Nurulla Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nurulla Ağayev
bayraq
Azərbaycan SSR tikinti naziri
bayraq2
6 iyun 1957 – 26 mart 1959
Əvvəlkivəzifə təsis edilib
SonrakıYaqub İsmayılov
bayraq
Azərbaycan SSR ərzaq malları sənayesi naziri
bayraq2
12 noyabr 1953 – 6 iyun 1957
Əvvəlkiözü (yüngül və yeyinti sənayesi naziri kimi)
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR yüngül və yeyinti sənayesi naziri
bayraq2
18 aprel 1953 – 24 oktyabr 1953
ƏvvəlkiNadir Axundov (yüngül sənaye naziri kimi)
SonrakıSadıq Rəhimov (çoxişlənən sənaye malları naziri kimi);
özü (ərzaq malları sənayesi naziri kimi)
bayraq
Azərbaycan SSR ət və süd sənayesi naziri
bayraq2
9 oktyabr 1951 – 18 aprel 1953
ƏvvəlkiHəbib Məmmədov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini
bayraq2
yanvar 1949 – oktyabr 1951
SədrMusa Əliyev
Əli İbrahimov
bayraq
Azərbaycan SSR yüngül sənaye naziri
bayraq2
24 mart 1947 – yanvar 1949
ƏvvəlkiNadir Axundov
SonrakıSadıq Rəhimov
bayraq
Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı
bayraq2
noyabr 1942 – may 1944
ƏvvəlkiYusif Nəzirov
Sonrakıİslam Qədimov
Şəxsi məlumatlar
Doğum tarixi 1913
Doğum yeri
Vəfat tarixi 23 aprel 1990(1990-04-23)
Dəfn yeri
Partiya

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Nurulla Qurbanəli oğlu Ağayev (1913, Bülbülə, Bakı qəzası23 aprel 1990) — Azərbaycan-sovet dövlət xadimi və iqtisadçı alim. Azərbaycan SSR-də yüngül və yeyinti sənayesi, eləcə də tikinti sənayesində ixtisaslaşmış nazirliklərə başçılıq etmişdir.

Nurulla Qurbanəli oğlu Ağayev 1913-cü ildə Bakı qəzasının Bülbülə kəndində anadan olmuşdur. 5 yaşında ikən, 1918-ci ildə atası Kərbəlayı Qurbanəli daşnaklarla savaşda qətlə yetirilmiş, böyük qardaşının himayəsində böyümüşdür.[1]

Nurulla Ağayev 1938-ci ilədək Zabratda Andreyev adına zavodda çalışmış, daha sonra rəhbər vəzifələrə keçirilmişdir. 13 mart 1942-ci ildə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin tikinti işləri üzrə katibi təsdiq edilmiş, Həmin ilin noyabrında isə Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı vəzifəsinə irəli çəkilmişdir. 1944-cü ilin may ayından ÜİK(b)P Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin qərarı ilə İranda diplomatik işə göndərilmiş, SSRİ Ticarət Nümayəndəliyinin sədr müavini işləmişdir.

1949-cu ildə Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini təyin edilmiş, 1951-ci ilin oktyabr ayından 1953-cü ilin aprel ayınadək Azərbaycan SSR ət və süd sənayesi naziri, ardınca yüngül və yeyinti sənayesi naziri, sonrakı illərdə isə tikinti naziri və tikinti nazirinin müavini vəzifələrdə çalışmışdır.[1]

Sonrakı illərdə Nurulla Ağayev elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1972-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda çalışmışdır. 1969-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini almış, bir sıra elmi məqalələrin, o cümlədən "2000-ci ilin iqtisadiyyatı" adlı irihəcmli elmin işin müəllifi olmuşdur.[1]

Nurulla Ağayev 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.[1]

Nurulla Ağayev 1990-cı il aprelin 23-də vəfat etmiş, Bülbülə qəbiristanlığında dəfn olunmuşdur.[1]

  1. 1 2 3 4 5 Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı. 2015. səh. 5–9. ISBN 978-9952-494-55-6.