Robert Muqabe
Robert Muqabe | |
---|---|
şo. Robert Gabriel Mugabe ing. Robert Gabriel Mugabe | |
| |
Afrika Birliyi Təşkilatının sədri[d] | |
2 iyun 1997 – 8 iyun 1998 | |
Əvvəlki | Pol Biya |
Sonrakı | Blayis Kompaore |
Qoşulmama Hərəkatının Baş katibi[d] | |
6 sentyabr 1986 – 7 sentyabr 1989 | |
Əvvəlki | Zail Sinqh[d] |
Şəxsi məlumatlar | |
Doğum adı | Robert Gabriel Mugabe |
Doğum tarixi | |
Doğum yeri | Kutama, Cənubi Rodeziya |
Vəfat tarixi | 6 sentyabr 2019[1][2][…] (95 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri |
|
Partiya | ZANU partiyasının sədri |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşaqları | 4 (Bona Muqabe daxil olmaqla) |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[4][2][…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[1][2][…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[4][2][…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[1][2][…]), diktator.
Həyatı
[redaktə | mənbəni redaktə et]21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi[5].
Təhsili
[redaktə | mənbəni redaktə et]Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir[5].
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur[5].
Həbsi
[redaktə | mənbəni redaktə et]Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar. Ancaq bütün bunlar Muqabeni sındırmaq əvəzinə daha da möhkəmləndirir[5].
Onu bu dövrdə qapalı və işgəncəli həyatdan çıxaran ümidi və elmə həvəsi olur. Tezliklə həbsxana yoldaşları üçün dərslər təşkil edib. Savadsız məhbuslara yazmaq-oxumaq, hesab, hətta ingilis dilini öyrədir. Bununla da o öz öyrəndiklərini, ən əsası ingilis dilini yaddan çıxartmağa imkan verməyib. Həbsxanada ola-ola London Universitetinə imtahan verir və daxil olur. Həbs müddəti bitənə qədər isə daha 4 diploma yiyələnir: biri magistr olmaqla iki hüquq, iqtisadiyyat və idarəetmə[5].
Həbsxanadan sonra
[redaktə | mənbəni redaktə et]Həbsxanadan çıxan kimi yenidən azadlıq uğrunda mübarizəyə qalxır, kəndli inqilabına hazırlaşıb. Muqabe strategiya planları hazırlayır, dəstələrin sərhədi aşıb Cənubi Rodeziyaya keçməsinə nəzarət edirdi; özü sərkərdə olmadığı üçün bütün hərbi məsələləri silahdaşları həll edirdi[5].
Onun üzv olduğu partizan dəstələri qarşısına çıxan bütün ağ adamları əsgər və ya dinc sakin olmasına baxmadan öldürürdülər. Xüsusilə də fermerləri öldürüb onların təsərrüfatını ələ keçirir, işçiləri isə öz sıralarına qatırdılar. Muqabe bu adamlara azadlıq əldə etdikdən sonra torpaq vəd edirdi. Ondan narazı qalanlar isə tezliklə boğazı kəsilmiş halda tapılırdı. Həbsxana həyatı Roberti daşlaşdırmışdı. Tezliklə, yüksək savadlı, aqressiv, mübariz Muqabenin adı sərhədləri aşır: ABŞ və Briyaniyada hamı ondan danışırdı. Artıq Cənubi Rodeziyada ağların hakimiyyəti dözmədi və qanlı döyüşlərdən sonra ağlar sülh razılığına gəlib ölkəni qaraların əlinə verdilər. Hakimiyyətə namizəd 2 ad vardı: Robert Muqabe və Coşua Nkomo. Seçkilərdə Muqabe rəqibini qabaqladı, buna səbəb onun ölkədə sayca çoxluq təşkil edən Şon xalqına mənsub olmasıydı[5].
Prezidentlik dövrü
[redaktə | mənbəni redaktə et]27 dekabr 1987-ci ildə prezident seçiləndən sonra radio ilə ilk çıxışında çamodanını yığmış ağlara belə müraciət etmişdi:
"Dünən düşmən idik, bu gün birləşib dost olmalıyıq. Ağlar bizi sıxırdı, amma biz bunun qisasını almayacağıq. Mən gələcək naminə birləşməyə və güzəştə getməyə sizi dəvət edirəm".[5]
Əslində bu, ağların ölkədən çıxmaması üçün bir tələ idi. İlk başlarda dediyinə əməl etdi. Çünki qaralar idarəçiliyi, təsərrüfatı bilmirdilər. Yeni qurulmuş Zimbabve dövlətini gücləndirmək lazım idi. Odur ki, ağ fermerlərə torpaqları geri verildi. Qərb də işi belə görüb Zimbabveyə yardımlar edirdi. Bu yardımların sayəsində Muqabe ölkədə yollar çəkdirdi, təhsil və səhiyyə sahələrini formalaşdırdı[5].
Ağların ölkədə rahat nəfəs alması qaraları Muqabeyə qarşı hiddətləndirirdi, amma qarşı çıxanların aqibəti heç də yaxşı olmadı. Coşua çevrilişdə ittiham edilərək ölkədən qovuldu. Digərləri isə yavaş-yavaş aradan götürüldü. Coşuanın aid olduğu Matabel xalqı blokadaya alınaraq aclığa məhkum edildi. Aralarında baş qaldıranları islah düşərgəsinə göndərərək işgəncələrə məruz qoyurdular, amma Muqabe bununla xalqın iradəsini qıra bilməyəcəyini görüb sülhə getməyə məcbur oldu, Coşuanı geri qaytardı. Onun müttəfiqlərini də həbsdən buraxdırdı; bir şərtlə ki, daha heç birisi Muqabeyə qarşı çıxmayacaqdı. Bu adamlar Muqabedən yaxşı vəzifə aldıqdan sonra ölkədə müxalifət qalmadı, tezliklə təkpartiyalı sistem yaradıldı. Müxalifət məsələsini həll etdikdən sonra Muqabe irqi məsələlərə keçdi. Bunda onu məcbur edən qüvvələr də vardı — əvvəlki qara döyüşçülər verilən vədləri istəyirdilər. Ağları qovub onların torpaqlarına yiyələnməyə niyyətlənmişdilər. Qısa müddətdə ağ fermerlərin yarıdan çoxu ölkədən qovularaq böyük təsərrüfatları qaraların ixtiyarına buraxdılar. Yerdə qalanlar da "xalq düşməni" elan olunub həbsə atıldı, amma idarəçilikdən, təsərrüfatdan anlamayan keçmiş qulların sayəsində ölkə tezliklə başıpozuq, korrupsiyanın hökm sürdüyü bir yerə çevrildi. Muqabenin yaxınları, qohumları böyük varidata sahib olduqları halda əhalinin 85%-i isə ildə cəmi 300 dollara dolanmalı olurdu[5].
Avropa İttifaqı Muqabenin heç də refarmator olmadığını görüb ölkəyə sanksiyalar tətbiq etməyə başladı. Bundan sonra ölkə tamamilə çökdü. Hiperinflyasiya baş verdi, yəni qiymətlər günbəgün qalxırdı, mağazalar boşalmışdı. Xəstəxanalar fəaliyyətini dayandırmalı oldu, çünki dərman tapılmırdı. Fermerlər bir vaxtlar ağlardan mübarizə ilə əldə etdikləri torpaqları qoyub tərk etdilər. Keçmiş qullar və partizanlar idarəçilikdən və təsərrüfat işlərindən anlamırdılar, çünki onlar buyruq verməyə deyil, icra etməyə öyrəşmişdilər. Qısacası aydın oldu ki, Zimbabve Britaniyanın nəzdində Cənubi Rodeziya olarkən daha yaxşı həyat tərzinə malik idi[5].
Hakimiyyətinin son illərində Prostat xərçəngindən əziyyət çəkən Robert Muqabe mütəmadi olaraq xaricdə müalicədə olmasına baxmayaraq, hələ də hakimiyyəti əldən vermək istəmirdi.[5].
Ailəsi
[redaktə | mənbəni redaktə et]1996-cı ildən evli olduğu arvadı Qreys Muqabe onun əsas varislərindən biri hesab olunurdu.[6].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Zimbabwe ex-President Robert Mugabe dies aged 95. BBC.
- ↑ 1 2 3 4 5 Robert Gabriel Mugabe // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Şəfiqə Şəfa. Afrikanın ürəyindən axan QARA qanlar – Ağların qənimi qara diktator Arxivləşdirilib 2021-04-12 at the Wayback Machine. publika.az, 09.06.2017 (az.)
- ↑ Verkaik, Robert. "The love that made Robert Mugabe a monster". The Independent. London. 6 April 2008. 9 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2008.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 100 il və daha artıq yaşayanlar
- 21 fevralda doğulanlar
- 1924-cü ildə doğulanlar
- 6 sentyabrda vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- 95 yaşında vəfat edənlər
- Zimbabvedə dəfn olunanlar
- Oksford Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Zimbabvedə doğulanlar
- Zimbabve prezidentləri
- Zimbabve uzunömürlüləri