Neoliberalizm
Liberalizm | |
İdeyalar | |
Azadlıq | |
Kapitalizm • Bazar iqtisadiyyatı | |
İnsan hüquqları | |
Hüquqi dövlət | |
İctimai müqavilə | |
Bərabərlik • Millət | |
Plüralizm • Demokratiya | |
İdeyadaxili hərəkatlar | |
Libertarianlıq | |
Neoliberalizm | |
Sosial-liberalizm | |
Neoliberalizm — siyasi iqtisad və fəlsəfə elmlərinin birgə yeni istiqaməti. 1930-cü illərdə Birləşmiş Ştatlar böyük depressiya adlandırılan çox ciddi bir böhran keçirdi. Çox insanlar bu depressiyanı istehlak problemi kimi, pulla əsaslandırılmış tələb çatışmazlığı problemi kimi başa düşürdülər. Əmtəə istehsal etmək imkanı mövcud idi, lakin bu əmtəələri satın almaq imkanı yox idi. 30-cu illərin əvvəlində Ruzvelt prezident seçiləndə dövlət hakimiyyətindən, iqtisadiyyatı dirçəltmək üçün istifadə etməyə çalışırdı. Bu işə yaramadı: depressiya davam edirdi, lakin müvvəqqəti olaraq o, İkinci Dünya müharibəsi ilə dəf olunmuşdu. İkinci dünya müharibəsi dərhal bazar, hərbi istehsal yaratdı. Bu, artıq əmək problemini də dərhal həll edirdi, belə ki, çox sayda insanı sadəcə olaraq müharibəyə çağırdılar. Bu, işsizlik, istehsal problemlərini həll edirdi. Lakin müharibənin sonunda paradoksal vəziyyət yaranır. Müharibə yaxşı vaxt idi, lakin müharibədən sonra depressiyanın qayıtması təhlükəsi var idi. Bu problemi necə həll etməli? Növbəti dəfə kapitalist siniflər özlərini tələdə hiss edirlər. İqtisadi cəhətdən onlar bu hissi 30-cu illərdə yaşamışdılar. İndi dövlət hakimiyyəti onları dirçəltməyə müvəffəq oldu.
Məzmunu
[redaktə | vikimətni redaktə et]Neoliberalizm liberalizmdən fərqli olaraq iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə etiraz etmir. O da liberalizm kimi bazar münasibətlərinə və azad rəqabətə iqtisadi inkişafın və sosial ədalətin əsas vasitəsi kimi baxır.
Neoliberalizm qloballaşmanın ikinci dövrünün başlanması ilə yarandı. O XX əsrdə bizneslə əmək arasında əməkdaşlığı və rəqabətlə dövlət tənzimlənməsinin vəhdəti nəzərdə tutan sosial-liberalizm ideyasına etiraz kimi yarandı.
Nəzəri əsasları
[redaktə | vikimətni redaktə et]Neoliberalizmin nəzəri əsasları mоnetarizm praktikası və Robert Mandel, Markus Fleminq və digərilərinin əsərlərindəki fikirlərə söykənir. O aşağıdakı pinsiplərlə izah edilə bilər:
- azad bazarın hərtərəfli inkişafı;
- onun beynəlxalq sərhədlərdən və məhdudiyyətlərdən azad edilməsi;
- azad bazarın həyatın bütün sahələrinə sərbəst təsiri.
Neoliberalizm qloballaşma ilə bir çox sahələrdə, xüsusilə də iqtisadiyyatda çox yaxındır.
İqtisadi siyasət
[redaktə | vikimətni redaktə et]Neoliberalizmin iqtisadi siyasəti iqtisadiyyata hər hansı dəstəyi tam inkar edir. Onların fikrincə bazar həm daxildə, həm də xaricdən tam açıq olmalı və eksporta istiqamətlənməlidir. Bu onunla izah edilir ki, qabaqcıl texnologiya sərbəst yayılmalıdır, həmçinin milli hökumətlər iri milli və transmilli şirkətlər in fəaliyyətini tənzimləyə bilmir.
Neoliberalizmin iqtisadi siyasəti Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bankının və Ümumdünya Ticarət Təşkilatının fəaliyyət prinsiplərində əks etdirilibdir.
Sosial mahiyyəti
[redaktə | vikimətni redaktə et]Neoliberalizmin sosial mahiyyəti bütün içtimai münasibətləri bazar prinsipləri ilə bağlamağındadır.Hər bir kəsə öz həyatını alq-satqı müəssisəsi kimi ortaya qoyan sahibkar kimi baxılır.Hər bir sosial əlaqə isə kontrakt aktı kimi qiymətləndirilir.
Hətta ailə daxilindəki münasibətlər belə bazar rəqabəti növü hesab edilir.Neoliberalizm nəzəriyyəsinə görə millət və dövlət belə beynəlxalq aləmdə müəssisə kimi çıxış edirlər.Nəzəriyyənin düşüncəsinə görə bazar qanunları eтikanın baza pinsipləri hesab edilməlidir. Neoliberalizmə görəbazar iqtisadiyyatı ilə bazar cəmiyyəti eyni anlayışlardır.
Neoliberalizmin qüsurları
[redaktə | vikimətni redaktə et]Neoliberalizmin tənqidçiləri bildirirlər ki, nəzəriyyənin iqtisadi proqramı və ona yaxın olan qlobalizm iqtisadi böhran vəziyyətini həll etmir. Sosial ədalət yaddan çıxır, əmək bölgüsündə merkantilizmə yol verilir.Ətraf mühit effektivli qorunmur. Neoliberalizm tərəfdarlarının Argentinada keçirdikləri siyasət uğursuzluğa məruz qaldıqdan sonra, onların tənqidi daha da güclənib.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Харви Дэвид.Краткая история неолиберализма.( A Brief History of Neoliberalism ).М.изд.Поколение,2007.
- http://www.scepsis.ru/library/id_738.html.
- [Ankerl, Guy]. Beyond Monopoly Capitalism and Monopoly Socialism. Schenkman, Cambridge, 1978, ISBN 0-87073-938-7
- Bowles, Samuel, David M. Gordon, and Thomas E. Weisskopf. 1989. "Business Ascendancy and economic Impasse: A Structural Retrospective on Conservative Economics, 1979-87." Journal of Economic Perspectives 3(1):107-134.
- Brown, Wendy. "Neoloberalism and the End of Liberal Democracy" in Edgework: critical essays on knowledge and politics Princeton University Press, 2005, ch 3.
- Campbell, John L., and Ove K. Pedersen, eds. The Rise of Neoliberalism and Institutional Analysis Princeton University Press, 2001. 288 pp.
- Ferris, Timothy. The Science of Liberty (2010) HarperCollins 384 pages
- Foucault, Michel. The Birth of Biopolitics Lectures at the College de France, 1978-1979. London: Palgrave, 2008.
- Gowan, Peter, The Global Gamble: Washington's Faustian Bid for World Dominance, London: Verso, 1999, ISBN 1859842712, 2010-04-09 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-05-13
- Griffiths, Simon, and Kevin Hickson, eds. British Party Politics and Ideology after New Labour (2009) Palgrave Macmillan 256 pages
- Hayek, Friedrich August Von. The Constitution of Liberty (1960)
- Harvey, David, A Brief History of Neoliberalism, Oxford University Press, 2005, ISBN 0199283265
- Larner, Wendy. "Neo-liberalism: policy, ideology, governmentality," Studies in political economy 63 (2000) online
- Plant, Raymond, The Neo-liberal State, Oxford University Press, 2009, ISBN 0199281750, 2012-10-16 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-05-13
- Pollin, Robert, Contours of Descent: U.S. Economic Fractures and the Landscape of Global Austerity, New York: Verso, 2003, ISBN 1844675343
- Prasad, Monica. The Politics of Free Markets: The Rise of Neoliberal Economic Policies in Britain, France, Germany and the United States. University of Chicago Press. 2006. 328 pages
- Steger, Manfred B., and Ravi K. Roy, Neoliberalism: A Very Short Introduction (2010)
- Wang, Hui, and Karl, Rebecca E. "1989 and the Historical Roots of Neoliberalism in China," positions: east Asia cultures critique, Volume 12, Number 1, Spring 2004, pp. 7–70