Naxçıvan Avtomobil Məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naxçıvan Avtomobil Məktəbi
Əsası qoyulub 1953
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Naxçıvan
Ünvan Naxçıvan şəhəri

Naxçıvan Avtomobil MəktəbiNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş orta-ixtisas təhsili müəssisəsi.

Məktəb 1953-cü ildə "Avtomotoklub" adı ilə fəaliyyətə başlamışdır.

OADKYC yarandıqdan sonra "Avtomotoklub"un adı dəyişdirilərək, Naxçıvan Avtomobil Məktəbi olmuşdur. 1977-ci ildə Cəmiyyətin (OADKYC) vəsaiti hesabına avtomobil məktəbinin yeni kompleksi tikilib istifadəyə verilmişdir.

2010-cu ildə Naxçıvan Avtomobil Məktəbinin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılmışdır[1].

Kompleksə 2 mərtəbəli tədris binası, 60 yerlik avtoqaraj, laboratoriya dərsləri keçirilməsi üçün tədris korpusu, idman meydançası daxildir.

Tədris olunan ixtisaslar

[redaktə | mənbəni redaktə et]

Tədris binasında avtomobilin quruluşu, yol hərəkəti qaydaları, təcrübi dərslər Əsasən, xalq təsərrüfatı və milli ordu üçün motosikl, minik avtomobili, yük avtomobili, avtobus, qoşqu-nəqliyyat vasitələri sürücüsü ixtisasları üzrə kadrlar hazırlayır. Məktəb göstəricilərinə görə Cənubi Qafqaz üzrə 3 dəfə, Azərbaycan Respublikası üzrə isə 5 dəfə birinci yer tutmuş, nümunəvi məktəb adına layiq görülmüşdür.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində ixtisaslı kadrlar hazırlanır

  1. Naxçıvanda Texniki Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. muallim.edu.az, 17.08.2012  (az.)
  2. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.