General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi[1][2][3]) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar.
Ümumi olaraq general rütbələri bunlardır:
- Briqada generalı: Briqada komandiri
- General-mayor: Diviziya komandiri
- General-leytenant: Korpus komandiri
- Dörd ulduzlu general: Ordu komandiri
Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir. Məsələn, Baş Qərargahın Rabitə İdarəsi Qərargahının rəhbəri kimi fəaliyyət göstərən bir general-mayora tabe olan diviziya yoxdur
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=142936&pno=47 Arxivləşdirilib 2023-05-31 at the Wayback Machine Sultan Məcid Qənizadə, Lüğət rusi və türki, Bakı, 1922-ci il
- ↑ https://vk.com/doc18066328_462261043 Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Sultan Məcid Qənizadə, Lüğət rusi və türki, Bakı, 1909-cu il (s.78)
- ↑ https://vk.com/doc18066328_459852371 Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Abbasqulu Xan Sərtib, Lüğət rusi və farsi və türki, Tehran, 1908-ci il (s.17)