и афоризмы.
- ↑ Xəzinə.Bakı,1997. səh.352
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ [4] Цитаты и афоризмы.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.61
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.78