Nəsrulla Nəsrullayev
Nəsrulla Nəsrullayev | |
---|---|
24 oktyabr 1975 – 26 aprel 1978 | |
Əvvəlki | Sadıq Rəhimov |
Sonrakı | Ənvər Məlikov |
17 mart 1969 – 24 oktyabr 1975 | |
Əvvəlki | Teymur Hüseynov |
Sonrakı | Hüseyn Rəsulbəyov |
1966 – 1969 | |
Sədr | Mikayıl Allahverdiyev |
1961 – 1966 | |
Əvvəlki | Tofiq Allahverdiyev |
Sonrakı | Abdulla Qədirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel 1978 (57 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | dövlət xadimi, siyasətçi, müəllim |
Uşağı | Namiq Nəsrullayev |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975).
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış[1] və buranı 1941-ci ildə bitirmişdir.[2] Texnika elmləri namizədi, dosent olmuşdur.[3]
Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir.[2] Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir.[4] 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur.[1]
1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir.[5] 1966–1969-cu illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1969-cu ildən 1975-ci ilə kimi Azərbaycan SSR rabitə naziri, 1975-ci ildən ömrünün son günlərinədək Azərbaycan SSR yüngül sənaye naziri olmuşdur.[2]
Nəsrulla Nəsrullayev 1961–1966 və 1976–1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1971–1976-cı illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1961–1963-cü illərdə Mərkəzi Komitənin büro üzvü, 1963–1966-cı illərdə isə büro üzvlüyünə namizəd olmuşdur.[6] SSRİ Ali Sovetinin (6-cı çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5, 8–9-cu çağırış) deputatı seçilmişdir.[2] "Oktyabr inqilabı" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.[7]
Nəsrulla Nəsrullayev uzun sürən ağır xəstəlikdən sonra 26 aprel 1978-ci ildə vəfat etmişdir.[8] 27 apreldə Fəxri Xiyabanda dəfn edilmişdir.[9]
Nəsrulla Nəsrullayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayevin atasıdır.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]1999-cu ildə Nəsrulla Nəsrullayev adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
19 oktyabr 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən Nəsrulla Nəsrullayevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalanmışdır.[10] 1 aprel 2006-cı ildə xatirə lövhəsinin açılışı olmuşdur.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 82.
- ↑ 1 2 3 4 Н. Һ. Нәсруллајев // Коммунист. № 99 (16839). 27 апрел 1978-ҹи ил. С. 3.
- ↑ Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 264.
- ↑ Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 266.
- ↑ Nasrullaev, Nasrulla Idayatogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 430.
- ↑ Nasrullayev, Nasrulla Idaiat ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 426. ISBN 0-89664-011-6.
- ↑ Nəsrullayev Nəsrulla Hidayət oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 167.
- ↑ Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 99 (16839). 27 апрел 1978-ҹи ил. С. 1.
- ↑ Н. Һ. Нәсруллајевин дәфни // Коммунист. № 100 (16840). 28 апрел 1978-ҹи ил. С. 3.
- ↑ "N. H. Nəsrullayevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 19 oktyabr 2005. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
- ↑ "Состоялась церемония открытия мемориальной доски Насрулле Насруллаеву". Азербайджанское Государственное Информационное Агентство (rus). 1 апреля 2006. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Насрулла Насруллаев: «Главное – иметь бога в душе своей»". qorod.blog (rus). 28 февраля 2017. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
- "Nasrulla H Nasrullayev". Find a Grave (ingilis). İstifadə tarixi: 16 mart 2022.
- Nəsrulla Nəsrullayevi̇n 40 i̇lli̇k xati̇rəsi̇nə
- 24 oktyabrda doğulanlar
- 1920-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 26 apreldə vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- 57 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Texnika elmləri namizədləri
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın rabitə nazirləri
- Azərbaycanın yüngül sənaye nazirləri
- Azərbaycan SSR xalq komissarları və nazirləri
- Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibləri
- SSRİ Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları