Vikipediya:Arbitraj Komitəsinin seçilmə qaydaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə
Arbitraj (son instansiya)
Arbitraj Komitəsinə müraciət
Arbitraj Komitəsinə müraciət forması
Məsələnin müzakirəsi
Arbitraj Komitəsinə təqdim edilmiş ərizələr
Arbitraj Komitəsinin qərarları
Arbitraj Komitəsində dayandırılmış ərizələr
Arbitraj Komitəsinin seçilmə qaydaları

Seçkilərin keçirilməsi qaydası

[mənbəni redaktə et]

Arbitraj komitəsinə (АK-ya) seçkilər mövcud arbitrlərin səlahiyyət müddətinin bitməsinə dörd həftə qalmış başlayır. Seçkiqabağı dövr aşağıdakı mərhələlərdən və müddətlərdən ibarətdir:

  • Komitə üzvlüyünə seçkilərin keçirilməsi elanının verilməsi və namizədlərin şəxsi müraciətlərinin qəbul edilməsi. Bürokratlar və inzibatçılar tərəfindən seçkiyə inzibatçılar tərkibindən iki nəfər məsul şəxsin təyin edilməsi qərarının verilməsi (bir həftə);
  • Seçkiyə məsul şəxslər tərəfindən müraciətlərin və prosedur qaydaları ilə bağlı şikayətlərin baxılması və yekun siyahının tərtib edilməsi. Boş yerlərə namizədlərin sayı az və ya bərabər olduqda seçki proseduru məsul şəxslər tərəfindən yenidən başlanır. İkinci dəfə yenidən namizədlərin sayı boş yerlərin sayına bərabər olarsa istisna kimi seçkinin üçüncü mərhələsinin başlanması qərarı verilə bilər (bir həftə);

Bu zaman komitənin səlahiyyət müddəti yeni tərkib seçilənə qədər avtomatik olaraq uzadılır.

  • Viki-cəmiyyət tərəfindən namizədlərin müzakirə edilməsi (son 3 gün, ilk dörd gündə ancaq sual-cavab gedir);
  • Səsvermənin keçirilməsi (bir həftə (7 gün));
  • Səsverməyə yekun vurulması (axırıncı gün).

Namizədlərə tələblər

[mənbəni redaktə et]

AK üzvlüyünə namizədlik şəxsən irəli sürülməlidir. Komitə üzvlüyünə seçilmək üçün ancaq fərdi müraciət qəbul olunur. Konkret istifadəçiyə namizədliyini irəli sürmək üçün müraciət edilməsinə də icazə verilir.

  • Son 6 ay ərzində Vikipediya:İnzibatçılara müraciət səhifəsinə daxil edilmiş müraciətlərin heç olmasa birinə münasibət bildirməyən istifadəçi AK-ya üzv seçilə bilməz.
  • Hər bir AK üzvü 2 dəfə dalbadal komitəyə üzv seçilərsə, 2-ci səlahiyyət müddəti bitdikdən yalnız bir il sonra bir daha komitəyə üzv seçilə bilər. Başqa sözlə, AK üzvü 3 dəfə dalbadal komitəyə üzv seçilə bilməz.
  • AK-nın tərkibindən hər hansı səbəbə görə çıxarılan istifadəçinin namizədliyi, növbəti seçkilərdə yenidən irəli sürülə bilər.
  • AK seçkilərində namizədliyi irəli sürülmüş istifadəçinin azı 1 il aktiv istifadəçi təcrübəsi və AzViki-də ən azı 1000 redaktəsi olmalıdır.
  • AK seçkilərində namizədliyi irəli sürülmüş istifadəçinin Vikipediyanın məqalələrin sayı 1 milyondan artıq olan digər dil bölmələrindən heç olmasa birində 100-dən çox redaktəsi olmalıdır.

Seçkiyə nəzarət edən bürokrat və inzibatçılar bu tələbləri ciddi şəkildə yoxlamalı və qaydaların pozulmasına yol verməməlidirlər.

Arbitr seçkisində səsvermə hüququ

[mənbəni redaktə et]
  • Arbitr seçkisində səsvermə hüququna ən azı üç ay istifadəçi stajı və azı 500 dəyişiklik töhfəsi olan və seçki zamanı blokda olmayan istifadəçi malikdir.

Seçkiyə nəzarət edən bürokrat və inzibatçılar bu tələbləri ciddi şəkildə yoxlamalı və qaydaların pozulmasına yol verməməlidirlər.

Namizədlərin müzakirəsi

[mənbəni redaktə et]

Namizədlərin müzakirəsi prosesində blokda olmayan istənilən rəsmi qeydiyyatdan keçmiş istifadəçi iştirak edə bilər. Namizədlərə ancaq gələcək arbitr fəaliyyəti ilə bağlı suallar vermək olar. Suala cavab almamış həmin sualdakı mövzunun müzakirə edilməsinə yol verilmir. Eyni zamanda sual vermədən də müzakirə açmağa icazə verilmir (ilk dörd gündə ancaq sual-cavab gedir, sonrakı üç gündə müzakirələr aparılır). Bu tələblərin yerinə yetirilməsinə seçkiyə məsul bürokrat və inzibatçılar nəzarət edirlər. Qaydaların pozulduğu təqdirdə onların Vikipediya qaydaları çərçivəsində ölçü götürmək hüquqları vardır (istifadəçini bloklamaq, səsvermədən və müzakirələrdən kənarlaşdırmaq və s.). AK-ya hər bir seçkilər üçün xüsusi səhifə yaradılır, burada sual-cavablar və təbliğat aparılması nəzərdə tutulur. Bu səhifə köhnə tərkibin fəaliyyətini müzakirə edilməsi üçün məqbul deyil.

Təbliğat aparılması qaydaları

[mənbəni redaktə et]

AK-ya hər bir seçkilər üçün xüsusi səhifədə hər bir arbitrliyə namizəd istifadəçi məqbul formada öz təbliğatını apara bilər. Anti-təbliğat və ya rəqiblər haqqında təsdiq edilməyən materialların yayılması qadağandır. Xüsusi səhifədən kənar və istifadəçilərin müzakirə səhifəsinə müraciətlər və şablonlar göndərilməklə təbliğat aparılmasına yol verilmir. Bu tələblərin yerinə yetirilməsinə seçkiyə məsul bürokrat və inzibatçılar nəzarət edirlər. Qaydaların pozulduğu tərzdə onların Vikipediya qaydaları çərçivəsində ölçü götürmək hüquqları vardır.

Səsvermə prosedurları

[mənbəni redaktə et]

Səsvermə zamanı namizədlər siyahısı əlifba sırası ilə düzülür. Hər bir səsvermə hüququ olan istifadəçi maksimum boş yerlər sayında namizədə "lehinə" və ya "əleyhinə" səs verə bilər. Səsvermə bitənə qədər istifadəçi səsini dəyişə bilər. Bunun üçün o əvvəldən bu barədə səsvermə keçirən heyətə müvafiq bildiriş göndərməlidir. Səsvermə zamanı təbliğat və müzakirə edilməsinə yol verilmir və heyət tərəfindən müvafiq tədbir görülür. Səsvermə zamanı prosedurla bağlı bütün məsələlər ancaq seçkiyə məsul heyət tərəfindən həll edilir. İstifadəçilər seçki ilə bağlı qayda pozuntusu müşahidə edərlərsə, onların bununla bağlı heyətə müraciət etmək hüququ vardır.

Səsverməyə yekun vurulması

[mənbəni redaktə et]

Ümumi iştirak edənlərin 2/3-dən az səsini toplayanlar və 10 səsdən az "lehinə" toplayanlar seçilmiş sayılmırlar. Qalan namizədlərin səslərin daha çox faizini toplayanlardan başlayaraq siyahısı tərtib edilir. Eyni səs toplayanlar arasında üstünlük ən az "əleyhinə" səs toplayana verilir. Ümumi "lehinə" və "əleyhinə" səs toplayanlardan hansının arbitr olması məsələsi inzibatçıların ümumi konsensusu ilə həll edilir. İlk 5 (3 inzibatçı və 2 istifadəçi) qalib əsas heyət, qalan 2 nəfər ehtiyat arbitr sayılır. Səsvermədə "bitərəf" səslər nəzərə alınmır. Səsvermənin nəticəsi səsverməyə məsul bürokrat və ya inzibatçılarından biri tərəfindən elan olunur.

Əlavə seçki

[mənbəni redaktə et]

Əgər seçki nəticəsində lazım olduğundan az şəxs arbitr seçilibsə, seçkidən bir həftə sonra bürokrat və ya inzibatçı tərəfindən yeni seçki təyin edilir. Əlavə seçkinin keçirilmə qaydaları da əsas seçkinin qaydası kimidir. Əgər əlavə seçki nəticəsində də arbitr seçmək mümkün olmazsa yeni əlavə seçki təyin edilir. Əlavə seçkilərə say məhdudiyyəti yoxdur. Ümumi razılıqla əlavə seçkilərin keçirilmə müddəti qısaldıla bilər. Vaxt qısaldılması səsvermə müddətinə şamil edilə bilməz.

Arbitraj Komitəsinin legitimliyi

[mənbəni redaktə et]

Əgər seçkilərdən sonra AK-nın azı üç üzvü (2 inzibatçı və 1 istifadəçi) seçilirsə komitənin fəaliyyəti legitim sayılır. AK-nın qərarı azı üç üzvün (2 inzibatçı və 1 istifadəçi) bu qərarın lehinə səs verməsi ilə qanuni sayılır. Komitə üzvlərinin hamısı (5 əsas, 2 ehtiyat) seçilənə qədər seçki keçirilir. Yeni AK seçkisinə yekun vurulan tarixdən (seçkinin nəticəsindən asılı olmayaraq) 2 gün keçdikdən sonra, 3-cü gün köhnə üzvlərin səlahiyyəti bitmiş sayılır. Yeni komitə üzvlərinin sayı üçdən az olduqda (2 inzibatçı və 1 istifadəçi balansı pozulduqda) təkrar seçki keçirilməlidir.

Seçki nəticələrinə etiraz bildirilməsi

[mənbəni redaktə et]

Seçki nəticələrini düzgün saymayan istifadəçi onun nəticələrinin elan edilməsindən sonra üç gün ərzində apelyasiya verə bilər. Apelyasiyaya AK-nın köhnə tərkibi baxır və onun son qərarına qədər yeni üzvlərin səlahiyyəti qüvvəyə minmir. Qərar şikayət veriləndən ən çoxu iki gün ərzində baxılıb verilməlidir.

Qeyd: Apelyasiya şikayətini ancaq səsvermədə iştirak etmiş istifadəçi verə bilər.