Olaf Palme

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Olaf Palme
isv. Olof Palme
İsveçin 33-cü Baş naziri
14 oktyabr 1969-cu il – 8 oktyabr 1976-cı il
MonarxVI Qustav Adolf (15 sentyabr 1973-cü ilə qədər)
XVI Karl Qustav
( 15 sentyabr 1973-cü ildən)
ƏvvəlkiErlander, Taqe Fritof
SonrakıFeldin, Turbyorn
İsveçin 37-ci Baş naziri
8 oktyabr 1982-ci il – 28 fevral 1986-cı il
MonarxXVI Karl Qustav
ƏvvəlkiFeldin, Turbyorn
Sonrakıİnqvar Karlson
Şəxsi məlumatlar
Doğum adı Sven Olof Joachim Palme
Doğum tarixi 30 yanvar 1927(1927-01-30)[1][2][…]
Vəfat tarixi 28 fevral 1986(1986-02-28)[1][2][…] (59 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Adolf Fredrik kilsə qəbiristanlığı[d][3]
Milliyyəti isveç
Partiya İsveç Sosial-Demokrat Fəhlə Partiyası
Təhsili Stokholm Universiteti
Kenon Kolleci
Fəaliyyəti siyasətçi
Atası Hunnar Plame
Həyat yoldaşları Lisbet Palme
Yelena Rennerova
Uşaqları Hoakin Palme
Marten Palme
Dini Ateist

İmzanın şəkli
palmecenter.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar 1927[1][2][…]28 fevral 1986[1][2][…]) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabrdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-cı il 28 fevrala qədər).

Sosial və Siyasi Bioqrafiya

[redaktə | vikimətni redaktə et]
Olaf Palme(1968-ci il)

Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963–1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969). 1969-cu ildə SDLPS sədri seçilmişdir. 1969–1976 və 1982–1986-cı illərdə Baş nazir (fasilələrlə hökuməti mərkəz sağ liderlər idarə edir: 1976–1978 və 1979–1982-ci illərdə Turbörn Feldin və 1978–1979-cu illərdə Olof Ulsten). 1976–1986-cı illərdə sədr müavini olduğu Sosialist İnternasionalının görkəmlli siması kimi tanınır. Sosialist İnternationalda Palma Cənubi Afrika Komitəsinə (1975–1982) rəhbərlik edirdi. 1980-ci ildə o, müstəqil tərksilah və təhlükəsizlik komissiyasını (Palme Komissiyası) təsis etmişdir. "Delhi Altılığının" üzvlərindən biri olmuşdur.

Palme beynəlxalq aləmdə bir neçə səbəbə görə məşhur idi:

Olof Palme 1986-cı il fevralın 28-də Stokholmun mərkəzi küçəsi olan Sveaveqendə qətlə yetirilmişdir. Həmin gün o, həyat yoldaşı Lisbet ilə birlikdə gecə yarısı Sveaveqen küçəsində yerləşən "Grand" kinoteatrından evə qayıdırdı. Palme şəhəri tək gəzməyi xoşladığı üçün onlar cangüdənsiz idi. Cütlük Tunnelqatan küçəsi ilə kəsişməyə yaxınlaşdıqda, cütlüyə bir nəfər yaxınlaşır və qəflətən Smith-Wesson markalı tapançadan iki dəfə atəş açır. Bu qətlin üstü hələ də açılmamışdır və müasir İsveç tarixinin ən müəmmalı sirrlərindən biri olaraq qalır. Qətldə əsas şübhəli Christer Pettersson (1947–2004) sayıldı. O, 1989-cu ildə ömürlük həbs cəzasına məhkum edilsədə, lakin sonradan dəlil yetərsizliyi səbəbindən sərbəst buraxıldı. Pettersson dəfələrlə cinayyəti törətdiyini həm təsdiq, həm də təkzib etsə də, onun qətli törətməsini sübut etmək mümkün olmadı.

2020-ci ilin iyun ayında İsveç prokurorluğu Ulof Palmenin qatilinin adını açıqlayıb. Qətldə şübhəli bilinən Stiq Enqstrom adlı şəxs 2000-ci ildə intihar edib. Prokurorluq onun Baş naziri sol görüşlərinə görə öldürdüyünü güman edir. Şübhəliyə qarşı ittiham irəli sürməyin mümkünsüzlüyü səbəbindən cinayət işi bağlanıb. Qətlin baş verdiyi gün həmin ərazidə yerləşən ofisdə ləngiyən "Skandia" sığorta şirkətinin əməkdaşı Stiq Enqstrom o vaxtlar cinayət işinə şahid kimi cəlb edilmişdi.[4]

Maraqlı faktlar

[redaktə | vikimətni redaktə et]
  • Olaf Palme SSRİ-yə nəzərdə tutulan rəsmi səfərindən 3 gün əvvəl qətlə yetirilmişdir.
  • Palme İsveç silah və hərbi texnikasının , xüsusən də Nobel Industrier, FFV, Bofors, Ericsson və digər bu kimi iri hərbi-sənaye şirkətlərinin məhsullarının xaricə satılmasının əleyhinə idi[5]
  • Rajani Palme Dat — Olaf Palmenin əmisi[6].
  • Olof Palme Stiq Larssonun "Əjdaha döyməli qız" əsərində, Anders de la Mottanın trilogiyasında, həmçinin Y. Nesbenin "Qırmızıboyun" kitabında xatırlanır.
Olaf Palmenin Stokholmda Adolf Frederik məzarlığındakı abidəsi
Sui-qəsd məkanında qoyulmuş xatirə lövhəsi
Sui-qəsd məkanında qoyulmuş xatirə lövhəsi
  • Moskvanın Qərb inzibati rayonunda Olof Palme küçəsi var. Eyniadlı küçə ilə kəsişmədə İsveç səfirliyi yerləşir.
  • 1987-ci ildə SSRİ-də Mərkəzi Televiziyada "Olof Palme nəyə görə qətlə yetirildi?" adlı televiziya film-tamaşası səhnələşdirilmişdir (rejissor Marqarita Tyupkina, ssenari müəllifləri Georgi Zubkov və Andrey Krasilnikov, həmçinin Vyaçeslav Tixonovun, Oleq Yefremov, Evgeniya Uralova, Vladimir Portnov, İon Unguryanunun iştirakı ilə.
  • 1987-ci ildə insan haqları müdafiəsi uğrunda fəaliyyətə görə Olof Palme mükafatı təsis edilmişdir.
  • Olof Palme "İsveç Modeli" kitabının müəllifidi.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 S Olof J Palme (швед.). 1917.
  3. Gravsten #3752 Sven Olof Joachim Palme. Sveriges släktforskarförbund.
  4. "İsveçdə Baş nazir Ulof Palmenin qatilinin adı açıqlandı". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
  5. Honegger, Barbara. October Surprise. — N. Y.: Tudor Publishing Company, 1989. — P. 216–217, 240–323 p. — ISBN 0-944276-46-6.
  6. Henrik Berggren, Underbara dagar framför oss. En biografi över Olof Palme, Stockholm: Norstedts, 2010; p. 659 org/wiki/Rajani_Palme_Dutt#cite_note-0].

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]