Lətif Qəndilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lətif Qəndilov
Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri[d]
Vəzifədədir
6 oktyabr 2021-ci ildən
ƏvvəlkiHidayət Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1957(1957-08-31) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, universitet müəllimi[d]
Atası Seyfəddin Qəndilov
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.[1]

Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir.

1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır.

1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir.

2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir[2][3]. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olmuşdur.

2010–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olmuşdur.

2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik RespublikasıMonqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.[4]

21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[5] 16 iyul 2021 tarixində bu vəzifədən geri çağrılmışdır.[6]

Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yayılmışdır.

Evlidir, 2 oğlu və 2 qızı var.

2009-cu ildə Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru,[7] həmçinin, neft-qaz sahəsində xidmətlərinə görə Qazaxıstanda ilin ən yaxşı diplomatı seçilmişdir.

2010-cu ildə Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Dostluq Ordeni" ilə təltif olunmuşdur.[8]

2016-cı ildə Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir.[9]

2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[10]

  1. "Arxivlənmiş surət". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  2. L. S. Qəndilova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilməsi haqqında Arxivləşdirilib 2020-06-25 at the Wayback Machine — e-qanun.az
  3. L. S. Qəndilovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2018-12-16 at the Wayback Machine — e-qanun.az
  4. L. S. Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine — e-qanun.az
  5. L. S. Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2020-06-24 at the Wayback Machinee-qanun.az
  6. "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  7. Послу Азербайджана в Казахстане Лятифу Гандилову присвоено звание профессора Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine (rus.)
  8. Госсекретарь вручил послу Азербайджана в РК орден "Достык" 2-ой степени Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine (rus.)
  9. Azerbaijan`s outgoing ambassador named honorary professor of Beijing Foreign Studies University Arxivləşdirilib 2017-03-14 at the Wayback MachineAzərTAc  (ing.)
  10. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Arxivləşdirilib 2020-06-25 at the Wayback Machine — e-qanun.az