40°00′19″ şm. e. 46°12′39″ ş. u.HGYO

Zərqulu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zərqulu
40°00′19″ şm. e. 46°12′39″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Zərqulu xəritədə
Zərqulu
Zərqulu

Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur.[2]

Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır. Zər qızıl deməkdir. Görünür nə vaxtsa ərazi Zərquyular adlanıb, sonralar söz assimliyasiya olunaraq Zərqulu formasına keçib. Kəndin adı buradan götürülüb.[3]

Uzunyal yurdu, Məşədi Abdul yurdu, Qaraçökək yurdu, Abdulrəhman yurdu, Qaragöl yurdu, Güngörməz yurd, İlanlıbulaq yurdu, Sınıqkilisə yurdu, Kalafalıq yurdu, Qatar yurdu, Çövrüm yurdu, Məsimölən yalın yurdu, Səlimin yurdu, Şorbulaq yurdu, Savalan yurdu, Şirinsu yurdu, Marallıçökək yurdu, Xudonun əkin yurdu.

Şirin su, Söyüdlü bulaq, Seyfəddinin bulağı, Kəşinin bulağı, Sarı bulaq, Şor bulaq, Mehbalının bulağı, Turş su, Elyasın bulağı, Qurdlu bulaq, Savalan bulağı, Beş bulaq, Böyüksu bulağı, Şor dərənin bulağı.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Zeynalın çüxuru, Çəkilmeşə, Ağqaya, Ortagüney, Nazikgüney, Bulaqlar, Qırıntı, Palaxlı, Uzunyer, Xudonun əkini, Dadaşın yeri, Topqaya, Qaraşın arpa yeri, Marallı, Dərgah, Almirzə biçənəyi, Çınqıl, Qanlıdərə, Dikqaya, Barmaqlar, Güzdük yeri, Qotur suyun meşəsi, Alapalıdlıq, Çəpyol, Ayıçiləsi, Dərindərə, Burununbaşı, Təkağac, Daştəpə, Qaradaşın yalı, Qatarqaya, Nazdının ağzı, Balacayer, Ortabarmaq, Qatarındöşü, Fərhadın arxacı, Daşlıburun, Bəzək inək doğan, Ocaq təpəsi, Dəlikqaya, Atölən dərə, Qəbirstanlıq.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Zərqulu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.