Stepan Kuznetsov
Stepan Kuznetsov | |
---|---|
Doğum tarixi | 2 (14) yanvar 1879 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 aprel 1932[1][2] (53 yaşında) |
Vəfat yeri | Moskva, Sovet Sosialist Respublikaları İttifaqı |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya imperiyası |
İxtisası | aktyor |
Fəaliyyəti | Kiyevdəki Solovtsov teatrı,Moskva İncəsənət Teatrı,Malı teatrı |
Fəaliyyət illəri | 1917—1928 |
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932[1][2], Moskva[1]1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929).
Haqqında
[redaktə | mənbəni redaktə et]Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır. Aktyor 1925-ci il fevralın 4-də respublikanın əməkdar artisti adına layiq görülüb, 1925-ci il dekabrın 1-dən Malı teatrında fəaliyyətini davam etdirib.
NKVD-nin kəşfiyyat məlumatlarına görə Stepan Kuznetsov peyvənddən bir müddət sonra dünyasını dəyişib.
Aktyorun külü olan qab Moskvadakı keçmiş Donskoy krematoriyasının binasında basdırılmışdır.(Keçmiş Serafim Sarov və Anna Kaşinski kilsəsi,indi ki Donskoy qəbiristanlığı).
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Amplua- aktyorun xüsusiyyətinə görə ifadə etdiyi müəyyən rollar dairəsi. Kuznetsov heç bir teatr məktəbini keçməyən biri idi.O özü deyirdi ki, yalnız ürəyi ilə hər şeyi öyrənib. Artistin bütün nailiyyətlərinin başında teatra qarşı olan sevgisi, aktyorluqdan doymamağı və müxtəlif obrazları yaşamaq idi.
Teatrda rolları
[redaktə | mənbəni redaktə et]- Xlestakov və Gorodniçiy (Nikolay Qoqol,"Müfəttiş")
- Şvandya (K.A.Trenev,"Bahar sevgisi")
- Plyuşkin (Nikolay Qoqol, Ölmüş canlar)
- Lord Babray (B.Tomas,"Çarlinin xalası")
- 1926 -Yusov (Aleksandr Ostrovski,Qazanclı yer)
- Cənab Dulitl (B.Şou,"Piqmalion")
- Firs (Anton Çexov, Albalı bağı)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Кузнецов Степан Леонидович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France Stepan Kuznecov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.