Seyfəddin Qurbanov
Seyfəddin Qurbanov | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 2021 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Dəfn yeri |
|
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam, memar |
Təhsili | |
Mükafatları |
|
seifaddin.com.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Noraşen rayonu – 16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri
Həyatı
[redaktə | mənbəni redaktə et]Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.[2]
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir.
2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]2019-cu ildə Kiyevdə Nəsiminin heykəltaraş Seyfəddin Qurbanov tərəfindən hazırlanan heykəli ucaldılıb.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://artru.info/ar/27998/.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ "Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanov dünyasını dəyişib". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
- ↑ Real TV. "Ukraynada Nəsimi izi" (az.). Youtube.com. 25.05.2019. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 19 oktyabrda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Şərur rayonunda doğulanlar
- 16 noyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Türkiyədə vəfat edənlər
- Xarkovda ikinci şəhər qəbiristanlığında dəfn olunanlar
- Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Ukraynanın xalq rəssamları
- Ukraynanın əməkdar rəssamları
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Ukrayna heykəltaraşları
- Azərbaycanlı heykəltaraşlar
- Ukrayna memarları
- Azərbaycanlı memarlar
- Ukrayna azərbaycanlıları
- Naxçıvanda doğulanlar
- Yaşayan insanlar