Vikipediya:Yoxlanıla bilmə

Vikipediya, azad ensiklopediya
(Vikipediya:ÖDƏNİŞLİ səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə
  • Səsvermə müddəti: 10 mart — 25 mart 2021
  • Qüvvədədir: 25 mart 2021-ci ildən

Yoxlanıla bilmə — məqalədə olan məlumatı birbaşa təsdiqləyən etibarlı mənbələrin oxucu tərəfindən yoxlanılmasının mümkün olmasına verilən ad. Vikipediya orijinal tədqiqata yol vermir. Vikipediyanın məzmunu redaktorların inancları və ya təcrübələri ilə yox, əvvəl yayımlanan məlumatlarla müəyyən edilir. Bir şeyin doğruluğundan əmin olsanız da, onu əlavə etməzdən əvvəl yoxlanıla bilən olmalıdır. Etibarlı mənbələr bununla razılaşmırsa, neytral mövqe tutun və müxtəlif mənbələrin qeyd etdiklərini təqdim edərək hər tərəfə lazımi ağırlığı verin.

Vikipediyanın əsas hissəsindəki bütün materiallar – məqalələr, siyahılar, başlıqlar və s. yoxlanıla bilən olmalıdır. Yoxlanılması mümkün olmayan və ya etiraza səbəb olunacağı ehtimal edilən bütün sitatlar və materiallar üçün onu birbaşa dəstəkləyən istinad daxil etməlidir. Mənbəyə ehtiyacı olan, lakin mənbəyi olmayan hər hansı bir material silinə bilər. Zəhmət olmasa, yaşayan şəxslər haqqında mənbəyi olmayan və ya mənbəyi az olan mübahisəli materialları dərhal silin.

Yoxlanıla bilmə, orijinal tədqiqata yol verməmək və neytrallıq Vikipediyanın əsas məzmun siyasətləridir. Bu qaydalar məzmunu müəyyənləşdirmək üçün zəruridir, buna görə də redaktorlar hər üçünün əsas məqamlarını anlamalıdırlar. Həmçinin, məqalələr müəlliflik hüququ siyasətinə uyğun olmalıdır.

İstinadların verilməsinə görə məsuliyyət

Qısa keçid yönləndirmə

Vikipediyadakı bütün məzmun yoxlanıla bilən olmalıdır. Yoxlanıla bilmə qabiliyyətini nümayiş etdirmək məsuliyyəti material əlavə edən və ya bərpa edən redaktorun üzərinə düşür, materialı[1] birbaşa dəstəkləyən[2] etibarlı mənbəyə istinad tələb edir.

Yoxlanılmasının mümkün olmadığı və ya etiraza səbəb olacağı ehtimalı edilən bütün sitat və materialları etibarlı, nəşr edilmiş mənbəyə istinad edin. İstinad edilən mənbə məqalədə göstərildiyi kimi materialı açıq şəkildə dəstəkləməlidir. İdeal olaraq, mənbənin səhifə nömrəsini (və ya nömrələrini) verərək mənbəni açıq şəkildə göstərin, lakin bəzi hallarda bunun əvəzinə bir hissə və ya fəsil başlığı da uyğun ola bilər.

Onu birbaşa dəstəkləyən etibarlı mənbəyə istinad etməyən hər hansı bir material silinə bilər və etibarlı mənbə daxil edilmədən bərpa edilməməlidir. Etibarlı mənbəyə istinad etmədiyinə görə materialın ilkin olaraq nə qədər tez bir müddətdə silinəcəyi materialdan və məqalənin ümumi vəziyyətindən asılıdır. Bəzi hallarda, redaktorun istinad təqdim etməsinə vaxt vermədən materialı silirsinizsə, onlar buna etiraz edə bilər. Müvəqqəti addım olaraq {{Mənbəsiz}} teqini əlavə etməyi nəzərdən keçirin.[3] Materialı istinadı olmadığına görə etiketləyərkən və ya silərkən materialı birbaşa dəstəkləyəcək dərc edilmiş etibarlı mənbə tapmağın qeyri-mümkün olduğunu və bu səbəbdən materialın yoxlanılmasının mümkün olmayacağını düşünürsünüzsə, xahiş olunur, bunu qeyd edin.[4] Əksinə, materialın təsdiqlənə biləcəyini düşünürsünüzsə, onu silməzdən və ya etiketləməzdən əvvəl material üçün özünüz bir istinad əlavə edin.

Mənbəsiz və ya zəif mənbəli material yaşayan insanların və ya mövcud qrupların nüfuzuna xələl gətirə biləcəksə, bunu dərhal silin və konsensus əldə edilənə qədər onu bərpa etməyin.

Etibarlı mənbələr

Qısa keçid yönləndirmə

Etibarlı mənbə nədir

"Mənbə" sözü Vikipediyada istinad verilərkən üç oxşar mənada istifadə edilir:

Bunların hər üçü də etibarlılığa təsir göstərir.

Məqalələri "faktçekinq"[5] və dəqiqliyi ilə tanınan etibarlı, müstəqil, dərc edilmiş mənbələrə əsaslandırın. Materialın mənbəsi dərc edilmiş olmalıdır, yəni, "hər hansı bir şəkildə ictimaiyyətə təqdim olunmuş" olmalıdır.[6] Yayımlanmamış materiallar etibarlı hesab olunmur. Məqalədə təqdim olunan materialı birbaşa dəstəkləyən və irəli sürülən iddialara uyğun gələn mənbələrdən istifadə edin. Hər hansı bir mənbənin materiala uyğun olub-olmaması kontekstdən asılıdır. Ən yaxşı mənbələr faktları, hüquqi məsələləri, dəlilləri və arqumentlərin oxucu tərəfindən yoxlanılması və ya təhlil edilməsi üçün yararlı, peşəkar bir quruluşa malikdir. Bu məsələlərə nə qədər çox diqqət yetirilirsə, mənbə o qədər etibarlıdır. Yaşayan insanlar və ya dərmanlarla əlaqəli məzmuna mənbə təqdim edərkən xüsusilə diqqətli olun.

Mövcud olduğu təqdirdə, akademik və peşəkarlar tərəfindən nəzərdən keçirilmiş publikasiyalar ümumiyyətlə tarix, tibb və elm kimi mövzularda ən etibarlı mənbələrdir.

Redaktorlar akademik olmayan etibarlı mənbələrdən də material istifadə edə bilərlər, xüsusən də istinad edilən mənbə mötərəbər publikasiyadırsa. Digər etibarlı mənbələrə aşağıdakılar daxildir:

  • Universitet səviyyəli dərs kitabları.
  • Mötəbər nəşriyyatlar tərəfindən yayımlanmış kitablar.
  • Jurnallar.
  • Mötəbər qəzetlər.

Redaktorlar eyni meyarlara uyğun gələn elektron medidan də istifadə edə bilərlər.

Qəzet və jurnal bloqları

Qısa keçid yönləndirmə

Bəzi qəzet, jurnal və digər xəbər təşkilatları bloq dedikləri onlayn köşələrə ev sahibliyi edir. Yazıçılar peşəkar olduqları təqdirdə bunların məqbul mənbələr hesab edilməsi mümkündür, lakin bloqlar xəbər təşkilatının normal faktçekinq prosesinə tabe olmadıqlarından onlardan ehtiyatla istifadə edin.[7] Hansısa xəbər təşkilatı hansısa bloqda bir fikir yayımlayırsa, ifadəni yazıçıya aid edin, məsələn, "Həsən Həsənov yazır ki," və ya "Məmməd Məmmədova görə,". Heç vaxt oxucuların bloqlara yazdıqları şərhlərdən mənbə kimi istifadə etməyin. Etibarlı mənbə hesab edilməyən şəxsi və ya qrup bloqları üçün aşağıdakı "§Müəllif tərəfindən yayımlanan mənbələr" bölməsinə baxın.

Adətən etibarlı olmayan mənbələr

Şübhəli mənbələr

Qısa keçid yönləndirmə

Şübhə doğuran mənbələr faktçekinq məsələsində uğursuz olması ilə bilinən, mənalı redaksiya nəzarətinə sahib olmayan və ya açıq şəkildə maraqların toqquşması olan mənbələrdir.

Bu cür mənbələrə digər mənbələr tərəfindən ümumi mənada ekstremist və ya reklam xarakterli olduğu düşünülən, ya da əsassız dedi-qodu, şayiə və şəxsi düşüncəyə əsaslanan fikirləri özündə cəmləşdirən veb saytlar və nəşrlər daxildir. Şübhəli mənbələr yalnız özləri haqqında məlumat mənbəyi olaraq istifadə edilməlidir, məsələn özləri haqqında məqalələrdə; aşağıya baxın. Bunlar başqaları haqqında olan mübahisəli iddialar üçün uyğun mənbələr hesab olunmurlar.

Soyğuncu açıq jurnallar da təsirli icmala malik olmadıqlarından şübhəli mənbə olaraq qəbul edilir.

Müəllif tərəfindən yayımlanan mənbələr

Qısa keçid yönləndirmə

Hər kəs fərdi veb-səhifə yarada, öz-özünə kitab nəşr edə və ya hansısa sahədə mütəxəssis olduğunu iddia edə bilər. Bu səbəbdən kitablar, patentlər, bülletenlər, fərdi veb saytlar, açıq vikilər, fərdi və ya qrup bloqları (yuxarıdakı xəbər bloqlarının fərqləndirildiyi kimi), məzmun təsərrüfatları, internet forumlarısosial media postları kimi müəllif tərəfindən yayımlanan materiallar, əsasən, mənbə olaraq qəbuledilməzdir. Müəllif tərəfindən nəşr olunan mütəxəssis mənbələri müvafiq sahədəki fəaliyyəti əvvəlcə etibarlı, müstəqil nəşrlər tərəfindən yayımlanmış mütəxəssis tərəfindən hazırlandıqda etibarlı hesab edilə bilər.[7] Bu cür mənbələrdən istifadə edərkən diqqətli olun: sözügedən məlumat daxil ediləcək qədər önəmli və ya uyğundursa, ehtimal ki, başqa bir müəllif onu müstəqil və etibarlı mənbələrdə dərc edib.[8] Müəllif bir mütəxəssis, tanınmış peşəkar tədqiqatçı və ya yazıçı olsa da, müəllif tərəfindən yayımlanan mənbələri heç vaxt yaşayan insanlar haqqında üçüncü tərəf mənbələri kimi istifadə etməyin.

Müəllif tərəfindən yayımlanan və ya şübhəli mənbələr özləri haqqında mənbələr olaraq

Qısa keçid yönləndirmə

Müəllif tərəfindən yayımlanan və ya şübhəli mənbələr özləri haqqında məlumat mənbəyi olaraq, ümumiyyətlə özləri və ya fəaliyyətləri haqqında məqalələrdə istifadə edilə bilər, lakin bu tələblərə uyğun olmalıdır:

  1. material nə hədsiz şəkildə özünə xidmət edir, nə də ki müstəsna bir iddiadan ibarətdir;
  2. material üçüncü şəxslərlə bağlı iddiaları əhatə etmir;
  3. material birbaşa mənbəylə əlaqəli olmayan hadisələrə dair iddiaları əhatə etmir;
  4. materialın həqiqiliyinə dair heç bir şübhə yoxdur;
  5. məqalə ilk növbədə bu cür mənbələrə əsaslanmır.

Bu siyasət mövzu tərəfindən "Twitter", "Tumblr", "LinkedIn", "Reddit" ve "Facebook" kimi sosial şəbəkə saytlarında yayımlanan materiallara da aiddir.

Vikipediya mənbə kimi

Qısa keçid yönləndirmə

Vikipediyadakı (istər bu, Azərbaycandilli Vikipediya olsun, istərsə də digər dillərdəki Vikipediya layihələri) məqalələrdən mənbə kimi istifadə etməyin. Həmçinin, Vikipediyadakı məzmununu əks etdirən veb saytları və ya Vikipediyadan materiallara əsaslanan nəşrləri mənbə olaraq istifadə etməyin. Vikipediya məqaləsindəki məzmun etibarlı mənbələrə istinad edərək dəstəklənmədikcə etibarlı hesab olunmur. Bu mənbələrin məzmunu dəstəklədiyini təsdiqləyin, sonra birbaşa ondan istifadə edin.

Belə bir istisna var ki, sözügedən məqalədə Vikipediyanın özü müzakirə edildikdə, Vikipediya haqqında bir ifadəni dəstəkləmək üçün Vikipediyadan (və ya hansısa qardaş layihədən) məqalə, qayda, müzakirə, statistika və ya digər məzmuna istinad etməyə icazə verilir. Bu halda Vikipediya və ya onun istənilən qardaş layihəsi ilkin mənbə rolunu oynayır və bundan ilkin mənbələr üçün olan qaydalara uyğun olaraq istifadə etmək olar. Bu halda, orijinal tədqiqatdan, Vikipediyanın roluna və ya baxışlarına həddən artıq vurğu edilməsindən və yersiz özünə istinaddan yayınmaq lazımdır. Məqalənin mətni verilən materialın Vikipediyaya əsaslandığını aydınlaşdırmalıdır ki, oxucu potensial qərəzdən xəbərdar olsun.

Münasiblik

Mənbəyə daxil olmaq

Qısa keçid yönləndirmə

Etibarlı mənbələri əldə etmək çətin və ya bahalı olduğu üçün onları rədd etməyin. Bəzi etibarlı mənbələri asanlıqla əldə etmək mümkün deyil. Məsələn, onlayn bir mənbə ödəniş tələb edə bilər və yalnız çapda olan mənbələri sadəcə kitabxanalar vasitəsilə əldə etmək olur. Nadir tarixi mənbələr yalnız xüsusi muzey kolleksiyalarında və arxivlərdə mövcud ola bilər. Bir mənbəyə daxil olmaqda probleminiz varsa, həmkarlarınız bunu sizin yerinizə edə bilər.

Qeyri-Azərbaycandilli mənbələr

Qısa keçid yönləndirmə

İstinad

Azərbaycanca Vikipediya qeyri-Azərbaycandilli etibarlı mənbələrə istinad etməyə icazə verilir. Bununla birlikdə, bu layihə Azərbaycan dilində olduğu üçün azərbaycanca olmayan mənbələrindən çox, Azərbaycan dilində etibarlı mənbələrə üstünlük verilir (onlar daha az keyfiyyət və əhəmiyyətə sahib olmadıqları təqdirdə). Azərbaycanca olan mənbələrdə olduğu kimi, qeyri-Azərbaycandilli mənbəyə istinadla bağlı bir mübahisə yaranarsa, redaktorlar həmkarlarından orijinal mənbənin müvafiq hissələrinin mətn və qeyd formasında, ya da məqalənin müzakirə səhifəsində sitat kimi verilməsini tələb edə bilərlər.[9]

Sitat

Azərbaycan dilində olmayan bir etibarlı mənbəyə istinad etsəniz (istər əsas mətndə, istərsə də qeyd hissəsində), Azərbaycan dilinə tərcümə daima sitatı müşayiət etməlidir. Etibarlı mənbələr tərəfindən yayımlanan tərcümələr vikipediyaçıların tərcümələrindən, vikipediyaçıların tərcümələri isə maşın tərcümələrindən üstündür. Redaktorlar mənbədəki materialın maşın tərcüməsindən istifadə edərkən tərcümənin dəqiq, mənbənin isə uyğun olduğundan əmin olmalıdır. Redaktorlar mübahisəli məqalələrdə və ya yaşayan insanların bioqrafiyalarında azərbaycanca olmayan mənbələrin maşın tərcümələrinə etibar etməməlidirlər. Lazım gələrsə, onu sizin üçün tərcümə etməsi üçün həmkarlarınızdan birinə müraciət edin.

Məqalələrdə orijinal mətn vikipediyaçılar tərəfindən tərcümə edildikdə tərcümə olunmuş mətnin yanına daxil edilir və tərcüməçi redaktora istinad edilmir. İstər Azərbaycan dilində, istərsə də başqa bir dildə hər hansı bir material gətirərkən müəlliflik hüquqlarını pozmamağa diqqət yetirin.

Digər məsələlər

Yoxlanıla bilmə daxiletməyə zəmanət vermir

Qısa keçid yönləndirmə

Məlumatın məqaləyə daxil edilməsi üçün yoxlanıla bilər olmalıdır, lakin yoxlanılması mümkün olan bütün məlumatların məqaləyə daxil edilməsinə ehtiyac yoxdur. Konsensus müəyyən məlumatların bir məqaləni təkmilləşdirmədiyini, başqa bir məqalədə təqdim edilməli olduğu və ya ümumiyyətlə silinməli olduğu müəyyən edə bilər. Materialın Vikipediyaya daxil edilməsi barədə konsensus əldə etmək vəzifəsi mübahisəli məzmunu daxil etmək istəyən redaktorlara şamil olunur.

Cümləni, bölməni və ya məqaləni etiketləmək

Qısa keçid yönləndirmə

Mənbəsiz material üçün mənbə tələb etmək istəyirsinizsə, materialın göstərildiyi cümləni {{Mənbəsiz}} şablonu ilə etiketləyə bilərsiniz. Vikipediyada müəyyən bölmələri və ya bütün məqalələri etiketləmək üçün başqa şablonlar var. Siz həmçinin, müzakirə səhifəsində qeyd buraxamaq mənbə istəyə, ya da sözügedən materialı müzakirə səhifəsinə köçürə və orada bir mənbə tələb edə bilərsiniz. Yoxlanılması uğursuz olan material silinə bilər. Materialı etiketləmək üçün şablonlardan istifadə edərkən həmin şablonda, redaktə xülasəsində və ya müzakirə səhifəsində bu redaktənizin səbəbini əsaslandırmanız məsləhət olunur.

Yaşayan və yaxınlarda vəfat edən insanlarla bağlı mübahisəli materiallara xüsusi diqqət yetirin. Mübahisəli və mənbəsiz, ya da zəif mənbəli materialı (xüsususən də neqativ, alçalcıdı və ya potensial olaraq şəxsin nüfuzuna ziyan vuran) etiketləməyə, ya da müzakirə səhifəsinə köçürməyə ehtiyac yoxdur və dərhal silinməlidir.

Müstəsna iddialar müstəsna mənbələrə ehtiyac duyur

Qısa keçid yönləndirmə

Müstəsna bir iddia üçün bir çox yüksək keyfiyyətli mənbə tələb olunur. Əlavə ehtiyat üçün lazım olan xəbərdarlıqlar (qırmızı bayraqlar) bunlardır:

  • Çoxsaylı mötəbər mənbələrin əhatə etmədiyi təəccüblü və ya əhəmiyyətli görünən iddialar;
  • Sırf ilkin və ya müəllif tərəfindən yayımlanan mənbələr, ya da açıq formada ziddiyyətli tərəflər tərəfindən dəstəklənən mübahisəli iddialar;
  • Kiminsə şəxsiyyətindən kənar və ya əvvəllər müdafiə etdikləri maraq əleyhinə görünən bir ifadə bildirməsinə dair iddialar;
  • Müvafiq icma daxilində mövcud olan fikirə, ümumi elm fərziyyələrini, xüsusən də elm, tibb, tarix, siyasətə zidd, o cümlədən yaşayan və ya yaxınlarda vəfat edən insanların bioqrafiyalarını əhəmiyyətli dərəcədə dəyişdirəcək iddialar.

Yoxlanıla bilmə və digər prinsiplər

Müəlliflik hüquqları və plagiat

Mənbələrdən istifadə edərkən plagiata yol verməyin və müəlliflik hüquqlarını pozmayın. Mənbədəki materialı mümkün qədər öz sözlərinizlə ümumiləşdirin.

Həmkarlarınızın hüquq və vəzifələri əsasında başqalarının müəlliflik hüquqlarını pozan hər hansı bir mənbəyə keçid verməyin. Siz müəlliflik hüquqları qorunan əsərləri nümayiş edən veb saytlara əsəri lisenziyalaşdırdıqları və ya adil istifadə qaydaları çərçivəsində olduğu təqdirdə istinad edə bilərsiniz. Başqalarını bilərəkdən müəlliflik hüquqlarını pozan materiallara yönəltmək müəlliflik hüquqlarının pozulması hesab edilə bilər. Hansısa mənbənin müəlliflik hüquqlarını pozduğunu düşünməyiniz üçün bir səbəb varsa, bu mənbəyə istinad etməyin.

Neytrallıq

Verilən məlumat etibarlı mənbələrə istinad edirsə belə, onu neytral baxış bucağında təqdim etməlisiniz. Məqalələr yaradarkən əsaslanacağınız mənbələri hərtərəfli araşdırmalısınız. Bütün məqalələrdə əksəriyyət və əhəmiyyətli azlıqlar tərəfindən səsləndirilən, əsas da etibarlı mənbələr tərəfindən yayımlanan bütün fikirlər kifayət qədər təmsil edilməlidir. Bir sözlə, neytral baxış bucağına riayət edilməlidir. Onlar haqqındakı həsr olunmuş məqalələr istisna olmaqla, əhəmiyyətsiz azlıqların fikirləri daxil edilməməlidir. Mənbələr arasında bir fikir ayrılığı mövcuddursa, nümunədəki xüsusiyyətlərdən istifadə edin: "Həsən Həsənov X fikrini qoruyur, Məmməd Məmmədov isə Y fikrini iddia edir"; bunun ardınca istinadlar əlavə edilir. Mənbələrin özlərində neytrallığın qorunmağına ehtiyac yoxdur. Etibarlı mənbələrin bir çoxu əslində neytral deyil. Vikipediyaçıların fəaliyyəti sadəcə etibarlı mənbələrin qeyd etdiklərini ümumiləşdirməkdir.

Ensiklopedik əhəmiyyətlilik

Bir mövzu haqqında etibarlı, müstəqil mənbələr tapmaq mümkün deyilsə, Vikipediyada bu barədə məqalə olmamalıdır, yəni mövzu ensiklopedik deyil.

Orijinal tədqiqat

Orijinal tədqiqata yer verməmək siyasəti yoxlanıla bilmə qaydası ilə yaxından əlaqəlidir. Tələbləri arasında bunlar var:

  1. Vikipediya məqalələrindəki bütün materiallar yayımlanmış bir etibarlı mənbəyə aid edilməlidir. Bu, məqalədə göstərilib-göstərilməməsindən asılı olmayaraq onun üçün yayımlanmış bir etibarlı mənbənin mövcud olduğunu bildirir.
  2. Mənbələr materialı aydın və birbaşa dəstəkləməlidirlər. Yeni bir mövqe irəli çəkmək üçün bir çox mənbədən nəticə çıxarmaq orijinal tədqiqat hesab olunur.
  3. Məqalələri əsasən ikinci dərəcəli etibarlı mənbələrə əsaslandırın. İlkin mənbələr bəzi hallarda uyğun hesab edilsə də, onlara əsaslanmaq problemli ola bilər.

Həmçinin bax

Qeydlər

  1. Redaktor yaxşı məqsədlə kafi olduğuna inandığı hər hansı bir mənbəni təqdim edirsə, materialı sonradan silən başqa bir redaktor materialın Vikipediyadan çıxarılmasını əsaslandıracaq spesifik problemləri (məsələn, mənbənin niyə etibarlı olmadığı, niyə iddianı dəstəklədiyini, niyə lazımsız bir vurğu olduğunu, niyə qeyri-ensiklopedik məzmun olduğunu və s.) açıqlamaq məcburiyyətindədir. Lazım gələrsə, bütün redaktorların bu məsələ barədə konsensusun əldə edilməsinə kömək olmaları, material geri əlavə edilmədən əvvəl mətn və ya mənbə ilə bağlı problemlərin həllində iştirak etmələri gözlənilir.
  2. Mənbə məlumat birbaşa olaraq qeyd edildiyi təqdirdə verilmiş materialı "birbaşa dəstəkləyir". Belə halda, materialın dəstəklənməsi üçün həmin mənbədən istifadə etmək orijinal tədqiqat olmur. İstənilən bir istinadın yeri mənbənin materialı birbaşa dəstəkləyib dəstəkləməməsi ilə əlaqədar deyil. İstinadların harada və necə yerləşdiriləcəyi barədə stil kitabçasına baxa bilərsiniz.
  3. Ola bilər ki, məqalədə o qədər az istinad var ki, zəruri teqi əlavə etmək artıq praktik olmur. Bunun əvəzində, {{Mənbə azlığı}} şablonundan istifadə etməyi nəzərdən keçirin.
  4. Bu cür materialları etiketləyərkən və ya silərkən, bu redaktələrin asanlıqla səhv başa düşülə biləcəyini unutmayın. Bəzi redaktorlar başqalarının mənbəsiz məlumatları xroniki, tez-tez və geniş miqyasda silməsinə etiraz edə bilərlər. Diqqətinizi sadəcə müəyyən bir baxış bucağının materialına cəmləşdirməyin, çünki bu, neytrallıq prinsipinə zidd ola bilər. Həmçinin, materialın səhifədəki başqa bir yerə istinad edilib edilmədiyinə baxın. Bütün bu səbəblərə görə, sözügedən materialın yoxnalınabilər olmadığına inanmaq üçün əsaslı bir səbəbiniz olduğunu açıq şəkildə bildirməyiniz məsləhət olunur.
  5. Yəni yoxlanılmış faktlarla.
  6. Buna ictimaiyyət üçün açıq arxivlərdəki sənədlər, o cümlədən ictimaiyyət tərəfindən görünən yazılar (məsələn, məzar daşları) kimi materiallar daxildir.
  7. 1 2 Xahiş olunur, hər hansı bir müstəsna iddia üçün müstəsna mənbələr tələb olunacağını unutmayın.
  8. Müəllif tərəfindən yayımlanan materiallar məzmunun etibarlılığını təsdiqləyən müstəqil rəyçilərin (maraq ziddiyyəti daşımayan) olmaması ilə səciyyələnir. Müəllif tərəfindən yayımlanan mənbələrin digər nümunələrinə press-relizlər, hansısa şirkətin veb saytında özü haqqındakı materiallar, reklam kampaniyaları, media qrupunun sahibi (və ya sahibləri) tərəfindən mediada yayımlanan materiallar, müəllif tərəfindən yayımlanan yayımlanan musiqi albomları və seçki manifestləri aiddir.
  9. Hansısa materialın müəyyən bir mənbə tərəfindən tam dəstəklənib-dəstəklənməməsi ilə bağlı mübahisələr yarandıqda, digər redaktorlara mənbədən birbaşa sitatlar və digər müvafiq təfərrüatlar təqdim edilməlidir. Bunu edərkən mənbənin müəlliflik hüquqlarını pozmamağa diqqət edin.

Ədəbiyyat

  • Ueyls, Cimmi. "Insist on sources". WikiEN-l (ingilis). 19 iyul 2006.