Davranış iqtisadiyyatı
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir.[1]
Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir.[2][3] Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var:[4]
- Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir.
- Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır.
- Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir.
2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ".[5] 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı.[6].Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü.[7][8]
Tarixi
[redaktə | vikimətni redaktə et]Klassik iqtisadiyyat dövründə mikroiqtisadiyyat psixologiya ilə sıx bağlı idi. Məsələn, Adam Smit ədalət və ədalət narahatlıqları da daxil olmaqla, fərdi davranışların psixoloji izahlarını təklif edən Əxlaqi münasibətlər nəzəriyyəsi (ing. The theory of Moral Sentiments) əsərini yazdı.[9] [9] Ceremi Bentam faydalılığın psixoloji əsasları haqqında ətraflı yazılar qeydə almışdı. Daha sonralar neoklassik iqtisadiyyatın inkişafı zamanı iqtisadiyyatçılar iqtisadi agentlərin düşünmə təbiəti və psixologiyasını göz ardı edərək bu sahəni təbiət elmlərindən biri kimi göstərməyə çalışdılar. Davranışları əsaslı və rasional olan homo ekonomikus konsepsiyasını inkişaf etdirdilər.
Françis Edgevort, Vilfredo Pareto və İrvinq Fişer kimi neoklassik iqtisadiyyatçılar isə iqtisadiyyat sahəsində psxiloji tədqiqatlar apardılar. İqtisadi psixologiya ayrı bir elm sahəsi olaraq 20-ci əsrdə Qabriel Tarde,[10] Corc Katona,[11] və Laslo Qarainin əsərlərində özünü göstərdi. Gözlənilən yararlı və güzəştli faydalı modellər müvafiq olaraq verilən qeyri-müəyyənlik və aralıq istehlakı ilə əlaqədar qərar vermə prosesində sınanan fərziyyələr yaradaraq qəbul edilməyə başlandı. Müşahidə olunan və təkrarlanan anomaliyalar nəticə etibariylə bu fərziyyələri şübhə altına aldı və Moris Alays 1953-cü ildə ilk dəfə təqdim etdiyi gözlənilən faydalı fərziyyəyə zidd olan Alays paradoksunu ortaya çıxardı.
1960-cı illərdə idrak psixologiyası, davranış modellərinin əksinə bir məlumat emal cihazı olaraq yaranan problemlərə daha düzgün həllər tapmağa başladı. Vard Edvards,[12] Amos Tverski və Deniel Kaneman kimi psixoloqlar risk və qeyri-müəyyənlik altında qərar vermə idrak modellərini rasional davranışın iqtisadi modelləri ilə müqayisə etməyə başladılar.
Məhdud rasionallıq
[redaktə | vikimətni redaktə et]Məhdud rasionallıq fərdlər qərar verərkən rasionallıqlarının qərar probleminin təqib edilmə çətinliyi, idrak sərhədləri və mövcud zamanla limitləndiyi düşüncəsidir. Bu düşüncəyə görə qərar qəbul edənlər optimal deyil, qənaətbəxş bir həll yolu axtararaq məmnunluq hissi keçirirlər. . Herbert Saymon qərar vermənin riyazi modelini çıxarmaq üçün məhdud rasionallıq fikrini ortaya atdı. Bu, qərar qəbul etməni əldə olan məlumat ilə optimal seçimi tapmağın tamamilə rasional prosesi olaraq tədqiq edən "optimallaşdırma kimi rasionallıq"la tamamlanır.[13] Saymon bir tərəfi ətraf mühitin strukturlarını, digəri isə idrak məhdudiyyətimizi göstərən qayçı analogiyasından istifadə edərək düşüncəmizin əldə olan məhdud qaynaqları necə kompensasiya etdiyini göstərdi.
Məhdud rasionallıq göstərir ki, insan zehni qısa yollardan istifadə edərək bəzən tam optimal olmayan qərarlar verə bilir. Davranış iqtisadiyyatçıları insan qərar verməsinin effektivliyini artırmağa kömək edəcək zehni qısa yolların xəritəsini çıxarmağa çalışırlar. Bu düşüncənin ilk dəyərləndirməsi Kass Sansteyn və Riçard Talerdən gəldi.[14][15] Sansteyn və Taler seçim memarlığının insan agentləri ilə əlaqəli rasionallıq baxımından dəyişdirilməsini tövsiyə edir. Onların geniş istinad verilən fikrinə görə insanların daha sağlam qərarlar verə bilmə ehtimalını artırmaq üçün faydalı qidalar daha görünən yerlərdə olmalıdır. Yüngül təkan nəzəriyyəsi adlanan bu nəzəriyənin bəzi tənqidçilərinə görə bu dəyişikliklər insanı daha yanlış qərarlar verməyə şövq edir.[16][17]
Gözlənti nəzəriyyəsi
[redaktə | vikimətni redaktə et]1979-cu ildə Deniel Kaneman və Amos Tverski neoklassik nəzəriyyədən yaranan iqtisadi qərar vermənin fərqli ayrılıqlar göstərdiyini izah etmək üçün idrak psixologiyasından istifadə edərək Gözlənti Nəzəriyyəsi: Risk Altında Qərar Vermənin Təhlili adlı kitabı yazdı.[18] Gözlənti nəzəriyyəsi düzəltmə mərhələsi və dəyərləndirmə mərhələsi olmaqla 2 mərhələdən ibarətdir.
Düzəltmə mərhələsində riskli vəziyyətlər müxtəlif heuristika istifadə edərək sadələşdirilir. Qiymətləndirmə mərhələsində riskli alternativlər aşağıda göstərilən müxtəlif psixoloji prinsiplərdən istifadə etməklə qiymətləndirilir:
- İstinad asılılığı: Nəticələri qiymətləndirərkən qərar qəbul edən şəxs "istinad səviyyəsi"ni nəzərə alır. Nəticələr sonra istinad nöqtəsi ilə müqayisə edilir və istinad nöqtəsindən daha böyük olduqda "qazanc" və istinad nöqtəsindən az olduqda "zərər" kimi təsnif edilir.
- Zərərin pisliyi: Eyni miqdarda qazanc və zərər əldə etmə ehtimalı olan fərd zərəri daha böyük hesab edərək qazancdan uzaqlaşır. 1992-ci il məqaləsind Kaneman və Tverski zərər itkisinin ortalama əmsalını 2.25, yəni itkilərin eyni miqdardakı qazancdan təqribən 2.25 qat daha çox olduğunu ortaya çıxardı.[19]
- Qeyri-xətti ehtimal ağırlıqlandırılması: Qərar qəbul edənlər kiçik ehtimalları daha böyük və böyük ehtimallara daha kiçik ehtimal ağırlığı verərək tərs S şəkilli "ehtimal ağırlıq funksiyası" na səbəb olurlar.
- Qazanclara və itkilərə həssaslığın azalması: İstiqamət nöqtəsinə nisbətdə qazanc və zərərin ölçüsü mütləq dəyərdə artdıqca qərar qəbul edən şəxsin faydasına və ya məmnuniyyətinə marjinal təsiri azalır.
Gözlənti nəzəriyyəsi gözlənilən faydalılıq nəzəriyyəsi və dərəcəli gözlənilən asılı fayda nəzəriyyəsinin izah edə biləcəyi hər şeyi izah edə bilir. Bundan əlavə, mövcud qərar nəzəriyyələrinin izah etməkdə çox çətinlik çəkdikləri fenomenləri izah etmək üçün də gözlənti nəzəriyyəsindən istifadə edilir. Bunlara arxa əyilmə əmək təklifi əyriləri, asimmetrik qiymət elastikliyi, vergidən yayınma və səhm qiymətləri və istehlakın birgə hərəkəti daxildir.
1992-ci ildə Risk və Qeyri-müəyyənlik jurnalında Kaneman və Tverski məcmu gözlənti nəzəriyyəsi adlandırdıqları gözlənti nəzəriyyəsinə yenidən baxdılar. Yeni nəzəriyyə gözlənti nəzəriyyəsində düzəltmə mərhələsini ləğv etdi və yalnız qiymətləndirmə mərhələsinini qəbul etdi.
Psixoloqlar artıq güvən, proyeksiya qərəzi və məhdud diqqətin təsiri kimi psixoloji əlamətləri gözlənti nəzəriyyəsinin bir hissəsi olaraq qəbul edirlər. Bu sahədə əldə edilən digər nəaliyyətlərə Çikaqo Universitetində bir konfransın keçirilməsi[20], Rüblük İqtisadiyyat jurnalının ("Amos Tverskinin xatirəsinə") davranış iqtisadiyyatı ilə bağlı xüsusi nəşri və Kanemanın 2002-ci ildə "psixoloji tədqiqatlardan iqtisadi elmə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirləri birləşdirdiyinə görə" Nobel mükafatı göstərilə bilər.[21]
Aralıq seçim
[redaktə | vikimətni redaktə et]Davranış iqtisadiyyatı aralıq seçim məsələsinə tətbiq edildi. Aralıq seçim qərar vermək və bu qərarın fərqli bir vaxtda ortaya çıxaracağı təsirləri göstərmək kimi açıqlanır. Aralıq seçim davranışı Corc Ainslinin diqqət çəkən müşahidələrindən biri olan və daha sonra Deyvid Leybson, Ted Odonoq və Mettyu Rabin tərəfindən inkişaf edirilən hiperbolik endirimdə də də göstərildiyi kimi böyük ölçüdə ziddiyətlidir. Hiperbolik endirim yaxın zamanda olan endirimlərə olan meyilliyi izah edir. Bu nəzəriyyənin kobudca demək istədiyi şey insanların daha qısa zaman aralıqlarında daha az səbrli olduğudur.
Digər araşdırma sahələri
[redaktə | vikimətni redaktə et]Davranış iqtisadiyyatının digər sahələri üstünlüklərdə uyğunsuzluq göstərmədən fayda funksiyasının modelini zənginləşdirir. Ernst Fehr, Armin Falk və Rabin mükəmməl eqoistliyin neoklassik fərziyyəsini zəiflədərək ədaləti, bərabərsizliyi və qarşılıqlı altruizmi tədqiq etdi. Bu iş xüsusilə əmək haqqı təyin edilməsinə aiddir. Qnizi və Rustiçini tərəfindən "daxili motivasiya" və Akerlof və Kranton tərəfindən "şəxsiyyət" mövzusunda görülən işlər iqtisadi agentlərin şərti olaraq gözlənilən faydaya əlavə olaraq, şəxsi və sosial normaları qəbul etməkdən də fayda əldə etdiyini ortaya qoyur. Aqqarvalın fikrincə, rasional tarazlıqdan davranışsal sapmalara əlavə olaraq, bazarlarlar gecikmiş cavablardan, axtarış xərclərindən, şəriklərin bir-birlərinə təsir etməsindən və bazar davranışındakı davranışsal təsirləri ayırmağı çətinləşdirən digər sürtünmələrdən əziyyət çəkir.[22]
Şərti gözlənilən fayda fərdin idarəetmə illüziyasına sahib olduğu və xarici hadisələrin ehtimalını hesabladığı və buna görə də xarici hadisələrə təsir etmək üçün heç bir səbəb qabiliyyətinə malik olmadıqları halda da onların faydasını öz fəaliyyətlərinin bir funksiyası kimi hesablaya bildiyi düşüncə formasıdır.[23][24]
Davranış iqtisadiyyatı Dan Arielinin "Təxmin edilə bilən irasionallıq" kitabının uğur qazanması ilə populyarlıq qazanmağa başladı. İntizam təcrübəçiləri genişzolaqlı xəritələşdirmə kimi kvazi-ictimai siyasət mövzularını araşdırdılar.[25][26]
Davranış iqtisadiyyatının istifadəsinə süni intellekt və maşın öyrənməsindəki tətbiqlər üçün istehlakçı qərar qəbul etmə prosesinin modelləşdirilməsi daxildir.[27] Həmçinin, bu sahə mal təchizatının idarə edilməsində də istifadə edilir.[28]
Təbii sınaqlar
[redaktə | vikimətni redaktə et]Bioloji nöqteyi-nəzərdən baxdıqda insan davranışları birja böhranları ilə müşayiət olunan zamanı və səhm qiymətləri tarixi yüksəklikləri aşdıqda yaranan iqtisadi şar (bubble) artım zamanı eynidir. Bu dövrlərdə bazar iştirakçılarının əksəriyyəti özləri üçün yeni bir şey görürlər və bu, istər-istəməz onların endokrin profillərində və motivasiyalarında baş verən dəyişikliklərlə birlikdə stress reaksiyasına səbəb olur. Nəticə davranışdakı kəmiyyət və keyfiyyət dəyişiklikləridir. Bu, iqtisadiyyata və maliyyəyə təsir edən davranışların davranış iqtisadiyatınından istifadə etməklə müşahidə edilə bildiyi və dəyişkən bir halda ziddiyət yaratdığı nümunədir.
Davranış iqtisadiyyatının faydası birjalara bənzər mühitlərdən kənarda da tətbiq olunur. Eqoist düşüncə, "yetkin davranışlar" və s. cinayəti gizlətmə içərisində müəyyən edilə və müxtəlif növ qanuni çatışmazlıqlar və laqeydlik müşahidə və aşkar edilə bilər. Dolaylı nəticələrin bilinən olub-olmaması fərqli praktiki model və üsullarla da ölçülə bilər. Davranış iqtisadiyyatının istifadəsi çox genişdir, ancaq tez-tez etibarlılığını yoxlamaq lazım gəlir. Yeniliyin stressor kimi rolunun düzgün qiymətləndirilməməsi bazar araşdırması üçün mövcud yanaşmaların əsas çatışmazlığıdır. Gündəlik az stres şəraitində və streslərə cavab olaraq insan davranışının bioloji olaraq təyin olunmuş difazizmlərini nəzərə almaq lazımdır.
Tənqidlər
[redaktə | vikimətni redaktə et]Davranış iqtisadiyyatını tənqi edənlər, adətən, iqtisadi agentlərin rasionallığını vurğulayırlar[29]. Onlar dəfələrlə müşahidə olunan davranışın bazar vəziyyətinə tətbiq olunmasının məhdud olduğunu, öyrənmə imkanları və rəqabətin ən azından rasional davranışa yaxın olduğunu iddia edirlər.
Digər tənqidçilər qeyd edirlər ki, perspektiv nəzəriyyəsi kimi idrak nəzəriyyələri ümumiləşdirilmiş iqtisadi davranış deyil, qərar qəbuletmə modelidir və yalnız təcrübə iştirakçılarına və ya sorğu iştirakçılarına təqdim olunan birdəfəlik qərar qəbul etmə problemlərinə şamil olunur.
Diqqəti çəkən bir məsələ, ritorikanın çox olmasına baxmayaraq, davranış iqtisadiyyatı ilə bağlı tutarlı bir nəzəriyyənin hələ də səsləndirilməməsidir. Davranış iqtisadiyyatçıları vahid fikir səsləndirənə qədər bu sahə müşahidə toplusu olaraq qəbul ediləcəkdir.
Deyvid Qal bu məsələlərin bir çoxunun davranış iqtisadiyyatının insanların necə davrandıqlarını başa düşmək əvəzinə, davranışların standart iqtisadi modellerden necə sapdığını anlamağa baş yorduğu üçün ortaya çıxdığını düşünür. Davranışın niyə baş verdiyini başa düşmək ümumiləşdirilmiş biliklərin yaradılması, elmin məqsədi üçün vacibdir.O, davranış iqtisadiyyatını "marketinqin zəfəri" adlandırdı və xüsusilə, zərərdən qaçma nümunəsini göstərdi[30].
Ənənəvi iqtisadçılar davranış iqtisadiyyatının geniş istifadə etdiyi eksperimental və sorğu əsaslı metodlara şübhə ilə yanaşırlar. İqtisadçılar bir qayda olaraq iqtisadi dəyərin müəyyənləşdirilməsində göstərilən üstünlüklərdən (tədqiqatlardan) daha üstününü vurğulayırlar. Təcrübələr və tədqiqatlar sistematik qərəz, strateji davranış və təşviq uyğunluğu olmaması baxımından risklidirlər.
Sahə üzrə çalışan önəmli şəxslər
[redaktə | vikimətni redaktə et]İqtisadiyyat | Maliyyə | Psixologiya |
---|---|---|
Corc Akerlof | Malkolm Beykr | Corc Eynsli |
Verner Bont | Nikolas Barberis | Dan Arieli |
Paul Qrauve | Üzeyir Aydın | Amos Tverski |
Linda Babkok | Robert Vişni | Eldar Şafir |
Douqlas Berinheym | Andrey Şleyfer | Pol Slovik |
Kolin Kamerer | Riçard Pitirson | Con Steddon |
Armin Falk | Terrans Odin | Deniel Kaneman |
Riçard Taler | Çarlz Plott | Laszlo Qarai |
Herbert Saymon | Gündüz Çağınalp | Vard Edvards |
Lourens Sammers | Andryu Lo | Ed Diyener |
Robert Saqden | Robert Preçter | Valer Mişel |
Mettyu Rabin | Maykl Mobusin | Qerd Ciqenzer |
Ernst Fehr | Robert Şiller | Corc Katona |
Vernon Smit | Deyvid Hirşleyfer | Drazen Prelek |
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Lin, Tom C. W. "A Behavioral Framework for Securities Risk". Seattle University Law Review. SSRN. 16 April 2012. SSRN 2040946.
- ↑ "Search of behavioural economics". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23. in Palgrave
- ↑ Minton, Elizabeth A.; Kahle, Lynn R. Belief Systems, Religion, and Behavioral Economics: Marketing in Multicultural Environments. Business Expert Press. 2013. ISBN 978-1-60649-704-3. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
- ↑ Shefrin, 2002
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2002". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2013". Nobel Foundation. 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-01.
- ↑ Appelbaum, Binyamin. "Nobel in Economics is Awarded to Richard Thaler". The New York Times. 2017-10-09. 2020-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ Carrasco-Villanueva, Marco. "Richard Thaler y el auge de la Economía Conductual". Lucidez (ispan). 2017-10-18. 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- ↑ Ashraf, Nava; Camerer, Colin F.; Loewenstein, George. "Adam Smith, Behavioral Economist" (PDF). Journal of Economic Perspectives. 19 (3). 2005: 131–45. doi:10.1257/089533005774357897. 2012-04-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20..
- ↑ Tarde, G. "Psychologie économique" (French). 1902. 2011-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
- ↑ Katona, George. The Powerful Consumer: Psychological Studies of the American Economy. Literary Licensing, LLC. 2011. ISBN 978-1-258-21844-7. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
- ↑ "Ward Edward Papers". Archival Collections. 2008-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.
- ↑ Gigerenzer, Gerd; Selten, Reinhard. Bounded Rationality: The Adaptive Toolbox. MIT Press. 2002. ISBN 978-0-262-57164-7. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
- ↑ Thaler, Richard H., Sunstein, Cass R. Nudge: Improving Decisions about Health, Wealth, and Happiness. Yale University Press. April 8, 2008. ISBN 978-0-14-311526-7. OCLC 791403664.
- ↑ Thaler, Richard H., Sunstein, Cass R. and Balz, John P. Choice Architecture. April 2, 2010. doi:10.2139/ssrn.1583509. SSRN 1583509.
- ↑ Wright, Joshua; Ginsberg, Douglas. "Free to Err?: Behavioral Law and Economics and its Implications for Liberty". Library of Law & Liberty. February 16, 2012. July 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2019.
- ↑ Sunstein, Cass. Going to Extremes: How Like Minds Unite and Divide. Oxford University Press. 2009. ISBN 9780199793143. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
- ↑ Kahneman, Diener, 2003
- ↑ Tversky, Amos; Kahneman, Daniel. "Advances in Prospect Theory: Cumulative Representation of Uncertaintly". Journal of Risk and Uncertainty. 5 (4). 1992: 297–323. doi:10.1007/BF00122574. ISSN 0895-5646.Abstract. Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine
- ↑ Hogarth, Reder, 1987
- ↑ "Nobel Laureates 2002". Nobelprize.org. 10 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.
- ↑ Aggarwal, Raj. "Animal Spirits in Financial Economics: A Review of Deviations from Economic Rationality". International Review of Financial Analysis. 32 (1). 2014: 179–87. doi:10.1016/j.irfa.2013.07.018.
- ↑ Grafstein R. "Rationality as Conditional Expected Utility Maximization". Political Psychology. 16 (1). 1995: 63–80. doi:10.2307/3791450. JSTOR 3791450.
- ↑ Shafir E, Tversky A. "Thinking through uncertainty: nonconsequential reasoning and choice". Cognitive Psychology. 24 (4). 1992: 449–74. doi:10.1016/0010-0285(92)90015-T. PMID 1473331.
- ↑ "US National Broadband Plan: good in theory". Telco 2.0. March 17, 2010. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-23.
... Sara Wedeman's awful experience with this is instructive....
- ↑ Cook, Gordon; Wedeman, Sara. "Connectivity, the Five Freedoms, and Prosperity". Community Broadband Networks. July 1, 2009. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-23.
- ↑ "Singluarities Our Company". Singular Me, LLC. 2017. 2017-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
... machine learning and deduction engine that uses the latest data science and big data algorithms in order to generate the content and conditional rules (counterfactuals) that capture customer's behaviors and beliefs....
- ↑ Timm Schorsch, Carl Marcus Wallenburg, Andreas Wieland, (2017) "The human factor in SCM: Introducing a meta-theory of behavioral supply chain management", International Journal of Physical Distribution & Logistics Management, Vol. 47 Issue: 4, pp. 238–262, https://doi.org/10.1108/IJPDLM-10-2015-0268 Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine
- ↑ Myagkov; Plott. "Exchange Economies and Loss Exposure: Experiments Exploring Prospect Theory and Competitive Equilibria in Market Environments" (PDF). 1997. 2015-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-01.
- ↑ "Opinion | Why Is Behavioral Economics So Popular?" (ingilis). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
Mənbələr
[redaktə | vikimətni redaktə et]- Ainslie, G. "Specious Reward: A Behavioral /Theory of Impulsiveness and Impulse Control". Psychological Bulletin. 82 (4). 1975: 463–96. doi:10.1037/h0076860. PMID 1099599.
- Barberis, N.; Shleifer, A.; Vishny, R. "A Model of Investor Sentiment". Journal of Financial Economics. 49 (3). 1998: 307–43. doi:10.1016/S0304-405X(98)00027-0. 20 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.
- Becker, Gary S. "Crime and Punishment: An Economic Approach" (PDF). The Journal of Political Economy. 76 (2). 1968: 169–217. doi:10.1086/259394.
- Benartzi, Shlomo; Thaler, Richard H. "Myopic Loss Aversion and the Equity Premium Puzzle" (PDF). The Quarterly Journal of Economics. 110 (1). 1995: 73–92. doi:10.2307/2118511. JSTOR 2118511.
- Cunningham, Lawrence A. "Behavioral Finance and Investor Governance". Washington & Lee Law Review. 59. 2002: 767. doi:10.2139/ssrn.255778. ISSN 1942-6658.
- Daniel, K.; Hirshleifer, D.; Subrahmanyam, A. "Investor Psychology and Security Market Under- and Overreactions" (PDF). Journal of Finance. 53 (6). 1998: 1839–85. doi:10.1111/0022-1082.00077.
- Diamond, Peter; Vartiainen, Hannu. Behavioral Economics and Its Applications. Princeton University Press. 2012. ISBN 978-1-4008-2914-9.
- Eatwell, John; Milgate, Murray; Newman, Peter, redaktorlar The New Palgrave: A Dictionary of Economics. Macmillan. 1988. ISBN 978-0-935859-10-2.
- Augier, Mie. Simon, Herbert A. (1916–2001).
- Bernheim, B. Douglas; Rangel, Antonio. Behavioral public economics.
- Bloomfield, Robert. Behavioral finance.
- Simon, Herbert A. Rationality, bounded.
- Genesove, David; Mayer, Christopher. "Loss Aversion and Seller Behavior: Evidence from the Housing Market" (PDF). Quarterly Journal of Economics. 116 (4). March 2001: 1233–1260. doi:10.1162/003355301753265561.
- Mullainathan, S.; Thaler, R. H. Behavioral Economics // International Encyclopedia of the Social & Behavioral Sciences. 2001. 1094–1100. doi:10.1016/B0-08-043076-7/02247-6. ISBN 9780080430768.
- Garai, Laszlo. Identity Economics: "An Alternative Economic Psychology" // Reconsidering Identity Economics (ingilis). New York: Palgrave Macmillan US. 2016-12-01. 35–40. doi:10.1057/978-1-137-52561-1_3. ISBN 9781137525604.
- McGaughey, E. "Behavioural Economics and Labour Law". 2014. SSRN 2435111. İstifadə tarixi: 2018-06-02.
- Hens, Thorsten; Bachmann, Kremena. Behavioural Finance for Private Banking. Wiley Finance Series. 2008. ISBN 978-0-470-77999-6.
- Hogarth, R. M.; Reder, M. W. Rational Choice: The Contrast between Economics and Psychology. Chicago: University of Chicago Press. 1987. ISBN 978-0-226-34857-5.
- Kahneman, Daniel; Tversky, Amos. "Prospect Theory: An Analysis of Decision under Risk". Econometrica. 47 (2). 1979: 263–91. CiteSeerX 10.1.1.407.1910. doi:10.2307/1914185. JSTOR 1914185.
- Kahneman, Daniel; Diener, Ed. Well-being: the foundations of hedonic psychology. Russell Sage Foundation. 2003.
- Kirkpatrick, Charles D.; Dahlquist, Julie R. Technical Analysis: The Complete Resource for Financial Market Technicians. Upper Saddle River, NJ: Financial Times Press. 2007. ISBN 978-0-13-153113-0.
- Kuran, Timur. Private Truths, Public Lies: The Social Consequences of Preference Falsification. Harvard University Press. 1997. 7–. ISBN 978-0-674-70758-0. Description
- Luce, R Duncan. Utility of Gains and Losses: Measurement-theoretical and Experimental Approaches. Mahwah, New Jersey: Lawrence Erlbaum Publishers. 2000. ISBN 978-0-8058-3460-4.
- Plott, Charles R.; Smith, Vernon L. Handbook of Experimental Economics Results. 1. Elsevier. 2008. Chapter-preview links Arxivləşdirilib 2012-09-10 at Archive.today.
- Rabin, Matthew. "Psychology and Economics" (PDF). Journal of Economic Literature. 36 (1). 1998: 11–46. September 27, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Shefrin, Hersh. "Behavioral decision making, forecasting, game theory, and role-play" (PDF). International Journal of Forecasting. 18 (3). 2002: 375–382. doi:10.1016/S0169-2070(02)00021-3.
- Schelling, Thomas C. Micromotives and Macrobehavior. W. W. Norton. 2006. ISBN 978-0-393-06977-8. Description
- Shleifer, Andrei. Inefficient Markets: An Introduction to Behavioral Finance. New York: Oxford University Press. 1999. ISBN 978-0-19-829228-9.
- Simon, Herbert A. Behavioral Economics // The New Palgrave: A Dictionary of Economics. 1. 1987. 221–24.
- Thaler, Richard H.; Mullainathan, Sendhil. Behavioral Economics // David R. Henderson (redaktor). Concise Encyclopedia of Economics (2nd). Indianapolis: Library of Economics and Liberty. 2008. ISBN 978-0-86597-665-8. OCLC 237794267.
- "Behavioral economics in U.S. (antitrust) scholarly papers". Le Concurrentialiste.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- The Behavioral Economics Guide
- Overview of Behavioral Finance
- The Institute of Behavioral Finance Arxivləşdirilib 2014-03-19 at the Wayback Machine
- Stirling Behavioural Science Blog, of the Stirling Behavioural Science Centre at University of Stirling
- Society for the Advancement of Behavioural Economics
- Behavioral Economics: Past, Present, Future – Colin F. Camerer and George Loewenstein
- A History of Behavioural Finance / Economics in Published Research: 1944–1988
- MSc Behavioural Economics, MSc in Behavioural Economics at the University of Essex
- Behavioral Economics of Shipping Business