Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs.
Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir. Eyni zamanda, bir şərt var ki, onlar ictimai hüquqlardan məhrum edilməməli və dövlətin təhlükəsizliyinə qarşı cinayət törətməməlidirlər.[1]
XIX əsrdə sənaye inqilabı ərəfəsində memarlıq artıq ali məktəblərdə bir ixtisas kimi öyrədilməyə başlayır. Tikinti texnologiyasında böyük irəliləyişlər baş verir. Memarlıq məktəbləri təsis edilir. Texniki tərəqqi dövründə memarlıq sənətinin tikinti mühəndisliyindən ayrılması prosesi başlayır. Memarlar əsasən tikililərin xarici görünüşü ilə, digərləri isə tikinti işlərinin texnologiyası üzrə ixtisaslaşırlar. XX əsrdə tikililərin konstruksiyalarının mürəkkəbləşməsi sayəsində bu istiqamətdə daha da şaxələnmə baş verir. Getdikcə şəhər, kənd, daxili, tikinti fizikası, hündür binaların tikintisi və s. kimi yeni sahələr meydana gəlir. Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX–X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X–XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Mimar ne demek". www.kariyer.net. Archived from the original on 15 May 2023.
- ↑ "Orta əsrlərdə memarlığın inkişafı". azerbaijan.az. Archived from the original on 26 March 2023.