Tamerlan Qarayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tamerlan Qarayev
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
13 dekabr 2018-ci ildən
Əvvəlkivəzifə təsis edildi
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri
15 sentyabr 2011 – 13 dekabr 2018
Əvvəlkiİbrahim Hacıyev
SonrakıCəlal Mirzəyev
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri
1 sentyabr 2004 – 15 sentyabr 2011
Əvvəlkivəzifə təsis edildi
Sonrakıİbrahim Hacıyev
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri
3 sentyabr 1993 – 7 may 2001
Əvvəlkivəzifə təsis edildi
SonrakıYaşar Əliyev
Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
18 may 1992 – 3 sentyabr 1993
ƏvvəlkiZiyad Səmədzadə
SonrakıArif Rəhimzadə
7 fevral 1991 – 18 may 1992
ƏvvəlkiAfiyəddin Cəlilov
SonrakıAfiyəddin Cəlilov
30 yanvar 1993 – 3 sentyabr 1993
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıRasim Musabəyov (s.i.e.)
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri
1 may 1990 – 1991
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıArif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1952(1952-01-30) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat
Elmi fəaliyyəti
Elm sahəsi hüquqşünaslıq

Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas[1], Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi[2]. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T. Y. Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel – 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi[3]. 1990–1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir.[4] Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir.[5] O, 1991-ci ildə Ukrayna[6], Estoniya[7], Latviya[8] və Litvanın[9] dövlət müstəqilliyinin tanınması haqqında qərarları Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adından imzalayıb.

15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi, Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[10][11] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü[12]. T. Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü. Bu dövrdə Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[13] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[14][15]

4 iyun Gəncə qiyamından sonra hakimiyyəti ələ alan Heydər Əliyev 3 sentyabr 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini Tamerlan Qarayevi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin etmişdir.[16] Bununla o, sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir. Bu hadisədən sonra de-facto partiyaya Rasim Musabəyov rəhbərlik etməyə başlamışdır.[17]

1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 dekabr 2018-ci ildə onu İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedə səfir postundan geri çağıraraq Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin etmişdir[18].

Hacı Əbdül Qatır Məmməd ləqəbli Ağdam komandiri Yaqub Rzayevin müəmmalı ölümü və ona ölümündən əvvəl dediklərini danışıb. O, "Qatır Məmməd"in dilindən eşitdiklərini, Azərbaycanın yüksəkvəzifəli məmurlarının olduğu "Mi-8" vertolyotunun vurulması əmrinin Tamerlan Qarayev tərəfindən verildiyini deyir.[19][20][21][22]

  1. (#empty_citation)
  2. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [ölü keçid]
  3. AXC Ali Məclisinin ilk sədri [ölü keçid]
  4. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  5. "Arxivlənmiş surət". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  6. "Ukraynanın dövlət müstəqilliyinin tanınması haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 6 dekabr 1991-ci il tarixli, 7 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2019-03-11 at the Wayback Machine (az.)
  7. "Estoniya Respublikasının dövlət müstəqilliyinin tanınması haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 6 dekabr 1991-ci il tarixli, 8 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2019-03-11 at the Wayback Machine (az.)
  8. "Latviya Respublikasının dövlət müstəqilliyimin tanınması haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 6 dekabr 1991-ci il tarixli, 9 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2019-03-10 at the Wayback Machine (az.)
  9. "Litva Respublikasının dövlət müstəqilliyinin tanınması haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 6 dekabr 1991-ci il tarixli, 10 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2019-03-11 at the Wayback Machine (az.)
  10. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  11. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  12. "Tamerlan Qarayevin prezidentliyə namizədliyini kim verib?". 2013-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
  13. "Arxivlənmiş surət". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  14. "Arxivlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  15. Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 346. ISBN 5-89600-253-x.
  16. "Arxivlənmiş surət". 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  17. Sitat səhvi: Yanlış <ref> teqi; :03 adlı istinad üçün mətn göstərilməyib
  18. T. E. Qarayevin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 14 dekabr 2018 tarixində mənbəyindən arxivlənmişdir. Çıxış tarixi: 14 dek 2018.
  19. Tamerlan Qarayev dedi vurun vertoloyotu
  20. "Ayaz Mütəllibovdan Hacı Əbdülün dediklərinə REAKSİYA: "Qarakənddə vertolyotu Qatır Məmmədin vurmasını iddia etmək…"". 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
  21. "Hacı Əbdüllə hadisə kimi müsahibə: "Tamerlan Qarayev Qatır Məmmədə demişdi…"". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
  22. """Qatır Məmməd"-in etirafından sonra Tamerlan Qarayev dindirilməli idi"". 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]