Aşağı Xac
Naviqasiyaya keç
Axtarışa keç
Aşağı Xac | |
---|---|
Ölkə |
Aşağı Xac — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.
Aşağı Xac kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. İkinci komponent isə abidələrin dilində "xristianlığın rəmzi işarəsi"; "kilsə bayrağı"; "kilsə" mənalarında işlənmişdir. Ərazidəki Sınıqkilsə yer adı bu sözün məhz "kilsə" mənasını qəbul etməyə əsas verir.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Aşağı Xac // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |