Polşanın işğalı (1939–1945)
Polşanın işğalı İkinci dünya müharibəsi dövründə (1939-1945) nasist Almaniyası və Sovet İttifaqı tərəfindən 1939-cu ilin sentyabrında Polşaya alman-sovet hücumu ilə başlamış və 1945-ci ilin mayında Almaniyanın müttəfiqlərə məğlub olması ilə rəsmən başa çatmışdır. İşğal dövründə Polşa mədəniyyətini məhv etmək, Polşa xalqını işğalçı alman və sovet qüvvələrinə tabe etmək üçün Polşa ərazisi nasist Almaniyası və Sovet İttifaqı (SSRİ) arasında bölündü[1].1939-cu ildə sovetlər tərəfindən işğal edilmiş Polşa torpaqları 1941-ci ilin yay-payız mövsümündə Almaniyanın SSRİ-yə müvəffəqiyyətli hücumu zamanı faşist Almaniyası tərəfindən ələ keçirildi. Bir neçə ilik mübarizədən sonra Qızıl Ordu alman işğalçılarını dayandıra və nasist ordusunu SSRİ-dən, Polşadan və Mərkəzi və Şərqi Avropanın yerdə qalan hissəsində qova bildi.
Hər iki işğalçı tərəf Polşanın suverinliyinin, Polşa mədəniyyətinin, polyak xalqının mövcudluğu üçün eyni düşmən idi, bunları məhv etməyə çalışmışdı[2]. Barbarossdan əvvəl nasist Almaniyası ilə Sovet İttifaqı öz aralarında Polşaya qarşı siyasi münasibətlərini müəyyənləşdirmişdilər. Daha çox diqqəti cəlb edən isə dörd Gestapo-NKVD konfransı idi. Hansı ki işğalçılar Polşa müqavimət hərakatı ilə necə mübarizə edilməsi və gələcəkdə Polşanın necə məhv edilməsi planlarını müzakirə etmişlər[3].
Demək olar ki 6 milyon nəfər vətəndaş – Polşa əhalisinin 21,4 %-i, 1939-1945-ci illər arasında – Polşanın işğalı nəticəsəndə, həlak olmuşdur[4][5][6]. Həlak olanların yarısını Polşa yəhudiləri təşkil edirdi. Həlak olanların 90 %-dən şoxu qeyri-hərbi itki idi. Belə ki Polşa vətəndaşlarının çox hissəsi almanlar və sovetlər tərəfindən müxtəlif qəsdlərə məruz qalmışdır. Ümumiyyətlə, Polşanın müharibəyə qədərki ərazisinin alman işğalı dövründə – 1939-1945-ci illərdə, almanlar 5 470 000 – 5 670 000 nəfər polşalını, o cümlədən 3 000 000 nəfər yəhudini öldürmüşlər[5][6].
İdarə edilməsi
[redaktə | mənbəni redaktə et]1939-cu ilin Sentyabr ayında Polşa, Almaniya və SSRİ tərəfindən işğal edildi. Almaniya və SSRİ Molotov-Ribbentrop Paktını imzaladı[7]. Almaniya, köhnə Polşa torpaqlarının 48,4%-ə sahib oldu[8]. Hitlerin iki fərmanına uyğun olaraq, Stalinin müqaviləsi (1939-cu il, 8 və 12 oktyabr) ilə, qərbi Polşanın geniş sahələri Almaniya tərəfindən ilhaq edildi[9]. Bu ihlaq olunan sahələrin böyüklüyü təxminən 92.500 km2 və təxminən 10.5 milyon əhaliyə sahib idi[8]. Geriyə qalan ərazi, eyni böyüklükdə və təxminən 11.5 milyon əhaliyə sahib idi və alman idarəsinə qoyuldu və paytaxtı Krakovda olan Ümumi Hökumət (Alman: Generalgouvernement für die besetzten polnischen Gebiete) adlandırıldı[8]. Alman vəkil Hans Frank, 1939-cu ilin oktyabr ayının 12-də, bu işğal altındakı bölgənin general-qubernatoru oldu[10][11][12]. Yerli səviyyə xaricindəki idarələrin böyük bir əksəriyyətinin yerinə alman səlahiyyətliləri gətirildi[10][11]. İşğal altındakı torpaqlardakı alman olmayan əhalinin, zorla yenidən məskunlaşması, almanlaşmaya, iqtisadi istismardan və yavaş lakin irəliləyən məhv olunması başladı.[11][13][14]
1938-ci ildən əvvəl, Çexoslovakiyanın bir parçası olan, 2 milyondan çox əhaliyə sahib olan, sahəsi təxminən 700 km2 olan, kiçik bir torpaq zolağı, Almaniya tərəfindən, müttəfiqi Slovakiyaya geri verildi.[15]
Üçüncü Reyxin Polyak vətəndaşlarına rəftarı
[redaktə | mənbəni redaktə et]1939-cu ildə, İkinci Dünya Müharibəsinin başlamasından əvvəlki aylar ərzində, Alman qəzetləri və liderləri, Polşa mövqelərini, Polşada yaşayan etnik almanların şiddət yolu ilə etnik təmizliyinə görə günahlandırdılar[16]. Britaniya səfiri Ser H.Kennard, 1939-cu ilin avqust ayında Viskount Halifaksa Hitlerin Polşada Almanların alacağı rəftar iddiaları ilə bağlı dörd rəy bildirdi. Hitler və faşistlər tərəfindən deyilən bütün iddiaların mübaliğə və ya yanlış iddialar olduğu nəticəsinə çatdı.[17]
Alman xalqının siyahısı
[redaktə | mənbəni redaktə et]Alman Xalqının Siyahısı (Alman: Deutsche Volksliste) həvəsli Polşa vətəndaşlarını, etnik alman irsinə sahib dörd qrupa ayırmışdı.[18]
- 1. Qrup, Polşanın Almanlaşması üçün mübarizədə aktiv rol oynamış olan etnik almanları əhatə edirdi.
- 2. Qrup, elə də aktiv bir rol oynamayan, ancaq Alman xüsusiyyətlərini "qoruyan" etnik almanları əhatə edirdi.
- 3. Qrup, "Polyaklaşdırılmış", ancaq alman olduğuna inandığını iddia etdiyi, Almaniyaya geri qayıda bilənləri əhatə edirdi. Bu qrup eyni zamanda, alman olmayan ama almanla evlənənləri və ya siyasi münasibətləri və irqi xüsusiyyətlərinə görə arzulanan, polyak olmayan qrup üzvlərini əhatə edirdi.
- 4. Qrup, Polyaklarla siyasi olaraq, polyaklarla birləşmiş alman qanlı insanları əhatə edirdi.
Etnik Müharibənin təşviq edilməsi
[redaktə | mənbəni redaktə et]Müharibədən əvvəlki, 35 milyon əhalinin, 1931 Polşa əhali sayımına görə, ölkənin 66%-i ana dili olaraq Polyak dilini danışırdı və Polyak dilini, ana dilləri olan insanların çoxu Roma-Katoliki idi. Geri qalanı isə, 15% Ukraynalı, 8.5% Yəhudi, 4.7% Belarus və 2.2% Almanlar idi[10][19]. Almanlar, İkinci Polşa Respublikasının etnik baxımdan müxtəlif bir bölgə olduğunu dedilər. Almanların "böl və işğal et" siyasəti, birləşmiş müqavimətin meydana gəlməsini qarşısını almaq üçün, işğal altındakı Polşa torpaqlarının etnik müxtəlifliyə sahib bölgələrinə məqsəd qoydu[10]. Polşa dövlətini bölmək üçün edilən cəhdlərdən biri "Goralenvolk" adı verilən yeni bir etnik qrup yaratmaq idi[10]. Kaşubilər kimi bəzi azlıqlar, Vermaxtdakı itkiləri kompensasiya etmək üçün bir tədbir olaraq Deutsche Volksliste-yə (azərb. Alman Xalqının Siyahısı) zorla alındı (Polyakların əksinə, Deutsche Volksliste üzvləri hərbi çağırış üçün uyğun idilər.)[10]
1940-ci ilin may ayının 25-i tarixli "Şərqdə Xaricilərə İrqlər Üçün Müalicə" adlı çox gizli bir razılaşma təliqəsində, SS başçısı Henrix Himmler bunları yazdı: "Şərqin fərqli etnik qruplarını, ola bildiyincə çox parçaya və separatçı qruplara bölməliyik."[20]
İcbari əmək
[redaktə | mənbəni redaktə et]İşğaldan dərhal sonra almanlar, zorla işçiləri əsgərə almağa başladılar. Yəhudilər müharibə ziyanını, oktyabr ayında təmir etmək üçün göndərildilər, 12 yaş və üstü qadınlar və uşaqlar işləmək məcburiyyətində idilər, növbə yarım gün davam edə bilər və az bir kompensasiya ilə[21]. İşçilər, yəhudilər, polyaklar və digərləri, SS-ə aid şirkətlərdə (Alman silahlandırma Tədqiqatları, Deutsche Ausrustungswerke və DAW kimi), eyni zamanda Messerschmitt, Junkers, Siemens və IG Farben kimi bir çox xüsusi alman şirkətlərində işləyirdilər.[21][22]
-
Polyak-məcburi-işçi nişanı
SSRİ-nin polyak vətəndaşları ilə rəftarı
[redaktə | mənbəni redaktə et]Ərazi islahatı və kollektivləşmə
[redaktə | mənbəni redaktə et]Sovet dəstəyi, SSRİ tərəfindən başladılan və geniş ərazilərin sahiblərinin çoxunun "QULAQ"-lar olaraq etiketləndiyi və daha sonra yoxsul kəndlilərə bölünmüş olan ərazilərin əlindən alındığı bir torpaq islahatı proqramı ilə gücləndi.
Etnik gərginliyin istismarı
[redaktə | mənbəni redaktə et]Buna əlavə olaraq SSRİ, Polyaklara qarşı şiddəti təşviq edərək və polyaklar ilə digər etnik qruplar arasındakı keçmiş etnik gərginliyi istismar edərək azlıqları "Polşa hökumətinin iyirmi ili ərzində etdiyi səhvləri aradan qaldırmağa" çağırdı[23]. Müharibə əvvəli Polşa, əməkçi və etnik azlıqların istismarına söykənən bir kapitalist dövlət olaraq təsvir edildi. Sovet təbliğatı, İkinci Polşa Respublikası tərəfindən polyak olmayanların haqsız rəftarını parçalanmasının bir səbəbi olduğunu iddia etdi. Sovet səlahiyyətliləri, mafiya üzvlərini, cinayətləri və soyğunları yerinə yetirməsi üçün təşviq etdi[24]. Sovet ilhamlı terror kampaniyasının ölüm sayısı bilinmir.
Sovet nəzarətinin bərpası
[redaktə | mənbəni redaktə et]Üçüncü Reyx qüvvələri 1945-ci ildə Polşadan qovulduğu zaman Polşanın rəsmi suverenliyi haradasa dərhal bərpa edildisə də, əslində ölkə, 1956-ci ilə qədər Sovet Ordusu Şimali Qüvvələri Qrupu tərəfindən işğal edildiyi üçün Sovet nəzarətində qaldı. Bu günə qədər, 1939-cu 1989-cu illər arasında olanlar, Polşa-Rusiya siyasi əlaqələrində maneə törədir.
İtkilər
[redaktə | mənbəni redaktə et]1939-cu və 1945-ci illər arasında, İkinci Polşa Respublikasının əhalisinin təxminən 6 milyon vətəndaşı (təxminən 21,4%-i),[25] işğal nəticəsində, yarısı Polşa yəhudiləri olan insan öldü. Ölüm sayısının 90%-dən çoxu mülki itkilərlə nəticələndi, çünki vətəndaşların çoxu Almanlar və Sovet ittifaqı tərəfindən qəsdən edilən müxtəlif hərəkətlərə görə öldü.[25]
Həm Almaniya, həm də SSRİ, yalnız Polşa torpaqlarını qazanmaq deyil, polyak mədəniyyətini və dilini, məhv etmək istəyirdilər.[2]
Müharibə məhbuslarının ölüm sayısı təxminən 250 min idi. Almaniyada 120 min SSRİ-də isə 130 min idi.[26]
Qaraçı xalqının soyqırımından zərər çəkənlərin sayı (Poraxmos) 35 min nəfər idi[27]. Yəhudi Holokostunun qurbanlarının sayı 3 milyon idi.[28]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Vermaxtın Polşaya hücumu (1939)
- İkinci Dünya Müharibəsi
- Albaniyada holokost
- Holokst
- Azərbaycan İkinci dünya müharibəsində
- Böyük Vətən müharibəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Polşanın Xarici İşlər Nazirliyi (2014). Polşanın Almanlar Tərəfindən İşğalı. Vaşinqton: Dale Street Books. pp. 10–28. ISBN 9781941656105.
- ↑ 1 2 Judit Olsak-Qlass (Yanvar 1999). "Review of Piotrowski's Poland's Holocaust" Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine. Sarmatian Review.
Hitler, gettolar, həbsə girmə, tranzit, əmək və məhv düşərgələri, toplanması, kütləvi deportasiya etmə, xalqın edamı, ölüm cəzası, ölüm gedişi, məhrumluq, aclıq, xəstəlik və məruz qalma, həm 'Hitler və Stalinin insanlıq xarici siyasətinə' şahidlik edir Və 'həm Yəhudiləri, həm də Xristianları Polşa vətəndaşlarının tamamilə məhv edilməsini açıqca məqsəd qoydu. Hər iki rejim də sistematik bir soyqırım proqramı təsdiqlədi.
- ↑ "Səhv zehinləri bu toplantısının bir nəticəsi olaraq milyonlarla günahsız Musəvi, Slavyan və digər Avropa insanlarının uğradığı terminal qorxu, Qərb sivilizasiyasının tarixi və bütövlüyü üzərində insani mülahizə ilə birlikdə silinməz bir ləkə təşkil edir" (Note: "bu görüşmə" ən məşhur üçüncüyə aiddir (Zakopane) konferans). Kovqvest, Robert (1991). "Stalin: Dövlətlərin Qırıcısı". Nyu York, : Vikinq. ISBN 0-670-84089-0
- ↑ Tadeusz Piotrowski. Poland's Holocaust: Ethnic Strife, Collaboration with Occupying Forces and Genocide... McFarland & Company. 1997. səh. 295. ISBN 0-7864-0371-3. See also review Arxivləşdirilib 2016-06-29 at the Wayback Machine
- ↑ 1 2 AFP/Expatica, Polish experts lower nation's WWII death toll Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine, expatica.com, 30 August 2009
- ↑ 1 2 Polska 1939–1945. Straty osobowe i ofiary represji pod dwiema okupacjami, ed. Tomasz Szarota and Wojciech Materski, Warszawa, IPN 2009, ISBN 978-83-7629-067-6 (Introduction reproduced here Arxivləşdirilib 2012-03-23 at the Wayback Machine)
- ↑ Kirsten Sellars (2013-cu ilin Fevral ayının 28-i). 'Crimes Against Peace' and International Law Arxivləşdirilib 2021-04-27 at the Wayback Machine. Cambridge University Press. p. 145. ISBN 978-1-107-02884-5.
- ↑ 1 2 3 Piyotr Eberhardt, http://rcin.org.pl/Content/15652/WA51_13607_r2011-nr12_Monografie.pdf Political Migrations on Polish Territories (1939–1950) Arxivləşdirilib 2014-05-20 at the Wayback Machine, Polşa Elmlər Akademiyası Stanisław Leszczycki Coğrafiya və Məkan Təşkilat İnstitutu monoqrafik, 12. 25-ci səhifə
- ↑ Piyotr Eberhardt, http://rcin.org.pl/Content/15652/WA51_13607_r2011-nr12_Monografie.pdf Political Migrations on Polish Territories (1939–1950) Arxivləşdirilib 2014-05-20 at the Wayback Machine, Polşa Elmlər Akademiyası Stanisław Leszczycki Coğrafiya və Məkan Təşkilat İnstitutu monoqrafik, 12. 27-ci 29-cu səhifələr
- ↑ 1 2 3 4 5 6 "Poles: Victims of the Nazi Era". ABŞ Holokast Xatirə Müzeyi. the originaldan 2010-cu ilin Mart ayının 27-də arxivləndi. 2015-ci ilin İyul ayının 1-də alındı.
- ↑ 1 2 3 R. F. Lezli (1980). The History of Poland Since 1863 Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine. Cambridge University Press. p. 216. ISBN 978-0-521-27501-9.
- ↑ "Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması — Balamirzə Məmmədli". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
- ↑ Roy A. Prete; A. Hamiş Ion (1984). Armies of Occupation Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine. Wilfrid Lauriyer Universiteti Pressi. pp. 135–138. ISBN 978-0-88920-156-9.
- ↑ Cerzi Yan Lerski (1996). Historical Dictionary of Poland, 966–1945 Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine. Greenwood Publishing Group. p. 158. ISBN 978-0-313-26007-0.
- ↑ Mikuláš Teyix; Dušan Kováč; Martin D. Broun (2011-ci ilin Fevral ayının 3-ü). Slovakia in History Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine. Cambridge University Press. p. 195. ISBN 978-1-139-49494-6.
- ↑ "German newspaper editor outlining the claims of Polish atrocities against minorities" Arxivləşdirilib 2003-05-08 at the Wayback Machine. Nizkor.org. 2013-cü ilin Fevral ayının 9-da alındı.
- ↑ "Arxivlənmiş surət". 2011-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ "Nazi Conspiracy & Aggression Volume I Chapter XIII Germanization & Spoliation". 2003-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ "Poles: Victims of the Nazi Era". ABŞ Holokost Xatirə Müzeyi. 2010-cu ilin Mart ayının 27-də the originaldan arxivləndi. 2015-ci ilin İyul ayının 1-də alındı.
- ↑ See: Helmut Heiber, "Denkschrift Himmler Uber die Behandlung der Fremdvolkischen im Osten", Vierteljahrshefte für Zeitgeschichte 1957, No. 2. (In)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ Bencamin B. Ferenç (2002). Less Than Slaves: Jewish Forced Labor and the Quest for Compensation Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine. Indiana University Press. pp. 24–25. ISBN 0-253-21530-7.
- ↑ Jan Tomasz Gross, Revolution from Abroad: The Soviet Conquest of Poland's Western Ukraine and Western Belorussia, Princeton University Press, 2002, ISBN 0-691-09603-1, p. 35 Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine
- ↑ Gross, op.cit., 36-cı səhifə Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine
- ↑ 1 2 Cessika Ceygr, Review of Piotrowski's Poland's Holocaust Arxivləşdirilib 2016-06-29 at the Wayback Machine, UC Santa Barbara
- ↑ Vadim Erlikman (2004). Poteri narodonaseleniia v XX veke : spravochnik. Moskva. ISBN 5-93165-107-1
- ↑ Donald Kendrik, The Destiny of Europe's Gypsies. Basic Books 1972 ISBN 0-465-01611-1
- ↑ Martin Qilbert. Holokostun Atlası 1988 ISBN 0-688-12364-3